Skip to content
AJDAR ISMAYILOV
  
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə
  • ÖMÜR YOLU
  • ÖZƏL
  • CAVİDŞÜNASLIQ
  • TARİXŞÜNASLIQ-TÜRKCÜLÜK
  • İCTİMAİ SİYASİ FƏALİYYƏTİ
  • HAQQINDA DEYİLƏNLƏR
  • Digər
    • MONOQRAFİYALARI
    • XARİCDƏ NƏŞRLƏR
    • MÜRACİƏTLƏRİ
    • MÜSAHİBƏLƏRİ
    • PUBLİSİSTİKA
    • BARƏSİNDƏ
    • SİTATLAR
    • VİDEO
    • FOTO
Xəbərlər
23-05-2025, 13:33TErməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB10-10-2023, 14:11TAzərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində7-07-2023, 17:10TTürkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur12-06-2023, 11:24TProfessor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR8-06-2023, 15:25TProfessor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda23-04-2023, 15:31TTuran adam! – professor Əjdər Tağıoğlu – 8515-04-2023, 11:31TYAP Mərrkəzi Aparatında professor Əjdər İsmayılovun anadan olmasının 85-ci il dönümünə həsr olunan konfrans keçirilib13-03-2023, 16:30TErməni tarixinin atasına “od vuran” alim – Əjdər İSMAYILOV28-04-2022, 14:54TProfessor - Züleyxa Nadir yazır24-04-2022, 14:50T“Avesta memarlıq abidəsi: “Keşişçi dağ” məbəd kompleksi” – YENİ KİTAB
AJDAR ISMAYILOV
AJDAR ISMAYILOV
  • ÖMÜR YOLU
  • ÖZƏL
  • CAVİDŞÜNASLIQ
  • TARİXŞÜNASLIQ-TÜRKCÜLÜK
  • İCTİMAİ SİYASİ FƏALİYYƏTİ
  • HAQQINDA DEYİLƏNLƏR
  • MÜSAHİBƏ VƏ BARƏSİNDƏ
  • MONOQRAFİYALARI
  • XARİCDƏ NƏŞRLƏR
  • MÜRACİƏTLƏRİ
  • REPORTOJLARI
  • PUBLİSİSTİKA
  • SİTATLAR
  • VİDEO
  • FOTO
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə
AJDAR ISMAYILOV
  Barəsində / Xəbərlər / Özəl  Turan adam! – professor Əjdər Tağıoğlu – 85
Barəsində / Xəbərlər / Özəl

Turan adam! – professor Əjdər Tağıoğlu – 85

23-04-2023, 15:311 193
Facebook Twitter WhatsApp Çap et Email LinkedIn VK

Onu hamı tanıyır. Hamı deyəndə ki vətənini, millətini, dövlətini onun kimi sevənlər… Canından artıq sevdiyi can AZƏRBAYCANIN düşmənlərinə onun kimi nifrət bəsləyənlər…Və tanıyanlar bilir ki, yaşadığı müddətdə bütün ruhu, düşüncəsi, bütün varlığı ilə can AZƏRBAYCANI sevdi. Söhbət adı qarşısında heç bir titulun təqdimatına ehtiyac olmayan Əjdər İsmayılovdan gedir.

Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirir. 1963–1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejisorluq fakültəsində oxuyur, rejissor Mehdi Məmmədovun və aktyor Rza Təhmasibin tələbəsi olur.

1961–1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, Daxili İşlər Nazirliyinin, “Şərq qapısı” qəzetinin əməkdaşı, 1977–1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olur.

Hələlik sadə görünən tərcümeyi-halın maraqlı bir məqamı. Əjdər İsmayılov Məşədi Mahmud İsmayıloğlunun nəvəsi, istiqlalçı, Naxçıvan, Qərbi Azərbaycan, xüsusəndə Şərur – Dərələyəz istiqamətində erməni daşnaqkarlna qarşı mübarizə müstəqil mübarizə aparan partizan, daha sonra “Qırmızı tabor”un komandirlərindən olan Tağı İsmayılovun oğludur. Bəli Tağı İsmayılovun oğlu məhz belə olmalıydı. VƏTƏNPƏRVƏR! 

