Əjdər İsmayılov: «Milli Qurtuluş günü vətəndaş müharibəsindən qurtulub, dünyəvi bir dövlətin bünövrəsinin qoyulduğu gündür» 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Bundan sonra ölkəmizdə hakimiyyət böhranı yarandığından özbaşınalıq hökm sürürdü. Bundan istifadə edən erməni təcavüzü günü-gündən güclənir və azğınlaşırdı. AXCP hakimiyyətə gəlsə də bu vəziyyəti daha da gərginləşdirdi, ölkədə vətəndaş müharibəsi təhlükəsi yarandı. Bizi Yaqub Məmmədov mərhum Afiyəddin Cəlilovla bərabər öz kabinetində çox mehriban, gülər üzlə qarşıladı. Bizə əyləşmək üçün yer göstərdilər. Sədrin göstərişi ilə ortaya çay gətirildi. Dilxorçuluq tamamilə aradan qalxdı. Mən ondan Prezident seçkisi gecəsi millətin başına gətiriləcək faciə ilə bağlı mitinqdə söylədiklərimdən məlumatı olub olmadığını soruşdum. (Mən Polyaniçkonun Kremlin yerli dayağı olan mötəbər bir şəxsin bağında gizlənən Moskvadan gəlmiş iki generalla birlikdə prezident seçkilərindən sonra qutudan çıxan və çıxmayan namizədlərin tərəfdarları arasında vətəndaş qırğını salmaq planı haqqında mitinqdə xəbərdarlıq etmişdim. Xalqı ayıq-sayıqlığa çağırmışdım). O, hər şeydən xəbərdar olduğunu dedi. Bilman ALLAHVERDİYEV |
Azad Azərbaycan qəzeti. 19.iyun2015 №84(2718)