Oğuz-türk tarixi: Bəylərbəyi Rəvan xandan İrəvan qala-şəhər yadigarı

Problemə tarixi zəmində aydınlıq gətirmək üçün haqqında söhbət gedəcək "Aza ölkəsi"nin əhalisi, tarixi coğrafiyası və onun B.B. Piotrovskinin "yerli əhali" dediyi sakinlərinin etnomənsubiyyətləri barədə söyləyəcəyimiz qısa fikir Azərbaycan türklərinin Ön Qafqaz tarixi üçün elmi dəyərə malikdir.

Azərbaycan türklərinin Anamayasında iştirak etmiş bəzi türk tayfalarının adları qədim mənbələrdə qeydə alınmışdı. Bu sıradan Urmiya gölü ətrafında ta qədimdən məskun olmuş "Maday","Maq, "Mar" və "Su" adlı tayfaların dünya tarixində özlərinə  məxsus yazdıqları parlaq səhifələr məlumdur.

Daha yaxın ərazidə iç-içə yaşamış Mar və Su əhalisinin izdivacından törəmiş yeni nəsil "Sumar" adı ilə m.ö. min illiklərdə Zaqor dağ silsiləsini aşaraq, Böyük Köçlə İraqın şimalından İkiçayarasına (Mesopotamiyaya) gəlib yerləşmişdir. Bu barədə qaynaqlarda və tarix ədəbiyyatında kifayət qədər məlumatlar var. Bunların arasında məşhur ingilis arxeoloqu və linqvisti Henri Paulinsonun 1837-ci ildə Boqıstan ("Tanrılar məskəni") qayalarında "Sumar" tayfalarının "Babilə gedən qədim yol" abidəsini kəşf etməsi bu barədə mənbələrdə qeydə alınmış fikirlərin mötəbərliyini sübut etmiş oldu.

"Sumar"lar yeni məskəndə sonrakı nəsillərin işlək leksik-semantik dil xüsusiyyətlərinə uyğun olaraq, ədəbiyyatda "Sumer"lər adıyla tarixləşmişlər. Akkad dilində "S" və "Ş" hərflərinin əvəzləşməsinə görə, semitdilli qaynaqlarda "Sumer" tayfaları "Şumer" adıyla qeydə alınmışlar. (Ətraflı bax: Əjdər Tağıoğlu. Moisey Xorenatsi anonim keşiş müəllifdir. Bakı - "Elm və təhsil", 2016 s.99-103)

Mar, Maday və Maq tayfaları Ön Asiyada və Ön Qafqazda ayrı-ayrı adlar altında qədimdən məskun olmuş qohum türk tayfalarını bir hərbi ittifaqda birləşdirərək yunanların "Midiya" adlandırdıqları "Maday imperiyası"nın əsasını qoymuşlar. İmperiyanın qüdrətli çarı Kiaksarın ikinci adla mənbələrdə "Mar Varbak"-"Mar Arbak", onun oğlu imperiyanın son çarı Astiyaqın "Mar Astiyaq" adlarında nəsil şəcərəsi ilə qeydə alınması onların etnomənşəcə hansı tarixi kökdən olduqlarına sübutdur. 

Marların bir nəsil budağı da Urmiya gölü sahilindən köç edərək Kiçik Asiyada qədim Tavr dağ silsiləsindən mənbə alan Fərat çayının yuxarı axarında  hündür dağlıq əraziyə yerləşmişdir. Bu ölkəni işğal edən assuriyalılar ona "Şupria" demişlər. Biaini çarları "Şupria"nı ələ keçirdikdən sonra ölkənin hündür dağ zirvəsində yerləşdiyini nəzərə alaraq, ona öz dillərində "Arme", yəni "Hündür ölkə" adı vermişlər. Bununla da Mar tayfaları Biaini daş yazılarında dəfələrlə adıçəkilən "Arme" ölkə əhalisi kimi tarixə çevrilmişdir.

