Dərəşam Oğuz-Türk məzarlığının qədim Nəxçuan tarixi xaincəsinə məhv edildi

Tarixdə tarixi məlum olmayan qədim dövrlərdən indiki Culfa şəhərinin yaxınlığında Araz çayı sahilində Oğuz türklərinin tarixini 1989-cu ildə rus-erməni təcavüzünə məruz qalanadək yaşadan böyük bir məzarlıqda sıx meşə kimi dayanan saysız başdaş­ları var idi. Məkr və hiylə ilə do­lu zamanımıza dik-dik, ər-ər boylanan bu qəbir daşları qədim Nəxçuan (Naxçıvan)  türk­lərinin minilliklərinə şahidlik edən, qiyməti olmayan memarlıq abi­dələri idilər.

1828-ci ildə qanlı rus süngüsü ilə yazılmış "Türkmənçay" irtica müqaviləsi ilə Araz çayı sərhəd olmaq şərtilə Vahid Azərbaycan qəddarcasına iki hissəyə parçalandı. Ruslar imperiyanın Qafqazda "xristian dayağı"nı yaratmaq məqsədilə Arazın o biri sahilindən köçürüb gətirdikləri yarıdi­lən­çi erməni ailələrinin ilk köçünü Naxçıvan xanlığının Araz çayı sahili boyu bir sıra kəndlərinin, o cümlədən, Badamlı, Əylis (gələri ermənilər sonralar ona "Akulisi" dedilər) və başqa kəndlərimizin münbit torpaqlarında  məskunlaşdırdılar. Burada məqsəd ata bir, ana bir, dil bir, qan bir, inanc bir olan o taylı-bu taylı qardaşların arasında türkün əbədi düşməni olan ermənilərdən ibarət "canlı divar" çəkmək idi.

 1920-ci illərdə Qırmızı Rus imperiyası Arazın sərhəd hissəsini tikanlı məftilli dirəklərlə bərkit­di, bu­nun­la da Azərbaycan türklərinin vahid ata-baba vətəninin faciələrlə dolu qan­lı "Şimal-Cənub" tarixini yazdı, bir ananın iki övladı arasında də­mir­dən 70 illik həsrət divarını çəkdi. 

İkinci Cahan müharibəsi illərində ermənilər üçün yaranmış dumanlı, qarışıq siyasi şəraitdən istifadə etməyə çalışan türkün əliqanlı qatili olmuş Kremlin hiyləgər qoca tülküsü Anastas Mikoyan XIX əsrin əvvəllərində imperiyanın hazırladığı "Türksüz Ön Qafqaz" ideoloji savaş maşınını yeni proqramla hərəkətə gətirdi. O, mənsub olduğu millətin guya "qədim yerli əhali" olduğunu "sübut etmək" üçün əvvəlcə Azərbaycan türklərini Qərbi Azərbaycandan kütləvi sürgün etdirdi, Kremlin daşnak-bolşevik güruhunun tərtib etdiyi plan əsasında alim vicdanını itirmiş muzdlu siyasət tarixçilərinin qələmi ilə qədim yerli əhalinin - Oğuz türklərinin ulu baba tarixini yaşadan istər yerüstü abidələri, istərsə də zəngin arxeoloji mədəniyyəti əllərində heç bir etnomaddi əsas olmadan 1828-ci illərdə ailə köçü ilə gətirilən yaridilənçi hayların adına yazdırdı.

 Bu tarixi cinayətkarlar dəstəsinə özlərini "hay" adlandıran, bizim "erməni" dediyimiz millətin türklərə qarşı bir nömrəli ideoloji düşməni Leninqrad Ermitajının Baş direktoru, milliyyətcə erməni olan İosif Abqaroviç Or­be­li­ başçılıq edirdi. Orbelinin vəsiyyəti ilə ölümündən sonra onun tələbəsi və qızının əri, milliyyətcə yəhudi olan görkəmli arxeoloq B.B.Piotrovski Ermitaja başçı təyin edilmişdir. O da İ.A.Orbelinin vəsiyyətinə sadiq qalaraq, Oğuz türklərinin bu gün "Qərbi Azərbaycan" adlandırdığımız ərazilərində şüurlu elmi həyatı boyu apardığı bir sıra qazıntılar zamanı m.ö. yüzilliklərə aid olan aşkarlanmış zəngin arxeoloji mədəniyyəti 1828-ci ildə ailə şəklində Ön Qafqaza köçürülmüş yarıdilənçi əhalinin adına yazmışdır. Təkzibedilməz həqiqət budur ki, bu arxeoloji mədəniyyət tarixin ayrı-ayrı çağlarında Azərbaycn türklərinin Ön Qafqaz torpaqlarını müvəqqəti inzibati ərazilərinə daxil etmiş üç türk dövlətin (Biaini, Arme, Part/Parya) dövründə Oğuz türklərinin qohumlarla birlikdə yaratdıqları sinkretik-şərikli ümumtürk mənəviyyat, mədəniyyət və dövlətçilik tarixinə aid Turan - türk sərvətidir. "Biaini çarlığı" adlı əsərimizdə bu barədə ətraflı araşdırmalar aparılmışdır. 

B.B.Piotrovski erməni tarixçiləri arasından İosif Abqaroviç Orbelinin saxta iddialarını davam etdirən qatı millətçi - daşnak tarixçi nəsli də yetirmişdi. Biz burada ancaq V.M.Arutyunyan və S.A.Sə­fər­yanın birgə yazdıqları 1951-ci ildə Moskvada nəşr etdirdikləri "XVI-XVII əsrlərdə erməni memarlıq abidələri" əsərində haqqında söhbət gedən, müəlliflərin "Cuğada "Xaç daş" adlandırdıqları abidə barədə araşdırma aparacağıq.

Məsələyə aydınlıq gətirmək üçün əvvəlcə Dərəşam məzarlığı ilə əlaqədar olan keçmiş təəssüratımı xatırlatmağı gərəkli hesab edirəm.  

1955-1956-cı dərs ilində Şərur rayonunda orta məktəbi bitirib, Azərbaycan Döv­lət Universitetinə İrəvan -Bakı qatarı ilə qəbul imtahanlarına gedərkən Cul­fa şəhərindən əvvəl "Dərəşam" (bu ad "Kitabi-Dədə Qorqud" dastanında adıçəkilən Oğuz türklərinin qədim qala şəhərinin tarixini yaşadır) adlı yarıdayanacaqdan keçəndə Araz çayı sa­hili boyu tikanlı sərhəd məftilləri arasında sıx meşəni xatırladan uzunluğu təxminən 250-300 metr ərazi sahəsini əhatə edən məzarlıqda əzəmətli başdaşları əfsanəvi dünyadan gələn heyrətamiz canlılar kimi məni içimdən sil­kə­lə­di. Nə üçün? Qəribə hisslər idi, mənasını anlaya bilmədim. Bəlkə də tikanlı dəmir divar arasında rus "saldatı"nın silahı al­tın­da sanki qorxusundan minilliklərin qaranlıq səltənətinin sükunətini poz­ma­ğa cəsarət edə bilməyən məzar əhlinin kimsənin eşidə bilməyəcəyi fər­yadı məni sirli - sehrli, müəmmalı, qorxulu bir dünyaya atmışdı? Şirin və qorxulu fantastik bir nağıl dünyasında idim!..

Universitetdə oxuduğum illərdə müəllimlərimdən Dərəşam qəbiristanlığı ilə əlaqədar maraqlı bir məlumat eşitdim.

Deyilənlərə görə, İkinci Dünya savaşının ən qızğın dövründə keçmiş Leninqrad Döv­lət Ermitajının iki məşhur professorunun (kimsə onların adını bilmirdi) rəh­bərliyi ilə ekspedisiya Dərəşam qəbiristanlığına gəlir və qəbirlərdən iki­si­ni açır. Oradan “qonaqlar”ın nə tapıb, nə tapmadıqlarından ev sahibləri bugünə qədər də xəbərsizdirlər. Lakin rus-erməni goreşənləri qəbirləri ne­cə eşmişdilərsə, eləcə də üstünü örtürlər, səssiz gəldikləri kimi, səssiz də yoxa çıxırlar.

Ekspedisiya gedəndən sonra Naxçıvan Vilayətinə səs yayılır ki, sən de­mə, guya qədim Dərəşam qala şəhərinin bütün əhalisi "taun xəstəliyi" nəticəsində bir gecə-gündüzdə küt­ləvi şəkildə mal-qara ilə birlikdə məhv olmuşdu.

