Əjdər İsmayılov vəfat etdi

Filologiya üzrə elmlər doktoru, professor, Yeni Azərbaycan Partiyasının qurucularından olan, Əjdər İsmayılov vəfat edib
Bu barədə professorun oğlu Cavid İsmayıl bildirib.
 
Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1963–1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejisorluq fakültəsində təhsil alıb.
1961–1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, daxili işlər nazirliyinin, "Şərq qapısı" qəzetinin əməkdaşı, 1977–1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olub.
O, 800-ə yaxın elmi əsər, məqalə və müsahibənin müəllifidir. Eyni zamanda məşhur "91-lər"dən və Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır.
Allah rəhmət eləsin!