Məsələni uzatmamaq üçün xatırladaq ki, kiçik ərazidə yerləşmiş "Arme" ölkəsi yunan-selevkid hökmdarı olan III Antioxun (m.ö.223-187-ci illər) dövründə "Suriya çarlığı"nın tərkibində olmuşdur. Antiox Strabonun "Artaksi" (m.ö.188-145-ci illər) adı ilə tarixə nişan verdiyi öz komandanını ("strateqini") "Arme"yə vali təyin etmişdir. Kilsə M.Xorenatsinin dili ilə onu Atarpaten çar nəsil sülaləsindən olduğuna görə "Atarpaten əsilzadəsi", tayfa mənsubiyyətinə görə "Mar Artaşes" adlandırır. "Artaşes" sözü "Avesta" inanclı əhalinin leksikonunda "arta" "böyük", "şes" "hökmdar", yəni "Böyük hökmdar"  anlamında işlənmişdir.

"Arme" valisi Artaksi – "Mar Artaşes" m.ö.190-cı ildə romalıların yunanlara qarşı çaldıqları qələbədən sonra, m.ö. 188-ci ildə valiliyi müstəqil çarlığa çevirmişdir. Artaksinin – "Mar Artaşes"in dövründə Kiçik Asiya və Alban dənizi arasında yerləşmiş geniş coğrafiya "təxminən 200 illik (m.ö.188-m.s.10) tarixi olan "Arme çarlığı"nın tərkibində olmuşdur. Qədim dünya dövlətlərindən olmuş çarlığın  "Arme"  adı ayrı-ayrı xalqların ədəbiyyatında müxtəlif şəkildə qeydə alındığı kimi, rusdilli ədəbiyyatda da rusların leksik-semantik dil xüsusiyyətlərinə uyğun olaraq "Armeniya" şəklində işlənmişdir. Göründüyü kimi, erməni tarixçilərinin mənsub olduqları millətə yazdıqları "Armeniya tarixi" kitablarının uydurma və saxta olmasını Azərbaycan türklərinin Anamayasında iştirak etmiş Mar tayfalarının "Arme çarlığı"nın tarixi  meydana çıxarır.  

Mar tayfaları başqa bir nəsil qohumu olan Maq tayfaları ilə birlikdə Urmiya gölü sahillərindən – Ata yurdundan onlarla Ön Qafqazda eyni Ata kökdən gələn yarıköçəri qədim Nəxçu elinin Dədədən "Ağrı dağı" adı ilə nişan verilmiş dağın vadisinə doğru uzanan ərazisindən keçərək Pont dənizinin ("Qara dəniz"in) Cənub Şərqinə, Qafqaz dağ silsiləsinin ətəklərinə  yayılmışdır.     


Ön Qafqazda geniş coğrafi əraziyə yayılmış marlar və maqlar tarixin müxtəlif çağlarında ayrı-ayrılıqda zəngin mədəniyyət nümunələri yaratmışlar. Mar tayfalarının aşıq rapsodları tərəfindən babalarının şərəfinə düzüb-qoşduqları və nəsil-nəsil yaşatdıqları Əjdahalar və Divlər haqqında nəğmələr"  əfsanəsində "Ağrı dağı" adı ilə nişan verilən dağın zirvəsində marların böyük hökmdarının zinətdən işlənmiş taxt-tacının yerləşməsindən və s. bəhs edir. Erməni mifoloqları və tarixçiləri başqa zəngin mədəniyyət nümunələrimiz kimi, bu əfsanəni də "Vipasank" adı ilə "erməniləşdirmişlər". Bu baxımdan S.T.Yeremyanın "Avesta"dan Ahura-Məzdanın Tanrı panteonu əsasında yazdığı "Erməni mifologiyası" məqaləsi erməni saxtakarlığının son nümunələrindəndir.

M.Xorenatsidə başqa bir maraqlı epizod. Təsadüfi deyildir ki, Artaksinin – "Mar Artaşesin" oğlu Artavas "Arme çarlığı"nın hərbi-inzibati ərazisinə daxil edilmiş Oğuz Albaniyasının   qərb ərazisində – "Şərur çöllərində" (M. Xorenatsi) "Marakert" ("Mar ölkəsi") şəhərini salır.