Bəs, guya Allahın "qəzəbinə gəlmiş" bu başıbəlalı insanların əsli nədir, nəs­li nədir, soyu kimlərə bağlıdır? Bəs, guya kütləvi bəlaya gəlmiş insanları kim­lər dəfn etmişdir, kimlər onların məzarları üstündə qoyulmuş əzəmətli başdaşlarını "Avesta" memarlıq sənətinə məxsus incə ornamentlərlə işləmişdir?

 Yuxarıdakı fikrin davamı olaraq qeyd edək ki, İ.A. Or­be­li­nin xüsusi göstərişi ilə Dərəşam qəbiristanlığından "erməni babaları" "tap­ma­ğa" gəlmiş rus-erməni arxeoloqları yerə vurduqları ilk külüngdən Şərqin ta­ri­xi­nə çevrilmiş türk ərənini nişan verən maddiyyətlə, xüsusən qəbirüstü abi­də­lərlə üz-üzə dayandıqdan sonra gəldikləri yolla da əliboş İrəvana, ora­dan da Leninqrada qayıtmışlar. Bu uğursuz hadisədən sonra ideoloji Mərkəz "Dərəşam" qala şəhərinin "fəlakətli" keçmişi ilə bağlı qorxulu bir nağıl uydurmağı da unut­mamışdır. Guya əgər məzarıstan tam açılarmışsa, oradan qalxan "taun virusu" dərhal ətrafa yayılarmış, Arazın hər iki sahilində ya­şa­yan əhalini məhv edərmiş.

Bu, iblis şayiəsi vahiməli uğultuya çevrilir, dərhal vilayətin ən ucqar kənd­­lərinədək yayılır, əhalini qorxuya salır. Guya açılmış qəbirlərdən qal­xan "taun virusu"na yoluxmuş hər iki professor ağır xəstələnmiş, lakin hə­kim­lər onlardan birini xilas edə bilmişlər.

1828-ci ildən erməniləri ailə şəklində Oğuz Albaniyasının ərazilərinə köçürməyə başlamış imperiyanın onlara "qədim yerli əhali" tarixi yazmaq məqsədilə hazırladığı "Türksüz Ön Qafqaz" ideoloji savaş siyasətini iki yüz il addım-addım həyata keçirən ideoloji Mər­kəz tərəfindən hazırlanmış bu "qorxulu nağıl"ın sirri açılmamalı idi. Əgər Də­rə­şam məzarlığının sirri açılardısa, o zaman, bir tərəfdən qədim Nəxçuanda Dərəşam qala şəhərin əhalisi olmuş Oğuz-türk bəylərinin tarixi keç­mişi meydana çıxardı və o biri tərəfdən də kilsədən gələn saxta ənənəni davam etdirən erməni tarixçilərinin uydurma "erməni Naxçıvanı" iddialarının heç bir maddi-tarixi əsası olmaması, habelə qəddar imperiyanın "Türksüz   Ön Qafqaz" işğal modelinin siyasi mahiyyəti aşkara çıxmış olardı.

Dərəşam Oğuz – türk mə­zar­lığı dekabr 1989-cu ildə uzaq dağ kənd­lərindən belə kiçikdən-böyüyədək, qadından-kişiyədək bü­tün is­ti­qa­mət­lərdən Araz sahilinə qarşısıalınmaz sel kimi axışan Naxçıvan öl­kə əhalisi tə­rə­findən rus imperiya­sının iki yüz ildən bəri qardaşı-qardaşdan ayıran tikanlı dəmir divarları qısa müddətdə aradan götürüldü və bu tarixi xalq hərəkatı Dərəşam məzarlığının sirrini açdı.  Məlum oldu ki, Ermitajın Baş direktoru İosif Abqaroviç Orbelinin tərtib etdiyi plan əsasında xüsusi tap­şı­rıq­la Naxçıvana göndərilmiş haqqında söhbət gedən arxeoloji ekspedisiya hansı səbəbdən ilk kəş­fiyyat qazıntısından sonra işi yarımçıq saxlamışdı. Başqa cür də mümkün deyildir. Çünki Cənub Azərbaycanın İsfahan mahalında olan qədim "Cuğa" qəsəbəsindən (Zəkəriyə Kanakertsi. Xronika. M.,1969-cu il) gətirib 1830-cu illərdə Arazın Naxçıvan sahilində olan kiçik bir türk kəndinin ərazisində məskunlaşdırılan az sayda erməni ailələri sonralar saldıqları yeni kəndə əvvəllər yaşadıqları qəsəbənin adını verdilər. 

