Tarixin həqiqi qapıları açılır və ya Azərbaycan dilçiliyində tarixi hadisə - İsmayıl Kazımov (rəy)

Hər hansı bir xalqın tarixini, ona aid həqiqətləri öyrənmək üçün ilk növbədə müəyyən ərazidə yaşayan xalqların da tarixini araşdırmaq olduqca vacibdir və ümumən xalqın tarixi keçmişini bilmədən digər aktual məsələləri də tədqiq etmək çətən olar. 


Bu baxımdan "hibrit xalq" (N.Y.Marr) olan ermənilərin yalan tarixi əsl elm olmayıb, demək olar ki, "ustnovka" ilə yazılmış və nəticədə bu hal həmin xalqın tarixinin şüurlu sürətdə saxtalaşmasını şərtləndirmişdir.


"Bizim xalq altruistdir, yəni eqoist deyil, o, öz qədimliyindən, qədim mədəniyyətindən istifadə etmək, onu öyrənmək, dünya arenasına çıxarmaq, öyünmək əvəzinə, qədim mədəniyyət nümunələrini üzə çıxarmağa ehtiyat edir" (professor Qəzənfər Kazımov)

      

Azərbaycan tarixçilərinin bu tarixi biganəliyini çox həssaslıqla səciyyələndirən ermənipərst rus tarixçisi Qalina Staroytova Azərbaycan xalqının qədim və zəngin tarixi faktlarını nəzərdə tutaraq yazırdı ki, "…əfsuslar olsun, yazıq bir millətə ki, bu cür sübutlarla öz tarixini müdafiə edə bilmir. Mən həmişə bu tənbəlliyə məəttəl qalmışam".

      

Filologiya elmləri doktoru, professlor, tanınmış Cavidşünas, tarixçi-alim Əjdər Tağıoğlu İsmayılovun yeniicə çapdan çıxmış "Mesrop Maştos əlifba ixtiraçı deyil, fırıldaqçı anonim keşişdir" və 2016-cı ildə buraxılmış "Moisey Xorenatsi anonim keşiş müəllifdir" əsərlərinin tarixi qiyməti "iki yüz ildən bəri dilimizi, dinimizi və keçmişimizi qara sandığa atıb, ağzına kilid vurmuş rus imperiyasının işğalçı ideoloji savaş maşınının durdurması"ndadır, onlara və erməni həyəsızlığına verilən maddi-tarixi sübutlarla əsaslandırılmış güclü cavabdadır. 

      

Bu baxımdan tədqiqatçının apardığı geniş araşdırmada əsaslı maddi sübutlarla gəldiyi nəticə - "Avesta yazısı"nı yunandilli anonim keşiş Mesrop Maştosun adına yazmaqla, erməni tarixçilərinin və dilçi alimlərinin başqa xalqa aid olan qədim yazını ötən yüzilliklərdən bəri "erməni yazısı" kimi dünya elmi ictimaiyyətinə sırıdıqları  zəhərli doqmanı darmadağın edir. O, yazır:  "Bir xalqın ki, tarixşünaslığının bünövrəsində "erməni tarixinin atası" hesab etdikləri Moisey Xorenatsi kimi anonim keşiş tarixçi dayana, "yazı mədəniyyəti"nin "başında", hətta guya başqa xalqlara da "Əlifba" tərtib edən, onlara da "yazı mədəniyyəti" və "xristianlıq maarifi" "gətirən" Mestop Maştos adında "erməni dilli" yox, yunandilli fırıldaqçı cahil bir keşiş dayana, o xalqın qədim mənəviyyat, mədəniyyət və dövlətçilik tarixindən danışmaq elmi cəhalətdir, nadanlıqdır, cahillikdir!!!"     

       

Bu fikri tamamlayan müəllifin kitabın "Ön söz"ündə akademik N.Y.Marrdan verdiyi epiqraf-sitat sübut edir ki, "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı keşiş müəllifdir" əsəri bu gün Azərbaycan dilçiliyində tarixi hadisədir,müstəsna qiymətli elmi dəyərə malikdir. N.Y.Marr yazır: "Erməni xalqı kimi erməni dili də hibrit (çalaq) dildir".

     

Əjdər Tağıoğlu "hibrit xalq" hesab edilən ermənilərin ümumtürk tarixindən calaq olan saxta "tarixləri" və "mədəniyyətləri" ilə bağlı dərin savada malik, intellektual səviyyəli, zəngin məlumatlı bir alimdir. O, problemlə bağlı apardığı araşdırmalarda rus imperiyasının işğalçı siyasətindən doğan "Türksüz Qafqaz" ideoloji savaş modelini "Azərbaycan tarixi" ədəbiyyatında "Qafqaz Albaniyası" adı altında saxta elmə çevirərək, erməniləri "Qafqazın yerli əhalisi" etməyə şüurlu elmi həyatını həsr etmiş "bizim" bəzi məlum tarixçilərin məkrli siyasi mənliyini aşkara çıxarır və onların iç üzünü ifşa edir.

      

Əjdər Tağıoğlu fikrinin davamında çörəyini yediyi xalqdan uzaq düşmüş üzüdönük alimlər barədə yazır: "Belələri Azərbaycan türklərinin qədim tarixini Ön Qafqazın siyasi xəritəsindən silmək üçün "Ön Qafqaz Oğuz Albaniyası"nı süni şəkildə "Qafqaz Albaniyası" modelinə çevirərək, atəşpərəst əhalini "xristian" inanclı əhali, Atəşgah məbədlərini kilisə, ölkəni "xristian dövləti" kimi qələmə verməklə gəlmə ermənilərə " Qafqazın qədim yerli əhalisi" tarixi yazmaq   siyasəti yeridən işğalçı ruslaın ideoloji silahına çevrilmişlər. Onlar "Qafqaz Albaniyası"na aid cızdıqları saxta xəritələrdə Cənub Qərbdən Naxçıvan Vilayətində Araz çayı sahilində yerləşən Oğuz türklərinə aid olan Dərəşam akropolundan başlayaraq, Şimali Şərdə Qara dənizə tökülən Rion çayı sahillərində hüdudlanan, Cənubi Şərqdən Xəzər dənizinə söykənən qədim "Kaspiana"dan (Mil-Muğandan) Şimal Şərqdə Xəzərə doğru uzanan qədim Dərbənd torpaqlarını geniş coğrafiyada birləşdirən Azərbaycan türklərinin qədim "Ön Qafqaz Oğuz Albaniyası" dövlətini parçalayırlar. Ancaq onlar "Qafqaz Albaniyası"nın qonşuluğunda yerləşən ölkənin nə adını çəkirlər, nə də onun əhalisi barədə məlumat verirlər. Bu nə deməkdir? Bu o demədir ki, Ön Qafqaz cöğrafiyasının bu saxta bölgüsünü adları bizdən olan bu yadlar,necə deyərlər,yaxalarını açıq şəkildə ələ verməmək üçün erməni tarixçilərinin uydurma "Böyük Armeniya" mifinin "Şərq" hissəsi kimi üstü örtülü şəkildə saxlayırlar. Bununla da bizə yad olan bu kimsələr fırıldaqçı anonom keşiş Mesrop Maştosun guya "Qafqaz Albaniyası"nın əhalisinə "əlifba" tərtib etməsindən və "bütpərəst"? ölkə əhalisini "xristana çevirməsi"ndən danışarkən erməni tarixçiləri ilə bir sırada özlərini erməni kilsəsinin varisləri olaraq nişan verirlər. 

      

Bu azmış kimi, onlar imperiyanın saxta "Qafqaz Albaniyası" işğalçı modelinə "dövlət" olaraq, siyasi-inzibati coğrafi ərazi xəritəsi də tərtib edirlər, ölkə əhaləsinin çoxluğu ermənilərdən və bir qədər də kiçik etnik qruplardan ibarət olduğunu yazırlar. Bu fikir Azərbaycan türklərinin qədim tarixini  açıq-aydın şəkildə danmaqdır, etnik xəyanətdən başqa bir şey deyildir. Başqa sözlə, bu, tarix deyil, düşmən dəyirmanına su axıdan adı bizdən olan məlum tarixçilərin siyasi mövqedir, işğalçı imperiyanın "Türksüz Qafqaz" ideoloji silahını dəstəkləməkdir. Əlbəttə, ötən on illiklərdən Kremlin zəhərli işğalçı doğmasından gələn bu yad və bağışlanılmaz mövqe bu gün əsassız torpaq iddiası ilə əlaqədar erməni-rus hərbi birləşmələrinin qəddarlığı ilə M.S. Qorbaçovun "Qanlı Qarabağ tarixi" yazmasına gətirib çıxarmış oldu."