Kilsə anonim keşiş M.Xorenatsinin dilindən "Armeniya tarixi"ndə "Qoxtn"-"Qoxten" adlandırdığı Naxçıvanda Mar rapsod aşıqlarının "Mar Artaşes"in nəvəsi, Artavasın oğlu Tiqranın şəninə oxunan silsilə nəğmələri xatırladır.

Bütün bu deyilənlər, yaxud məqalənin həcminə görə, deyilməyən gərəkli maddi-mədəniyyət nümunələri sübut edir ki, B.B.Piotrovski başda olmaqla, siyasi muzdlu rus tarixçiləri və bəzi Avropa alimləri tərəfindən Ön Asiya, Orta Şərq, Ön Qafqaz torpaqlarında məskun olmuş əhalinin adları məqsədli olaraq çəkilməsə də, aparılmış bir sıra qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət sübut edir ki, ayrı-ayrı adlar altında yaşamış türk tayfaları tarixin sübh çağından bu coğrafiyanın ən qədim sakinləri olmuşlar. Bu baxımdan, haqqında söhbət gedəcək Aza ölkəsinin bir sıra qədim xarabalıqlarını aşkarlayanda Biaini çarlarının işğalçı ordusuna qarşı vuruşan Mar tayfalarının rus və erməni arxeoloqları tərəfindən tarixi adlarının çəkilməməsinin, onların mücərrəd "yerli əhali" adı ilə nişan verilməsinin səbəbi məlum olur. Çünki Ön Qafqaz coğrafiyasında ən qədim dövr tarixi yaşamış Aza ölkəsinin Mar əhalisi daha sonralar "Oğuz türkləri" adı altında ayrı-ayrı nəm-nişanla nəsil qollarına şaxələnmiş, zaman-zaman aşıq rapsodların qoşduqları nəğmələrdə, əfsanə və rəvayətlərdə dastanlaşmış qohum tayfaların babalarıdır. Bu məsələnin bir tərəfidir. Məsələnin digər tərəfinə gəldikdə, Biaini daş yazılarında elmi-tarixi dəyəri olan bir məlumat da maraqlıdır. Göyçə gölünə doğru işğaldan danışan yazıların birində çar deyir ki, "dörd çara gölün sahilində, on doqquz çara göldən kənarda dağlıq ərazidə, cəmi iyirmi üç çara mən təkbaşına qələbə çaldım."  

Aza ölkəsinin m.ö.VIII əsrdə məğlubiyyətə uğramış iyirmi üç tayfa sayı ilə Strabonun xəbər verdiyi oğuzların iyirmi altı tayfa sayı arasında nəsilləri keçib gələn etnokök bağlılığı şübhəsizdir. Bu baxımdan "Kitabi-Dədə Qorqud"da alagözlü pəri ilə sarı çobanın izdivacından adamyeyən övladın – "Təpəgöz"ün törəməsindən, dağın övlad verməsi və almasından, ananın öz südü və dağ çiçəyinin qarışığından hazırladığı məlhəmi arxadan oxla ölümcül yaralanmış cavan oğlunun yarasına bağlayıb, onu ölümdən xilas etməsindən, yırtıcı aslanın qayğısı ilə böyümüş insan övladının insanı və mal-heyvanı diri-diri parçalayıb yeməsindən, ölümlü həyatdan xəbərsiz olan Dəli Domrulun əlində çomaq Əzrailə meydan oxumasından danışan boylar bizi Oğuz türklərinin soy-kök tarixinin m.ö. ən qədim çağlarına aparır.   

Aza ölkəsinin siyasi-inzibati coğrafiyası barədə qədim qaynaqlarda dəqiq məlumat yoxdur. Ancaq ölkənin qərb ərazisinin kiçik bir parçasında – rusların qanlı tarixi cinayətləri nəticəsində təşkil edilmiş indiki Erməni Respublikasının ərazisində aparılmış arxeoloji qazıntılar, M.Xorenatsidə təsvir edilən rəvayətlərdə "Qoxten" – Naxçıvan elində Mar aşıq rapsodların nəğmələrində yaşadılan rəvayət tarixi, bu gün Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda olan "Aza" adında iki kəndin  – "Yuxarı Aza" və "Aşağı Aza" kəndlərinin adı əsrlərdən bəri Aza ölkəsinin tarixi coğrafiyasının cənub hüdudlarını yaşadan canlı şahiddir. 


M.ö.VIII əsrdə də Qərblə Şərqi birləşdirən mühüm ticarət karvan yolu Aza ölkəsindən keçirdi. Onun strateji əhəmiyyəti olan coğrafi ərazisi, abadlıqları, zəngin təbiəti, geniş üzüm, meyvə bağları və başqa sərvəti Biaini çarlarının daim diqqət mərkəzində dayanmışdır. 

Menuanın oğlu çar I Arqişti (m.ö 778-750-ci illərsaysız piyada və süvari ordu hissələri ilə Araz çayını keçib, Aza ölkəsinə soxuldu. Onlar ilk həmlədə əhalinin güclü müqaviməti ilə üz-üzə gəldi. Ancaq Aza əhalisi düşməni lərzəyə gətirəcək qorxunc hay-harayla sel axınına bənzər hücumla bütün istiqamətlərdən ölkənin hüdudlarını aşan biainilərin zərbələrinə dözə bilmədi. 


I Arqişti Azanın şəhərlərini, kəndlərini, qalalarını atəşə verdi, onları yerlə-yeksan etdi, hərbi qənimət olaraq, saysız mal-qara sürüsünü, yüzlərlə əsir edilmiş əhalini Arazın o sahilinə keçirdi. Bu barədə Aza ölkəsinin ayrı-ayrı ərazilərində aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanmış Biani daş yazılarında kifayət qədər məlumatlar var.


Erməni arxeoloqu A.A.Martirosyanın əsrlərlə torpaq altında qalmış xarabalıqlardan meydana çıxardığı maddi sübutlar da Azada Mar əhalisinin başına gətirilmiş bu tarixi fəlakəti sübut edir. O, arxeoloji nəticə olaraq yazır ki, A.A. İvanovskinin dediyi kimi, "Belə düşünmək olmaz ki, Aza ölkəsi "Arqiştinin əlinə döyüşsüz keçmişdir.Əksinə, kəskin müqavimət göstərən əhalinin çox hissəsini Arqiştinin ordusu məhv etmiş, yüksək mədəniyyətlə tikilmiş abadlıqları atəşə vermiş, ölkədə daş üstündə daş qoymamışdır.


I Arqişti (m.ö 778-750-ci illər) işğal etdiyi ölkə əhalisindən qorunmaq və hücumu davam etdirmək üçün "İrpuni" adında ilk mühafizə qalasını inşa etdirir. Bu barədə Biaini daş yazılarında maraqlı məlumatlar var. Arqişti deyir: "Menuanın oğlu Arqişti (m.ö 778-750-ci illər) Biaini ölkəsinin adını göylərə qaldırmaq üçün İrpuni şəhərinin yerini müəyyənləşdirdim, orada bu qala-iqamətgahı tikdirdim."


Biaini çarı İrpuni qala-şəhərini inşa etməkdə öz məqsədini daş yazıda belə tarixləşdirir: "Düşmən ölkəni məhv etmək məqsədi ilə əzəmətli qala-iqamətgah ucaltdım, Biaini ölkəsinin adını göylərə qaldırmaq üçün İrpuni şəhərini tikdirdim."

Başqa bir misal.

"Menuanın oğlu Arqişti (m.ö 778-750-ci illər) dedu: Düşmən ölkəni vahiməyə salmaq üçün qüdrətli Biaini ölkəsinin İrpuni şəhərini mən ucaltdım."


Erməni tarixçiləri ilk mənbədə iki türk əhalisinin – biainilərin və azalıların tarixini "özününküləşdirmək" üçün açıq saxtakarlığa əl atırlar, "Biaini" ölkə adını "Urartu", qala şəhərin "İrpuni" adını uydurma "Erebuni" namında eybəcərləşdirirlər. Səbəb? Onların uydurmalarına görə, guya "Erebuni" şəhəri 782-ci ildə indiki "Erevan"ın (tarixi adı "İrəvan"dır) yerində inşa edilmişdir." Əksinə, erməni arxeoloqlarının "Erebuni" adıyla saxtalaşdırdıqları "Arın berd" arxeoloji qazıntı rayonu İrəvan şəhərindən neçə kilometrlərlə aralı məsafədə yerləşir. Buna baxmayaraq, gəlin şərti qəbul edək ki, tarixdə "Biaini çarlığı" deyil, erməni və ermənipərəst muzdlu siyasət tarixçilərinin dedikləri kimi, "Urartu çarlığı" olmuşdur, onlar da işğal etdikləri Aza ölkəsində "İrpuni" yox, "Erebuni" adında şəhər tikdirmişlər. 

Əvvəla, bir qədər sonra görəcəyik ki, "Urartu" (tarixdə bu adda toponim olmamışdır) anlamının yunanların "İşkil" (bizim dildə "Səllim itlər") dedikləri (XVI əsr erməni polşalı yepiskop Simeon Lehatsi ) babilli əfsanə qəhrəmanı Haykı IX əsrdə eponim qəbul edib "Hay" olan, XIX əsrdə   bizim "erməni" (bizim Ata sözümüzdə: "Suya düşmüş itlə, yağışa düşmüş erməni arasında fərq yoxdur") adlandırdığımız millətlə heç bir əlaqəsi yoxdur. İkincisi, başqa sözlə, deyilənlərdən aydın olur ki, nə Biaini çarlığının, nə Arqiştinin işğal etdiyi Aza ölkəsinin, nə də onun bu torpaqda m.ö.VIII əsrdə tikdirdiyi "İrpuni" qala şəhərin qanlı rus süngüsü ilə yazılmış 1828-ci il tarixindən başlayaraq, zaman-zaman başqa ölkələrdən gətirilib, qərbi Azərbaycan torpaqlarında yerləşdirilmiş yarıdilənçi ermənilərlə bağlılığı var. Biainilər də türk tayfalarıdır, azalılar da. Bu baxımdan biainilərin  m.ö. VIII əsr işğal tarixindən m.ö.VI əsr süqut tarixinədək Aza ölkəsinin coğrafiyasında marlarla birlikdə yaradılmış zəngin mədəniyyət ümumtürk tarixinin sinkretik – şərikli mədəniyyətidir. 


Bəs, bu biainilər tarixən kimlərdir? Onlar m.ö. XI əsrdə Dağlıq Altaydan "Bia" – "Biy" deyilən çayın sahilindən (bugünkü "Biyski vilayəti" böyük bir elin tarixini yaşadır) Böyük Köçlə Kiçik Asiyaya daxil olmuş, Ata yurddakı çayın adı ilə "Bia" (son zamanlar bəzi ədəbiyyatda məqsədli olaraq "Van" anlamında qeydə alınmışdı) adlandırdıqları gölün sahilində məskunlaşmışlar. Bu cəsur və döyüşkən el "Biaini" ("bialıların yurdu" anlamını verir) namında m.ö. IX-VI əsrləri əhatə edən 300 illik bir dövrdə qədim Şərqin qüdrətli çarlığını təşkil etmişdir.        


Venesiya mxıtaristlərindən gələn saxta ənənəni ilk dəfə silaha çevirən B.B.Piotrovski ermənilərin torpaq iddiasına ideoloji baza yaratmaq məqsədilə ümumtürk tarixinin böyük bir epoxasını təşkil edən "Biaini çarlığı"nı heç bir elmi-tarixi maddi sübutla təsdiq edilməyən uydurma "Urartu çarlığı" adlandırır. O, əsasını qoyduğu bu siyasi modellə biainilərin hərbi-inzibati ərazisinə müvəqqəti daxil edilmiş Ön Qafqaz türk tarixini saxta "Urartu tarixi" adı altında "erməniləşdirir."        

B.B. Piotrovski görkəmli tarixçi idi. Şübhəsiz, o, gözəl başa düşürdü ki, elmi  tarix "Urartu" adında toponim tanımır. Ancaq onun bədbəxtliyi onda idi ki, o, yəhudi kökündə törətdiyi erməni nəsil şəcərəsi (o, Ermitajın ona qədər Baş Direktoru olmuş, milliyyətcə erməni olan Orbelinin həm tələbəsi, həm də qızının əri idi) ona imkan vermədi sağlam alim vicdanı ilə tarixi həqiqəti olduğu kimi söyləsin.

"Urartu" namı "Bibliya"da İraqın şimalında yerləşən, "Qurani-Kərim"də "Cudi dağ" ("Alçaq təpə") deyilən dağa aiddir. Bu dağa "Bibliya"da "Ararat" da deyilir.

Biaini daş yazılarında heç bir yerdə "Urartu" sözünə rast gəlinmir, hər yerdə ölkə "Biaini" adı ilə tarixləşdirilir.Yuxarıda Arqişti yazılarından gətirdiyimiz nümunələr də bizim fikrimizi təsdiq edir. Buna baxmayaraq, B.B.Piotrovskinin qərbi Azərbaycanda özünün aşkarladığı arxeoloji maddi sübutlar onun əksinə dayansa da, o, Kremlin əlində Azərbaycan türklərinin Ön Qafqaz tarixinə qarşı amansız zəhərli qılınc idi. Necə deyərlər, onun kəsdiyi başa zaval yox idi. Bu səbəbdən də B.B.Piotrovskinin ortaya atdığı tutar-tutmaz hər bir fikir keçmiş Sovetlər Birliyi dövründə bütün xalqların tarixşünaslığında siyasi doqmaya çevrilmiş, aparıcı qırmızı xətti təşkil etmişdi. 

Təəssüflər olsun ki, müstəqillik günümüzdə də Azərbaycanın bəzi  tarixçiləri problemlə əlaqədar danışarkən ümumtürk tarixinin 300 illik epoxası olan "Biaini çarlığı"nın və "İrpuni" qala-şəhərin adını çəkməkdən uzaq dayanırlar, düşmənin zəhərli ənənələrinin davamı olan "Urartu çarlığı" və "Erebuni” anlamlarını işlədərək, onların "tarixi mövcudluğunu" təsdiq edirlər və bununla da qədim Ön Qafqazda Azərbaycan türklərinin tarixini təkrar-təkrar görünməz edirlər. Bircə nümunə. Professor Cəbi Bəhramov müsahibələrin birində deyir: "Erebuni” bir tarixi abidə kimi ermənilərə deyil, urartulara məxsusdur."

Araşdırmamıza nəticə olaraq deyək ki, B.B.Piotrovski və keçmiş Sovetlər Birliyi dövründə yazılmış tarix kitablarında ilk mənbədə "İrpuni" adı ilə tarixin qan yaddaşına çevrilmiş türk qala şəhərinə ermənipərəstcəsinə istər "Erebuni" desinlər, istərsə də "Erevan" desinlər, fərqi yoxdur, tarix tarixliyində qalır. Belə ki, tarixdə ilk dəfə Vahid Azərbaycan dövlətini yaratmış Şah İsmayıl Xətai Ön Qafqazın hüdudlarını qorumaq məqsədilə onun qərbində mühafizə qala şəhəri salmaq qərarına gəlir. Məşhur türk səyyahı Övliya Çələbi bu barədə yazır: "915-ci ildə (1509-10-cu illərdə) İran torpağının şahı İsmayıl Şah öz vəziri Rəvanqulu xana əmr etdi ki, həmin yerdə qala tikdirsin. O, Zəngi çayının sahilində yeddi ilə qala tikdirdi, ona öz adını verdi – "Rəvan."  Bu fakt sübut edir ki, Oğuz Albaniyasının qərb ərazisində babamız Rəvan xanın şərəfli adına ucaldılan, rus işğal tarixini nəsillərimizə nişan verən İrəvan şəhəri Azərbaycan türklərinin danılmaz qədim tarixidir. Bundan başqa, Rəvan xanın aşağıda nümunə gətirəcəyimiz Şah İsmayıla yazdığı məktubda həmin ərazini "Oğuz-türk diyarı" adlandırması da göstərir ki, Ön Qafqaz Oğuz Albaniyasının qədim tarixi siyasi-inzibati coğrafiyası XVI əsrdə də rəsmi dövlət sənədlərində də qeyddə olmuşdur.

Tarixin bu çağında ermənilərin mövsümi iş üçün Oğuz-türk torpaqlarına ailə şəklində sızdıqlarını, türklərin qapılarında ağır və çirkin günəmuzd işlə çətin yaşayış tərzi keçirdiklərini, qız-gəlin namusunu hərraca qoymaqla ayrı-ayrı kəndlərimizin ətrafında tədricən yerləşdiklərini Rəvan (daha sonralar "İrəvan") şəhərinin qalabəyi  və Çuxur-Səəd bəylərbəyi Rəvanqulu xanın 1519-cu ildə Şah İsmayıl Xətaiyə yazdığı məktubun tarixən ermənilərin Ön Qafqazla hansı şəkildə təmasda (əlaqələrdən danışmağa dəyməz) olduqlarını sübut edən rəsmi dövlət sənədi kimi, tarix və tarixilik baxımından müstəsna elmi dəyəri əvəzsizdir.  

Rəvan xan Vahid Azərbaycan dövlətinin banisi şöhrətli şah babamız Şah İsmayıl Xətaiyə yazırdı: "Ulu şahım! Tanrı Heydər Səfiyə qəni-qəni rəhmət eləsin. Sən nökər bəndəni bu Oğuz-türk diyarına bəylərbəyi təyin edərkən, adamlar içrə Şahmərdan Həzrət Əli kimi ədalətsevər olmağı, möminlərlə imamımız Hüseyn kimi insanpərvər davranmağı dönə-dönə tövsiyə etmisən. Mən qulluq həddimi heç zaman aşmamışam. Lakin son illər müşahidələrimə görə, əhalinin bir qismi, yəni Beynənnəhreyndən  (İkiçayarasından – Ə.T.) Van gölü sahillərinə, oradan da beş-beş, on-on Qafa, bizim torpaqlara gələn ermənilər, sazişdəkilər kimi, kəsbkarlıqla, bənna və dülgərliklə güzəran sürüb farağat oturmaqdansa, tabeliyimdəki torpaqlarda yerləşmə vurnuxmalarına başlamış, geniş oturaq həyat iddialarına qapılmışlar. İndi Ağkilsə kəndində əyləşən dünya ermənilərinin  katolikosu II Qriqori zunnarına xas olmayan fəaliyyəti ilə və təxribatçılıq əməlləri ilə idarəmizi müşkülə məruz qoyub. Katolikos erməni dini mərkəzinə vəqf sərmayəsi hesabına öz soydaşlarının türk kəndləri kənarında iki-üç ailə olmaqla oturaq məskunlaşmasını maliyyələşdirir, onlara ufacıq kilsələr tikdirir, beləliklə, bu tayfanın Qafda qədim mövcudiyyəti təsəvvürü yaradılır ki, bunlar istiqbalda nəsillərimizə başağrısı verə biləcək fəsadlar törənməsinə zəmin yarada bilər. İndi zikr olunan ərazidə elə bir kəndimiz, obamız qalmayıb ki, orada üç yad ailə işığı yanmasın. İsmətsizlik əxlaqına qurşanmış hayk qız-gəlinləri türk dəliqanlı cavanlarına sırınmağa can atır, qədim peşəliklə könüllər ovundurur, Oğuzlara ərə getməyə, başqa sözlə, mülkümüzə, malımıza şərik çıxmağa çalışır, siyasətdə sakit təcavüz adlanan cinayətlər törədirlər. Qarışıq nikahların vüsəti məni qorxudur, şahım. Mənə səlahiyyət ver, cəmi on beş min gəlməni mövsümi işçilər kimi qısım-qısım qaytarım vətənin dışarına. Sənin qulun Rəvan xan."

Rusların Qafqazı işğal etdikləri tarixdən meydana çıxan "erməni amili" babamız Rəvan xanın əbəs yerə həyəcan təbili çalmadığını sübut etdi. O, qanımıza erməni qanı qarışdığı ilk nəsil törəməsilə xalqımızın faciə tarixinin başlanğıcı olacağını müdrikcəsinə görürdü. 


          Professor, Əjdər Tağıoğlu   

“Turan Araşdırma Mərkəzi” İB-nin sədri.


Olaylar 1-ci hissə
Olaylar 2-ci hissə​​​