"Cuğa” toponiminin türk mənşəli anlam olduğunu “Cuğatay” namında türk xaqanlarını və “Cuğatay” tayfa birləşməsini xatırlamaq da fikrimizin sübutu üçün kifayətdir. Bu tarixi həqiqəti danmaq və qədim Nəxçuan  ölkəsinin (indiki Naxçıvan vilayətinin) tarixini "erməniləşdirmək" məqsədilə anonim keşiş Moisey Xorenatsinin adından danışan növbəti riyakar keşiş müəllif Vardapet Qevond (VIII əsr) yazır: “Culfa Qoxtn vilayətində ermənicə “Cuğa” deyilən şəhərdir.” (bax:Vardapet Qevondun xilafət tarixi.SPb.,1862,s.126)

  Əvvəla, kilsə gerçək tarixin tanımadığı, heç bir mənbədə qeydə alınmamış, yalnız anonim keşişin uydurduğu "Qoxt" toponimi ilə Oğuz türklərinin qədim Nəxçuan ölkəsinin  erməni vilayəti olduğuna işarə edir.

İkincisi, "Culfa" və "Cuğa" Naxçıvan vilayətinin ayrı-ayrı ərazilərində yerləşmiş fərqli toponimlərdi.

Ənənəvi kil­sə saxtakarlığını davam etdirən erməni tarixçiləri başqa yer-yurd ad­la­rı­mız kimi, “Cuğa” adını da heç bir maddi əsas gətirmədən mən­sub olduqları xalqın dilinə aid anlam olduğunu uydurmuşlar və bu gü­nə qədər "Cuğa" pərdəsi altında "erməniləşdirilmiş" "Dərəşam Oğuz məzarlığı"nın da rus imperatorluğunun ölkəmizdə məskunlaşdırdığı bəd­xah erməni qaçqınları ilə heç bir əlaqəsi yoxdur və haqqında söhbət ge­dən abidələr də eyni dilli, eyni dinli, eyni qandan və eyni soykökdən olan qə­dim Ön Qafqaz Oğuz Albaniyası əhalisinə məxsusdurlar. Burada məzarların üstündə meşə kimi dayanmış hündür başdaşlar "Avesta" memarlıq məktəbinə məxsus zər­­gər zövqlü sənət dahiləri və tişə ustaları tərəfindən tarixin canlı şa­hi­d­lə­rinə çevrilmiş Azərbaycan türklərinin qədim əcdadları haqqında daş­laş­mış dastanlardır.

İstilaçı rusların iki yüzillik imperiya zülmünün dəmir divarlarını 1989-cu ildə naxçıvanlılar yıxandan sonra Ara­zın o sahilindən, bu sahilindən haray çəkib 70 ildən bəri əlaqələri kə­sil­miş qohum-qardaşın axtarışına başı qarışmış insanların xəbəri yox idi ki, onlardan bir qədər aralıda rus-erməni hərbi birləşmələri qədim Xocalı ki­mi, Dərəşam Oğuz məzarlığını da yer üzündən silir, nəsllərimizin unut­ma­ya­caqları qanlı tarix yazırdılar. Bu, rusların hamiliyi ilə erməni vəhşiliyinin Azər­baycan türklərinə, onların tarixi abidələrinə və mədəniyyətinə qarşı gə­tirdiyi növbəti soyqırımı idi.

Fikrimizi qısa da olsa, həmin tarixi hadisə ilə əlaqəli izah etməyə çalışaq.

Keçmiş Sovetlər məkanında ilk dəfə rus imperiya tarixinə Azər­bay­can­da son qoyulan ərəfədə dünya erməni diasporunun cızdığı plan əsa­sın­da Kremlin daşnak bandası Naxçıvanı ələ keçirmək məqsədilə "tarixi şans”ı əl­dən verməmək üçün M.S. Qorbaçovun verdiyi büro qərarı ilə vilayət ərazisində əvvəllər yerləşdirilmiş müxtəlif təyinatlı hərbi his­sə­lə­rin bir gecə-gündüzdə oradan çıxarılmasına, onların SSRİ Dövlət Təh­lükəsizliyi Komitəsinin xüsusi xidmət hissələri ilə əvəz edilməsinə nail oldular.