 Əjdər İsmayılov 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olur. Akademiyanın vitse-prezidenti akademik Məmməd Arif Dadaşzadənin rəhbərliyi altında “Hüseyn Cavidin tarixi dramları” (“Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam”) mövzusunda namizədlik dissertasiyasını 1974-cü ildə müdafiə edir. Hüseyn Cavid! Bu dahi şəxsiyyət Əjdər müəllimi qarabaqara “izləyir”. Alim dəfələrlə bu görkəmli şəxsiyyətin yaradıcılığına müraciət edir, araşdırır. Və Cavidi o qədər sevir ki, oğluna Cavid adı verir! 

    1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında təsdiq edilmiş “Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” mövzusunda doktorluq dissertasiyası ətrafında araşdırmalara başlayır. Ədəbiyyatşünaslığımızda Azərbaycan romantizminin yaranmasını 1905–1917-ci il hadisələri ilə bağlayan fikir sahiblərinin əksinə olaraq, Hüseyn Cavid romantizminin mənşəyinin Zarvan (“Avesta”) fəlsəfəsindən başlandığını, sənətin fəlsəfi-estetik dəyərləri baxımından Türk “Tənzimat ədəbiyyatı” başda olmaqla, mütəfəkkir şairin dünya ədəbiyyatının korifeylərinin sənət yoluna bağlılığını demonizm kontekstində araşdırır. Kitabda dünya romantizmində demonizm ənənələrinin H.Cavid irsində davamı və inkişafı məsələləri qabardılır. Əjdər İsmayılov H.Cavid yaradıcılığının ideya-fəlsəfi, bədii-mifoloji köklərini açıb göstərir, sənətkarın aləmindəki milli və ümümbəşəri cəhətləri tədqiq edir.

    H.Cavidi dünya ədəbiyyatının nəhəngləri ilə eyni sırada görməyən, o biri tərfdən demonologiya fəlsəfəsini dərk etməkdə çətinlik çəkən məşhur alimlərimizə cavab olaraq, 1988-ci idə Moskvadan və Gürcüstandan dəvət edilmiş dünya ədəbiyyatı üzrə məşhur beş mütəxəssis alimin Müdafiə Şurasında etdikləri müsbət çıxışları və xüsusən moskvalı rəsmi opponent professor A.L.Şteynin: “Biz romantizm ədəbiyyatı mütəxəssisləri bu dissertasiyayadək dünya romantizminin XIX əsrdə sona yetdiyi fikirindəydik, sən demə XX əsrdə Hüseyn Cavid kimi sənət nəhəngi varmış” – dediyi sözlər keçmiş Sovetlər Birliyində ədəbiyyatşünaslıqda və fəlsəfədə ilk dəfə demonizm problemindən, onun fəlsəfi-estetik və siyası dəyərlərindən danışan dissertasiyanın qabağını xudpəsəndcəsinə kəsməyə çalışan bizim məşhurlara tutarlı cavab oldu.

    1961-ci ildə ADU-nu bitirib, anadan olduğu dogma kəndində, Çomaxtur kənd səkkizillik məktəbində müəllimlik edir.

   1974–1977-ci dərs ilində özünün şəxsi təşəbbüsü ilə səkkiz illikdən orta təhsilə çevirilən və müasir tədris avadanlığı ilə təchiz edilmiş iki mərtəbəli məktəb binasının inşasında müstəsna xidməti olur və mə…

Onu Azərbaycanın elmi ictimaiyyəti çox yaxşı tanıyır. Əjdər İsmayılov istər elm xadimi, istərsə də insan kimi hər kəsin qəbul etdiyi, hörmətlə yanaşdığı, sevdiyi, diqqət göstərdiyi bir alim idi. O, həm də cəmiyyətdə tənqidçi, görkəmli ictimai-siyasi xadim, türkçü, turançı kimi tanınırdı.  Ömür yolunda şərəf və ləyaqət, məsuliyyət, xalqa, Vətənə, dövlətə və dövlətçiliyə xidmət onunla çiyin-çiyinə addımlayıb.  Onun addımladığı yol xeyirli-bərəkətli, işıqlı-nurlu olmaqla yanaşı, həm də çətin və enişli-yoxuşlu olub. Çox “mənəm-mənəm” deyənlər bu yola çıxıblar, amma sona qədər gedə bilməyiblər. Çünki bu cür yolu Əjdər İsmayılov kimi nəhəng şəxsiyyətlər salır. 