Əjdər Tağıoğlu bütün bu məsələlərə yeri gəldikcə tarixi kontekstdə elmi sübutlarla aydınlıq gətirir. Araşdırmanın bu axarında alim əsaslı dəlillər gətirərək, o nəticəyə gəlir ki, nəinki V əsrdə "Mestop əlifbası"ndan, hətta tarixin heç bir çağında erməni xalqının mövcud olmamış etnolinqvistiksı əsasında yaradılan fonetik səslərin sistemə salınmış real "əlifbası"ndan, başqa sözlə, "erməni yazısı"ndan danışmaq yersizdir.


Azərbaycan aliminin gəldiyi bu nəticəni "erməni yazısı "nın XVIII əsrədək "yuxuda olduğunu", "bundan sonra tədricən ədəbiyyat və dilçiliyin görünməyə başladığını" yazan görkəmli erməni filosofu və dilçi alimi Mikael Lazareviç Nalbandyanın vaxtilə söylədiyi fikir də təsdiq edir.


Əjdər Tağıoğlu geniş araşdırmanın nəticəsi olaraq, inandırıcı dəlillərlə sübut edir ki,  erməni xalqının özünəməxsus etnotarixləri və etnoyazıları olmamışdr. Onların saxta "tarixləri" üç türk dövlətinin (Biani, Arme, Part) tarixidir. Bu gün "erməni yazısı" adlandırılan yazı isə "Avesta yazısı"nın kilsədə üzü köçürülmüş variantıdır.    


Araşdırıcı fikrinə davam edərək yazır ki, "belə bir tarixi həqiqət meydanda ola-ola, yaşadığı mənzilin dörd divarının arasını "vətən", kiçik ailəsini "xalq" hesab edən mənsəb və şöhrət sahibi olmuş, Kremlin erməni tiryəki ilə beynləri zəhərlənmiş, dini inancı məlum olmayan,soy-kök qanı işğalçı imperiya siyasətinə uyğun gələn,bu səbəbdən Azərbaycan tarixşünaslığında mirqəzəb qılınca çevrilmiş bəzi tarixçilərin nə özləri,nə də onların yetirmələri, istər cənubda, istər şimalda, nə "türk" deyilən yerli əhalini "gördülər", nə də onlara məxsus olan "Avesta" abidəsini yada saldılar.Onlar xalqı xəyanətlə Kremlin siyasət beşiyində 70 il yuxulatdıqları dövrdə erməni tarixçiləri və dilçi alimləri yaradılmış bu şəraitdən qurd fürsətilə istifadə etdilər. 


Azərbaycan türklərinin üstünə siyasi qara pərdə örtülmüş bu qaranlıq tarixinə Azəbaycançılıq kontekstində aydılıq gətirmiş Əjdər Tağıoğlunun ermənilərin ötən əsrlərdən sirli-sehrli qapılar arxasında elmi ictimaiyyətdən gizli saxladıqları tarixi həqiqətləri aşkara çıxaran "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdi" qiymətli əsəri Azərbaycan dilçiliyində nadir tarixi hadisədir. 


Bu kitabın siyasi, tarixi və elmi məziyyətlərindən biri də bu gün dünya ermənilərinin və onların xristian qardaşlarının Dağlıq Qarabağla əlaqədar məkrli iddialarını ifşa edən bir epizodda - ermənilərin 1860-cı ildən Qarabağa Cənubi Azərbaycanın Qaradağ əyalətindən günəmuzd dolanışıq üçün ailə şəkilində gəlib yerləşdiklərini mənbə əsasında verilməsidir.


Əjdər Tağıoğlu qərbdən Ağrı dağının vadisində Arazın sahilindən indiki Xəzər dənizi arasında yerləşmiş Ön Qafqaz coğrafiyasında yerli qədim türk əhalisinin min illərlə yaratdığı qədim mədəniyyətini öyrənə-öyrənə, tarixin, mədəniyyətin ümumi inkişaf yolunu dərk edə -edə həqiqətləri üzə çıxarmışdır: "Xalqımız öz keçmişini öyrənməlidir ki, gələcək yolunu düzgün müəyyənləşdirə bilsin".