Xocalıdan başlayaraq, 20 Yanvar qanlı Bakı türk qırğınlarının il­ham­çı­sı və təşkilatçısı, gözünü qan örtmüş, quduzlaşmış   M.S.Qorbaçov Eçmiadzin kilsəsinin katolikosu Vaz­gen tərəfindən cızılan plana uyğun olaraq, Naxçıvan hərbi qüvvələrinin komandanlığını öz köməkçisi, ifrat erməni millətçisi, qəti və aman­sız türk düşməni, şeytan törəməsi Şahnazaryana tapşırdı.

Təxribat mütəxəssislərindən ibarət olan bu seçmə hissənin vəzifəsi əha­li arasında vahimə yaratmaq, provakasiya yolu ilə onları, 1918-1920-ci il­lərdə olduğu kimi, Arazın İran sahilinə qaçmağa psixoloji cəhətdən h­a­zır­lamaq və bundan sonra hündür dağ silsiləsi boyu bütün is­ti­qa­mət­lər­dən Vilayətin ayrı-ayrı rayon və kəndlərinə gecə-gündüz top mərmiləri yağ­dıran erməni-rus birləşməsinin genişmiqyaslı hücumuna yol açmaq idi. Lakin naxçıvanlılar bütün dünyaya tarixi naxçıvanlılıqlarını göstərdilər! Müs­təqillik uğrunda mütəşəkkil şəkildə ayağa qalxan elin şir, pələng qey­zi­ni görən düşmən "qonaqlar" sındırmağa gəldikləri xalqın qarşısında özl­ə­ri sındılar.

Bu, torpağının hər qarışını həyatı bahasına qorumağa qalxmış nax­çı­van­lıların rus imperiyasının iki yüzillik müstəmləkə zəncirini parçaladığı, mil­li müstəqilliyə qovuşduğu tarix idi! Min illərdən bəri ata-baba yurduna şahidlik edən sıx meşə ki­mi dayanmış qəbirüstü daşlar həmin günlərdə Kremlin hamiliyi ilə dün­ya erməni irticası Naxçıvanda növbəti qanlı soyqırımına əl atdı, Azər­bay­can türklərinin ulu keçmişinin şahidləri olan Dərəşam məzarlığını dağıtdı, qəbirüstü abi­də­ləri yer üzündən sildi. Şahnazaryanın göstərişi ilə gətirilmiş xüsusi daşdoğrayan maşınlarda abidələrimiz doğrandı və doğ­ran­mış daşlar hərbi maşınlara yükləndi, hansı istiqamətlərəsə aparıldı, həmin sa­hə sərhəddüzəldən texnika ilə şumlandı və tapana çəkildi. Bununla da qədim bir xalqın ən qədim dövr tarixi quduzlaşmış Qorbaçovun türk qanına batmış əli ilə erməni ter­ro­riz­mi­nin qurbanı oldu: Oğuz türklərinin qədim Nəxçu elinin   tarixi tarixsizləşdirildi!

"Erməni Naxçıvanı" ətrafında olan məlum iddianı "sübut etmək" məq­sə­dilə dekabr 1989-cu ildə naxçıvanlıların gözləri qarşısında doğram-doğram doğranılıb tarixi yer üzündən silinən Dərəşam abidələrini V.M.Arutyunyan və S.A.Sə­fər­yan 1830-cu illərdə Arazın o sahilindən azsaylı kiçik ailə şəklində gətirilmiş yarıdilənçi ermənilərin adına yazırlar və bu ağ yalanı, alçaldıcı saxtakarlığın tarixini "Xaçkar Djuqi" ("Cuğada daşxaç ") adı ilə XVII əsrə çəkirlər. 

Əgər bu əsərdə adıgedən qəbir daşları həqiqətən "erməni ba­ba­la­rı"nın uydurma "Naxçıvan tarixi" ilə əlaqədar olsaydı, şübhəsiz, Şahnazaryan on­la­rı xüsusi maşınla doğratdırıb çınqıla çevirtdirməzdi, əksinə, hökmündə olan hər­bi maşınlarla həmin abidələri İrəvana daşıtdırardı, oradan da təyyarə ilə dünya muzeylərinə paylatdırardı və bununla da uydurma "erməni Nax­çı­vanı"nın tarixdən silinməsinə imkan verməzdi.