    Əjdər İsmayılovun nəhəngliyi ondadır ki, o, bu yolda özünü fəda edib, elm işığında gözünün nurunu it…

O bütün ömrünü, mənalı həyatını, bilik və bacarığını, qabiliyyətini, savadını xalq, millət üçün sərf etdi, elm fədaisi kimi zülmətə işıq saldı. Hər gün çalışdı, zəhmət çəkdi, elm yolunda gözünün nurunu itirdi, saçlarını ağartdı, hörmətli, şərəfli bir ömür sürdü. Professor Əjdər İsmayılov məhz bu cür müdrik ömür sahibi, bu cür örnək idi.

Sözünün ağası olan, ağa ağ, qaraya qara deyən müdrik şəxsiyyət, Azərbaycan ədəbiyyatında, Turan dünyasında, türk ellərində iz qoyan Vətən adamının bu gün doğum günüdür. 

  Bir ildir ki, Haqq Dünyasında olan, canından artıq sevdiyi can Azərbaycanının torpağına qarışan alim CƏNNƏTdəki doğum günün mübarək!

   Sizdən dünyamıza çox əmanətlər qaldı, DAĞ ADAM!, AZƏRBAYCAN ADAM!, TURAN ADAN!, VƏTƏN FƏDAİSİ!, ELM CƏFAKEŞİ!, SADİQ DÖVLƏTÇİ! “91-lər”in ƏN SƏDAQƏTLİLƏRİNDƏN! Yüzlərlə elmi məqalələr, ermənilərin “tarixini” darmadağın edən kitablar, Türkün dədə tarixini üzə çıxaran monumental əsərlər, “Turan Araşdırma Mərkəzi” İB, bir də son nəfəsdə nəvəniz Oğuza dediyiniz “DÖVLƏTİ QORUYUN” vəsiyyəti…

Siz candan artıq sevdiyiniz CAN AZƏRBAYCANının qoynunda rahat uyuyun…vətən sevdalısı!

 

 

Fatma ABBAS.

Facebook Twitter WhatsApp Çap et Email LinkedIn VK
OXŞAR XƏBƏRLƏR
Ömür yolu / Xəbərlər

Əjdər İsmayılov vəfat etdi

14-03-2022, 03:36
Ömür yolu / Xəbərlər

Qırx mərasimi ilə üst-üstə düşən ad günü

23-04-2022, 03:35
Barəsində / Xəbərlər

Erməni tarixinin atasına “od vuran” alim – Əjdər İSMAYILOV

13-03-2023, 16:30
Barəsində / Ömür yolu / Xəbərlər / Özəl

Daima xalqın keşiyində dayanan böyük alim - professor Əjdər İsmayılov 80!

26-04-2018, 01:22
Xəbərlər / Özəl

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10
Barəsində / Xəbərlər / Özəl

Professor - Züleyxa Nadir yazır

28-04-2022, 14:54
Sosial Şəbəkədə
FacebookSəhifəmizi bəyənin
TwitterBizi izlə
InstagramBizi izlə
YoutubeKanalımıza abunə olun
  • SİTAT
  • BARƏSİNDƏ

Erməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB

23-05-2025, 13:33

Azərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində

10-10-2023, 14:11

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

12-06-2023, 11:24

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda

8-06-2023, 15:25

Erməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB

23-05-2025, 13:33

Azərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində

10-10-2023, 14:11

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

12-06-2023, 11:24

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda

8-06-2023, 15:25
  • boyuk
WordPress Image Carousel
  • 26
  • 24 aprel mitinqi 1992
  • 3 (2)
  • Слайд68
  • Слайд89
  • Слайд81
  • Слайд82
  • Слайд76
  • Слайд57
  • Слайд10
  • 3
  • Слайд58
  • Слайд299
  • 9
  • 4
  • 10
  • 128
  • Слайд12
  • 127
  • 1
  • 03.02.91
  • 5-1960 aprel 05
WordPress Image Carousel
MERIMAG
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.

# TEQLƏR

Ajdar Ismayilov PROFESSOR Tağıoğlunun İsmayılovun Əjdər
© Copyright 2014-2025. Bütün hüquqlar qorunur.
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə