Skip to content
AJDAR ISMAYILOV
  
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə
  • ÖMÜR YOLU
  • ÖZƏL
  • CAVİDŞÜNASLIQ
  • TARİXŞÜNASLIQ-TÜRKCÜLÜK
  • İCTİMAİ SİYASİ FƏALİYYƏTİ
  • HAQQINDA DEYİLƏNLƏR
  • Digər
    • MONOQRAFİYALARI
    • XARİCDƏ NƏŞRLƏR
    • MÜRACİƏTLƏRİ
    • MÜSAHİBƏLƏRİ
    • PUBLİSİSTİKA
    • BARƏSİNDƏ
    • SİTATLAR
    • VİDEO
    • FOTO
Xəbərlər
23-05-2025, 13:33TErməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB10-10-2023, 14:11TAzərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində7-07-2023, 17:10TTürkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur12-06-2023, 11:24TProfessor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR8-06-2023, 15:25TProfessor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda23-04-2023, 15:31TTuran adam! – professor Əjdər Tağıoğlu – 8515-04-2023, 11:31TYAP Mərrkəzi Aparatında professor Əjdər İsmayılovun anadan olmasının 85-ci il dönümünə həsr olunan konfrans keçirilib13-03-2023, 16:30TErməni tarixinin atasına “od vuran” alim – Əjdər İSMAYILOV28-04-2022, 14:54TProfessor - Züleyxa Nadir yazır24-04-2022, 14:50T“Avesta memarlıq abidəsi: “Keşişçi dağ” məbəd kompleksi” – YENİ KİTAB
AJDAR ISMAYILOV
AJDAR ISMAYILOV
  • ÖMÜR YOLU
  • ÖZƏL
  • CAVİDŞÜNASLIQ
  • TARİXŞÜNASLIQ-TÜRKCÜLÜK
  • İCTİMAİ SİYASİ FƏALİYYƏTİ
  • HAQQINDA DEYİLƏNLƏR
  • MÜSAHİBƏ VƏ BARƏSİNDƏ
  • MONOQRAFİYALARI
  • XARİCDƏ NƏŞRLƏR
  • MÜRACİƏTLƏRİ
  • REPORTOJLARI
  • PUBLİSİSTİKA
  • SİTATLAR
  • VİDEO
  • FOTO
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə
AJDAR ISMAYILOV
  Xəbərlər / Özəl  YAP Mərrkəzi Aparatında professor Əjdər İsmayılovun anadan olmasının 85-ci il dönümünə həsr olunan konfrans keçirilib
Xəbərlər / Özəl

YAP Mərrkəzi Aparatında professor Əjdər İsmayılovun anadan olmasının 85-ci il dönümünə həsr olunan konfrans keçirilib

15-04-2023, 11:31920
Facebook Twitter WhatsApp Çap et Email LinkedIn VK

   Aprelin 15-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının ən fəal qurucularından, məşhur “91-lər” dən olan, filologiya elmləri doktoru, cavidşünas, filoloq-tarixçi, türkoloq alim, professor Əjdər İsmayılovun anadan olmasının 85-ci ildönümünə həsr olunan konfrans keçirilib.

     Tədbiri giriş sözü ilə açan YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə Əjdər İslamyılovun həyat və fəaliyyəti haqqında danışaraq onun şərəfli ömür yolu keçdiyini bildirib. Əjdər İsmayılovun görkəmli elm xadimi, nüfuzlu ziyalı olduğunu deyən A.Rəhimzadə diqqətə çatdırıb ki, o, həyatının sonuna qədər ulu öndər Heydər Əliyev ideyalarına sadiq qalıb, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib. Əjdər İsmayılov bütün fəaliyyətində dövlətçiliyə sadiq olub və xalqımıza şərəflə xidmət göstərib.

      YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxışında Əjdər İsmayılovun Azərbaycan elmində böyük iz qoyduğunu deyib. Bildirib ki, həm filologiya, həm də tarix sahəsində mərhum professorun mühüm elmi əsərləri və araşdırmaları var. S.Qurbanov qeyd edib ki, 1990-cı illərin əvvəlində mövcud olan böhran şəraitində Azərbaycanın gələcəyini düşünən ziyalılar kimi Əjdər İsmayılov da xalqımızın üzləşdiyi çətinliklərdən xilas yolunu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Bu səbəbdən də, görkəmli ziyalımız həm 1992-ci ildə yaş senzinin ləğv olunması tələbi ilə keçirilən mitinqlərdə fəal iştirak edib, həm də Ulu Öndərə müraciət etmiş “91-lər”dən biridir. S.Qurbanov Əjdər İsmayılovun həyat və fəaliyyətini sədaqət və cəsarət nümunəsi kimi səciyyələndirib.

