“Avesta memarlıq abidəsi: “Keşişçi dağ” məbəd kompleksi” – YENİ KİTAB
“Turan Araşdırma Mərkəzi”nin qurucu sədri, tanınmış türkoloq, filoloq-tarixçi, ictimai-siyasi xadim, professor mərhum Əjdər Tağıoğlunun “Avesta memarlıq abidəsi: “Keşişçi dağ” məbəd kompleksi” adında yeni kitabı “Turan Araşdırma Mərkəzi”nin sədr müavini f.ü.e.d Cavid İsmayılın redaktorluğu ilə çapdan çıxıb.
Kitabı təmənnasız və nəfis şəkildə çap etdiyinə görə “Elm və Təhsil” nəşriyyatına təşəkkürünü bildirən Cavid İsmayıl qeyd edib ki, əsər Azərbaycan dili, Anadolu türkçəsi və rus dillərində çap edilib. Kitabı Anadolu türkçəsinə f.ü.e.d. Nərgiz İsmayılova uyğunlaşdırıb, rus dilinə Lalə Bağırzadə tərcümə edib.
Kitabda müəllif növbəti dəfə kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına istinadən təkzibedilməz gerçək tarixi nəticənin “Keşikçidağ Məbəd-Kompleksi” adlanan qədim və orta əsrlər insan yaşayışı məskəninin, m.ö. IV əsrdən, m.s.VIII əsrədək mövcud olmuş “Ön Qafqaz Oğuz Albaniyası” dövlətinin kiçicik bir coğrafi hissəsi olduğunu sübut edib.
Xatırladaq ki, professor Əjdər Tağıoğlu bu ilin 13 mart tarixində vəfat edib və dünən doğulduğu Çomaxtur kəndində qırx mərasimi yad edilib.
Allah rəhmət eləsin.