Rus-erməni siyasət adamlarının tarixi təcavüzünə məruz qalmış haq­qın­da söhbət gedən Oğuz-türk abidələrini V.M.Arutyunyan və S.A.Səfəryan tarixin tanımadığı "or­ta əsr Armeniya"sı ilə əlaqələndirərkən, əlbəttə, onlar da, keşiş mü­əl­lif­lər kimi, erməni babalarına vaxtilə sığınacaq vermiş bir xalqın əcdad tor­pa­ğına açıqdan-açığa sahib çıxırlar. Müəlliflər yazırlar: "Arazın sahilində XVII əsrdə çiçəklənən ticarət mər­kəzlərindən biri olan Cuğa kəndi (Naxçıvan MR) yaxınlığında bədii də­yə­rinə görə unikal olan bir neçə min "xaçkar"dan ("daşxaç"dan – Ə.T.) iba­rət  böyük qəbiristanlıq və materialı yerli qırmızı və sarı rəngli qum­ da­şın­dan olan daşdan yonulmuş qoyunlar var. Daş üzərində yüksək oyma sə­nə­ti və orta əsr Armeniyasının (tarixin heç bir dövründə ermənilərin nəinki "Armeniya" adında, hətta hər hansı adda olsa da, "dövlətləri" olmamışdır. M.Xorenatsi yazır ki, biz çox məhdud sayda xalq olmuşuq, hər zaman başqa hökmranlıqlar altında yaşamışıq. - Ə.T.) bu sənət üzrə ən yaxşı ənənələrinin dir­çə­liş dövrü nümunələrindən ibarət onlarla xaçkar kompozisiyası var"..

"Xaç” adlandırılan işarənin xristianlıqdan xeyli əvvəl, başqa sözlə, m.ö.minilliklərdə “Odun və Günəşin rəmzi” olması, ta­nın­mış xristian dini nəzəriyyəçilərinin xaçdan qəti imtina etmələri, xü­su­sən orta əsrlər yepiskopu Feliks Minutsiyin: “Xaçlara biz qətiyyən sitayiş etmirik, biz xris­tianlara onlar gərək deyil”, - deyə aydın şəkildə bəyanat verməsi şübhə ye­ri qoymur ki, Zərdüşti inancla bağlı olan “Xaç”la (“əbədiyyət nişanı” ilə) çar­­­mıxa çəkilmiş Xristi (yunanlarda "Xristos") rəmzləşdirən “Xrest\Krest” arasında bərabərlik işa­­rəsi qoyan hər kimsə ümumtürk tarixini, başqa sözlə, Ön Qafqaz “Aves­­ta” memarlıq abidələri ilə əlaqədar Azərbaycan türklərinin mənəviyyat və mədəniyyət tarixini antitarixi mövqedən açıqdan-açığa gəl­­mə xalqın adına yazmaq məqsədi güdürlər.

Problem ətrafında geniş araşdırmalar apar­­mış N. Eminin gəldiyi nəticə də maraqlıdır. O, yazır: “... “Xaç” adı birbaşa öz mənasına əlavə edilmir. Gördüyümüz kimi, məbədə əlavə edil­miş “xaç” adının, hansı ki, nə “krest”lə, nə də ümumiyyətlə, xristian iba­də­ti­nin hər hansı əşyası ilə heç bir əlaqəsi yoxdur.”(İ.Petruşevski.Xristian inancınadək Dağlıq Qarabağ kəndləri haq­qın­da. ­Bakı,1930, s.19.)

Də­rəşam qəbirüstü abidələr nə qədər yüksək zövqlə, zərgər işləmələri ilə ­ha­zırlanmışsa, 1828-ci il hadisəsindən sonra İrandan köçürülərək Nax­çı­van xanlığının qədim Dərəşam ərazisində yerləşdirilmiş ermənilərin qəb­irüs­tü daşları bir o qədər kobud şəkildə yonulmuşdu. Qaçqın və dilənçi bir ic­manın nümayəndələri olan Cuğa ermənilərinin bundan artıq nə mə­də­niy­­yətləri ola bilərdi ki?!