Araşdırma zamanı aşkar olan əsas fikirlərdən biri də budur ki, "çağdaş erməni yazısı "Avesta yazısı"nın kilsədə üzü çıxarılmış şəklidir" deyə, qəti nəticəyə gələn Əjdər Tağıoğlunun Azərbaycan dilçiliyində gəldiyi nəticəni təkzib etmək üçün erməni tarixçi və dilçi alimlərinin əllərində bu günə kimi, kilsədə uydurulmuş əfsanə və rəvayətlərdən başqa, heç bir elmi-tarixi dəyərə malik maddi-sübut yoxdur və ola da bilməz. Digər bir təkzib edilməz tarixi həqiqət də budur ki, indiki erməni xalqının mənəvi və mədəni həyatının formalaşmasında, inkişafında və təkmilləşməsində "Avesta /Aremey yazısı" (İ.M. Dyakonov) və "Avesta" memarlıq sənəti ilə yanaşı Azərbaycan türklərinin yazılı mifoloji və filoloji abidələrinin ( Mar tayfalarına mənsub rapsod aşıqların hökmdar babalarının tarixinə aid düzüb qoşduqları "Əjdəhalar haqqında nəğmələr" dastanını "Vipasank" adı ilə erməni dilinə çevirib "özəlləşdirmişlər". Ahura-Məzdanı "Aramazi" adı ilə özlərinə Baş Tanrı seçərək "Avesta" Tanrı panteonu əsasında özlərinə "Erməni mifologiyası" ədəbiyyatını yazmışlar və s.) müstəsna tarixi əhəmiyyəti olmuşdur.


Əjdər Tağıoğlu yeri gəlmişkən onu da qeyd edir ki, Böyük İnsan tarixi içərisində tarixsiz yaşamış ermənilər qədim etnik mənsubiyyətləri məlum olmadığı üçün başqa xalqlardan - "Mesrop" adını yunan ədəbiyyatından, "Maştos" ləqəbini bizim "Avesta" abidəmizdən götürüb, onların calağından "Mesrop Maştos" adında fırıldaqcı anonim keşiş obrazı yaratmışlar.


"Erməni əlifbası" dedikləri əsli olmayan uydurmanı yunandilli anonim keşiş Mesropun adıyla saxta "tarix"ə çevirməyə çalışan erməni tarixçiləri və dilçi alimləri heç bir elmi arqument gətirmədən süni yolla N.Eminin araşdırma boyu meydana çıxardığımız ziddiyyətli fikirlərinin davamçılarıdırlar.


Əjdər Tağıoğlu qətiyyətlə bildirir ki, erməni tarixçiləri hər hansı bir fikiri irəli sürərkən adətləri üzrə heç bir tarixi fakta, maddi-mədəniyyət nümunəsinə söykənmirlər, əksinə, hətta yazdıqları ayrı-ayrı səhifələrdə bir-birini qəbul etməyən güman və fərziyyələrlə "Armeniya" "dövləti", "erməni əlifbası" "tarixi" yazmağa çalışırlar.


Yenə də tədqiqatçı çox haqlı olaraq,düşmən dəyirmanına su axıdan bəzi Azərbaycan alimlərini qınağa çəkir: "Bu günə kimi, hətta Azərbaycan tarixçi və dilçi alimlərdə M.Xorenatsidən gələn bir saxta ənənə elə bir qənaət yaratmışdır ki, guya Mesrop Maştos "Albanlara 52 hərfdən ibarət əlifba tərtib etmişdir". Ancaq onlar müstəqil tədqiqatlar apararaq, gerçəkliyi müəyyənləşdirməmişlər, 70 il bu saxta kilsə ənənəsini ideoloji silaha çevirmiş erməni tarixçi və dilçi alimlərinin məkrli saxta iddialarının arxasınca getmişlər. Bununla da "bizim" alimlər ermənilərin dövlətçilik tariximizi süni şəkildə astagəl gedişlərlə ələ keçirməyə çalışdıqlarına etinasız olmuşlar, maraqsız olmuşlar. Çox təəssüf!!!"


Müəllif fikrini bir qədər də başqa məzmunda davam etdirərək yazır ki, Azərbaycan elmi ictimaiyyətində o dövrdə "qılıncının dalı da, qabağı da kəsən" bəzi məlum  mühafəzəkar tarixçilər də ermənilərlə birləşmərək üzdəniraq erməni saxtakarlığının nəticəsi kimi ortaya çıxan "Mesrop əlifbası"nın, "erməni yazısı"nın "qədimliyini" nəinki qəbul etmişlər,hətta bu mifin ideoloquna çevrilmişlər.


Əjdər Tağıoğlunun sözlərinə tarixi haqq qazandıraraq qeyd edirik ki, çörəyini yediyi xalqdan uzaq düşmüş bu tipdən olan alimlər Azərbaycan coğrafiyasında Azərbaycan türkünü qəbul etmirlər, onun ərazisində olan xalqların mənşəyini İran və uydurma Qafqaz xalqları və onların dilləri əsasında zorla "əsaslandırmaqdan" mənəvi zövq almışlar. Ən azından tarixi həqiqəti inkar etmək vicdansızlıqdır. Tarixi həqiqəti pərdələmək insafsızlıqdır. Tarix tarixdir! Ona böhtan yapışmaz!


