ANA SƏHİFƏ, Xəbərlər

DÜNƏNİN SABAHI – PROFESSOR ƏJDƏR İSMAYILOV HAQQINDA FİLM

Aranfilm Yaradıcılıq Mərkəzi filoloq, tarixçi, türkoloq; filologiya elmləri doktoru, professor, 91-lərdən və YAP-ın ən fəal yaradıcılarından olan Əjdər İsmayılov haqqında “Dünənin SABAHI” adlı film ərsəyə gətirib.

Filmdə vətənpərvər alimin həyatı, elmi, ictimai-siyasi, pedaqoji fəaliyyəti haqqında geniş və dolğun məlumat verilir. Filmə özəllik verən isə Əjdər İsmayılovun səmimi və şirin ləhcəsidir.

Qeyd edək ki, film Yaradıcılıq Mərkəzinin professorun doğum gününə hazırladığı hədiyyəsidir.

Xatırladaq ki, aprelin 23-də 83 yaşı tamam olan Əjdər İsmayılov həm də Turan Araşdırma Mərkəzi İctimai Birliyinin sədridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir