Əjdər İsmayılov Qazaxıstanda 10 yanvar Milli Matəm Günü ilə bağlı başsağlığı verdi

"Turan Araşdırma Mərkəzi" ictimai birliyinin sədri filoloq-tarixçi, türkoloq, professor Əjdər İsmayılov Qazaxıstanda 10 yanvar Milli Matəm Günü ilə əlaqədar öz feysbuk səhifəsində başsağlığı verib. Başsağlığında deyilir-Turan elləri, bu gün amansız, xain əllər qardaşlarımız olan Qazax Türklərinin Dövlətçilik tarixinə qanlı əllərini uzatmaqdadır. Qoy düşmən sevinməsin ki, onlar Qazax dövlətini məhv edə bilərlər. Qara-məkrli qüvvələr anlamalıdırlar ki, Qazax Türkləri öz Dövlətlərini canı-qanı bahasına qoruyacaq və müqəddəs bayraqları əbədiyyətə qədər məğrurla dalğalanacaqdır.

Əziz Qazax qardaşlarımız, sizinləyik! Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm! Başın sağ olsun, Vətən- Turan elləri!