Araşdırma boyu tarixi həqiqətləri maddi sübutlarla, təkzib edilməz faktlarla meydana qoyan Əjdər Tağıoğlunun fikirlərinə heç bir kəs etiraz edə bilməz. Bu fikirləri qeydsiz-şərtsiz qəbul etməliyik! 


Fikrimizcə, Azərbaycan dilçiliyinin yeni istiqamətini aydın işıqlandıran, müəllif barədə vətənpərvərlik təəssüratı yaradan "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir" adlı qiymətli əsər ümumilikdə xeyirxah bir niyyətə xidmət etmək baxımından da qiymətlidir. 


Deyirlər, dünyanın mizanı vicdan susanda pozulur. Hər cür humanist duyğulardan məhrum olan erməni və rus şovinistləri Azərbaycan xalqının da mizanını pozmuşlar. Vicdansızlar qladiator döyüşlərini zaman-zaman davam etdirirlər.


Rus-erməni "xristian qardaşları" birliyinin Azərbaycan xalqına qarşı çevrilmiş qanlı oyunlara, haqsızlıqlara dözməyən Əjdər Tağıoğlu cəsarətlə, ağır zəhmətlə yazdığı bu kitab bir çox tarixi həqiqətlərin qapısını açmaqla da qiymətlidir. Beləki bu əsər türk tayfalarının Azərbaycan ərazisinə sonradan gəldiyini və birdən-birə yerli aborigenlərin dilini sıxışdırıb aradan çıxardığını iddia edənlərin yanlış fikirlərini ustalıqla təkzib edir, hələ eradan çox-çox əvvəllər ölkəmizin ərazisində türk tayfalarının, türk mənşəli dilin mövcud olduğunu və türk qövmünün  sonrakı (bir neçə dəfə) gəlişləri ilə bu tayfaların, türk dilinin gücləndiyini, tədricən ümumxalq dilinə çevrildiyini sübut edir. Ancaq və ancaq bu istiqamətdə aparılan araşdırmalar erməni yalanlarına və saxtakarlıqlarına birdəfəlik son qoya bilər, nəticə verə bilər. Beləliklə, müəmmalı suallara cavab axtaran, tapan, xalqımızı dərindən düşündürən bu kimi tarixi məsələləri cəsarətlə, qorxmadan, çəkinmədən şərh etmiş, ehkamlara dözməyən Əjdər Tağıoğlunun bu kitabı bütün vətənsevərlər, Qarabağsevərlər üçün bir müjdədir, sözün əsl mənası ilə, vətəndaş-alim hədiyyəsidir! Bu baxımdan AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə  müəllifin 2008-ci ildə 800 səhifədən ibarət monumental "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" kitabının nəşrindən başlayaraq, bu günə kimi elmimiz üçün misilsiz işlər görmüşdür. Bu, meydanda olan danılmaz həqiqətdir ki, Əjdər Tağıoğlu bir alim-vətəndaş kimi, dövlətimizin ideoloji-siyası xəttini təşkil edən Azərbaycançılıq mövqeyindən qısa müddətdə gördüyü işi bu günə kimi aidiyyəti olan tədqiqat inistutlarımız görə bilməmişdir.


Tanınmış alimin qısa müddətdə minlərlə oxucu auditoriyası tərəfindən vətənsevərlik ruhu ilə qəbul edilmiş "Moisey Xorenatsi anonim keşiş müəllifdir" (2016-cı il, 127 s.) və "Mesrop Maştos əlifba ixtiraçısı deyil,fırıldaqçı anonim keşişdir"(2017-ci il, 141s.) hər iki qiymətli əsəri xarici dillərə tərcümə edilib, dünya elmi ictimaiyyətinə yayılarsa, bu gün ermənipərəst dünyanın qarayaxa, haqsız, ədalətsiz irtica qüvvələri ilə üz-üzə dayanmış Azərbaycanın xarici diplomatiyada əlində ən kəsərli ideoloji silaha çevrilmiş olar. Qəti əminəm ki, vətənin qədim tarixini, Qarabağı, dövlətini qəlbən sevən hər kəs mənim çağrışıma qoşulacaqdır. 


          

                                         İsmayıl KAZIMOV 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Müasir Azərbaycan şöbəsinin müdiri,

                                          filologiya üzrə elmlər doktoru, professor.

 

           

Səs qəzeti№ 209 (5440), səh 8, 16.11.2017