Əgər V.M.Arutyunyanın və S.A.Səfəryanın nişan verdikləri memarlıq abidələri xris­­tian abidələri olsaydı, həm də onlar erməni babalarına məxsus olsaydı, şübhəsiz, bu sənət ənənəsini varislər davam etdirmiş olar­dıl­ar. Çünki onlar dünən də xristian idilər, bu gün də xristiandırlar. 

"Kitabi-Dədə Qorqud" dastanlarında Oğuz tayfalarına məxsus Dərəşam qala-şəhərin adının çəkilməsi bizim keşiş Zakariy Ka­na­kertsiyə istinadən yuxarıda gəldiyimiz nəticəni təsdiq,V.A. Arutyunyanın, S.A.Sə­fəryanın, N.Eminin və başqalarının iddialarını qəti təkzib edir. Bu da növ­bəti inkaredilməz dəlil olaraq, bizə əsas verir söyləyək ki, erməni ba­ba­larının dünya tarixində ilk real dövləti mart 1828-ci ildə ləğv edil­miş İrəvan və Naxçıvan xanlıqlarının əraziləri hesabına rus im­pe­ra­tor­luğunun tərkibində təşkil edilmiş iki illik (1828-1830-cu illər) “müvəqqəti armyan vilayəti”dir. 

Məsələ belə olduğu halda, bəs, erməni müəllifləri hansı əsasla Də­rə­şam qəbir daşlarını öz erməni babalarının adına yazmaq məqsədilə qaçqın er­məni ailələrinin XIX əsr Qafqaz tarixini iki yüz il əvvələ, yəni XVII əsrə atırlar?

Erməni müəlliflərinin iddiaları o zaman inandırıcı olardı ki, qəbrin başdaşındakı hələ m.ö. yüzilliklərdə Zərdüşti Səma Tanrısına (Ahura-Məzdaya) aid "xaçkar" dedikləri “əbədiyyət nişanı”na əsassız olaraq, Xristin dara çəkilməsini rəmzləşdirən xristianların "Krest"/"Xrest" işarələri ilə yanaş­maqdansa, həmin mə­zar­larda uyuyan insanları antropoloji cəhətdən öyrənəydilər və onların et­no­mənsubiyyətlərini aşkarlayay­dılar.

Yuxarıda xatırlatdıq ki, Kreml Dərəşam nekropolunu Azərbay­can ar­xe­o­loqlarından qoruyurdular, ermənilər isə bütün məsələlərdə xüsusi sər­bəst­lik imtiyazına malik idilər. Kreml çox gözəl başa düşürdü ki, ar­xe­o­lo­gi­yadan keçən yol heç zaman ermənilərə xeyir gə­tirməyəcəkdir. Ona görə də Dərəşam abi­də­lə­rini fotolara köçürmək və onlar haqqında uy­dur­ma "armyan Naxçıvanı" mifi yaratmaq daha sər­fəli və məqsədəuyğun idi. Bu səbəbdən də V.M.Arutyunyan və S.A.Səfəryan da bu məkrli şeytan yolunu tutmuşdular.

Daşın şəbəkə hissəsində xristianlıqla heç bir əlaqəsi olmayan zə­rif haşiyələrlə işlənmiş "Aves­ta" memarlıq sənətinə aid kita­bəyə diqqət yetirin. 

Kitabədə başları canlan­dı­rıl­mayan iki Mü­qəddəs Səma Buğasının (Zərdüşti inancda Buğa Müqəddəs hesab edildiyi üçün "Avesta" abidəsi on iki min Buğa dərisi üzərində yazılmışdır döş-döşə da­yan­dığı hissədən onların başını rəmzləşdirən günəşin gur hailəsinə alın­mış Zarvan (“Zaman” an­la­yışı verir) Tan­rı və onun sağ-solunda hü­zu­runda dayanmış oğlanları: Xeyir Tanrı – Ahu­ra-Məz­da, Şər Tanrı - Anqra-Manyu (Təkallahlıq dinləri bir sıra ilahi adətlərlə yanaşı insanın bir çiynində Xeyir Mələk, o biri çiynində Şər Mələk olması inancını da Zərdüşt Peyğəmbərin yaradan və yaranış fəlsəfəsindən almışlar) can­lan­­dı­rıl­mış­dı..Hər iki Səma Buğasının quy­ruq­larının uc­ları "əbədiyyət nişanlı" (+) ilan şəklində təsvir edil­miş­dir. Azər­bay­can türklərinin mifologiyasına gö­­rə, Zarvan Tanrının rəmzlərindən biri də ilan­­dır. Bu səbəbdəndir ki, Azərbaycan türklərinin Anamayasında iştirak etmiş türk tayfalarından biri də Mar tayfaları adlanır. Marlar qan qohumu olan Maday və Maq tayfaları ilə birlikdə onlarla eyni nəsildən olan başqa tayfaları da bir ittifaqda birləşdirərək qədim Şərqin qüdrətli imperiyası olmuş Maday (yunan qaynaqlarında "Midiya") imperiyasının əsasını qoymuşlar. İmperiyanın qüdrətli hökmdarı bir adı da "Varbak" olmuş Kiaksarın "Mar Varbak", onun oğlu, imperiyanın son çarı Astiyaqın da "Mar Astiyaq" adı ilə nişan verilməsi də təsadüfi deyildir. 

Kitabədən sonra qəbirdaşı axıradək qədim "Avesta" tişə ornamentləri ilə nə­­fis işləmələrlə hər iki tərəfdən haşiyəyə alın­­mışdı. Başdaşı üzərində oyulmuş "əbədiyyət nişan"lı (+) tablo mərhumun əbədiyyətə qovuşduğuna işarədir. Onun sonunda yüksək sə­nətkarlıq zövqü ilə oyulmuş şar ("qlobus") Yer kürəsinin rəmzidir. Şarın yuxarı hissəsindən başlayaraq,"əbədiyyət nişanı"nın sağından və solundan yuxarıya doğru şölələnən odu-atəşi nişan verən ornamentlə "Avesta" tişə ustası fikrini tamamlayır. O, bununla başdaşının "əbədiyyətə qovuşmuş" Zərdüşt inanclı mərhuma aid olduğunu bildirir. Ümumi fikir budur ki, insan dünyaya gəlir, sonda "əbədiyyətə qovuşur". Zərdüşt inanclı Azərbaycan türklərinin əcdadlarına məxsus yaradan və yaranış ətrafında olan bu din-mistik fəlsəfəsə, müsəlman dinini qəbul etdikdən sonra da bu günə kimi davam etməkdədir.

   "Zaman" mənasını verən Zarvana aid olan "əbədiyyət nişanı" (+) ilə kainatın sirlərini öyrənməyə çalışan müdrik babalarımız m.ö. neçə-neçə min illər əvvəl Yer kürəsinin dörd cəhətdən (Şərq, Qərb, Şimal, Cənub), ilin dörd fəsildən (qış, bahar, yay və payız) ibarət olduğunu insan tarixinin daşlaşmış yaddaşına çevirmişlər. 

Yer kürəsini və onu dörd cəhətə ayıran “əbədiyyət nişanı”nı əhatəyə al­­mış haşiyədən sonra dərinləşdirilmiş çərçivədə qabarıq canlandırılan Atəş­­gah möhürü vurulur. Çox təəssüf ki, erməni tarixçiləri qəbirdaşının fotosunu götürülərkən möhürün içərisində ya­zı­ya­bən­zər cizgilər aydın, oxunaqlı çə­kil­mə­miş­di.

Kompozisiya atlı barelyefi ilə tamamlanır. Çox aydın şəkildə görsənir ki, təsvir edilmiş süvari nə döyüşə gedən silahlanmış cəngavərdi, nə də qol­çağı üstündə sıçrayışa hazırlaşan şahinlə ova çıxan şahdazə. Atlı sağ əlin­də "əbədiyyət nişanı" (+) ilə canlandırılmışdı.

Göründüyü kimi, qədim Nəxçuan tişə ustaları (ölməz memar Əbubəkir Naxçıvaninin ulu babaları) sadə, yığcam kom­po­zi­si­yada olduqca lakonik bir "sənəd dili" ilə mənsub olduqları yerli türk əha­lisinin dədədən qalma məişətini - Zərdüşti inanca uyğun keçirdikləri dəfn-mərasim adətini teoloji və mifoloji obrazların,  habelə astroloji rəmz­lə­rin əsasında "Avesta" memarlıq məktəbinə məxsus üslubda tarixin qan yad­daşında əbədiləşdirmişlər.




                                                                                                Professor Əjdər İsmayılov

                                                                                                           Turan Araşdırma Mərkəzi İB-nin sədri.

 

 

16.06.2020