      Çıxış edən YAP Veteranlar Şurasının üzvü, Əməkdar elm xadimi Şahlar Əsgərov isə Əjdər İsmayılovu möhkəm əqidəli və prinsipial şəxs kimi dəyərləndirib. Məhz bu mövqeyinin nəticəsidir ki, o, “91-lər”in müraciətinə imza atıb. Çünki o zaman Heydər Əliyevi müdafiə edənlər ovaxtkı hakimiyyət tərəfindən təzyiqlərə, təhdidlərə məruz qalırdılar. Amma Əjdər İsmayılov heç vaxt öz prinsipial mövqeyindən dönmədi. Ş.Əsgərov həmçinin Ə.İsmayılovun Azərbaycan elminə böyük töhfələr verdiyini vurğulayıb.

    AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli çıxışında professor Əjdər İsmayılovun Azərbaycan elmi qarşısında xidmətlərindən, Hüseyn Cavid yaradıcılığı ilə bağlı araşdırmalarından, ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri ilə mübarizəsindən ətraflı bəhs edib.  Vurğulayıb ki, Əjdər İsmayılov həm də böyük türkçü alim idi.

Konfransda daha sonra YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeyf İmamverdiyev, YAP Veteranlar Şurasının üzvü, professor Ədalət Fərəcov və digərləri çıxış edərək mərhum professor Əjdər İsmayılovun cəsarətli, qətiyyətli mövqeyindən, ulu öndər Heydər Əliyev yoluna sadiqliyindən ətraflı bəhs ediblər. Mərhum professorun elmi yaradıcılığından danışan natiqlər vurğulayıblar ki, Əjdər İsmayılov "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları", "Moisey Xorenatsi anonim keşiş müəllifdir", "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir", "Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir" tarixi əsərlər və bir sıra elmi məqalələr yazaraq bizə miras qoyub. Bildirilib ki, professor Əjdər İsmayılovun həyat və fəaliyyəti gənc nəsl üçün nümunədir.

    Sonda çıxış edən professor Əjdər İsmayılovun oğlu, iqtisadçı alim Cavid İsmayıl atası haqqında xatirələrini bölüşüb, onun ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyi, dövlətçiliyə xidmətləri ilə qürur duyduğunu vurğulayıb.  C.İsmayıl atasının xatirəsinə göstərilən ehtirama, bu konfransın təşkil edilməsinə görə öz təşəkkürünü bildirib.

Facebook Twitter WhatsApp Çap et Email LinkedIn VK
OXŞAR XƏBƏRLƏR
Xəbərlər / Özəl

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

12-06-2023, 11:24
Ömür yolu / Xəbərlər / Özəl

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda

8-06-2023, 15:25
Xəbərlər / Özəl

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10
Ömür yolu / Xəbərlər

Qırx mərasimi ilə üst-üstə düşən ad günü

23-04-2022, 03:35
Ömür yolu / Xəbərlər

Sadiq Qurbanov: "Tanınmış professor koronavirusa yoluxub"

7-01-2021, 03:57
İctimai siyasi fəaliyyəti / Xəbərlər / Müraciətləri

“İnanıram ki, qəbul edəcəyi qərarlarla tarixi bir qurultay olacaq” – “91-LƏR”dən olan tanınmış professordan Prezidentə müraciət

4-03-2021, 03:56
Sosial Şəbəkədə
FacebookSəhifəmizi bəyənin
TwitterBizi izlə
InstagramBizi izlə
YoutubeKanalımıza abunə olun
  • SİTAT
  • BARƏSİNDƏ

Erməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB

23-05-2025, 13:33

Azərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində

10-10-2023, 14:11

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

12-06-2023, 11:24

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda

8-06-2023, 15:25

Erməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB

23-05-2025, 13:33

Azərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində

10-10-2023, 14:11

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

12-06-2023, 11:24

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda

8-06-2023, 15:25
  • boyuk
WordPress Image Carousel
  • 26
  • 24 aprel mitinqi 1992
  • 3 (2)
  • Слайд68
  • Слайд89
  • Слайд81
  • Слайд82
  • Слайд76
  • Слайд57
  • Слайд10
  • 3
  • Слайд58
  • Слайд299
  • 9
  • 4
  • 10
  • 128
  • Слайд12
  • 127
  • 1
  • 03.02.91
  • 5-1960 aprel 05
WordPress Image Carousel
MERIMAG
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.

# TEQLƏR

Ajdar Ismayilov PROFESSOR Tağıoğlunun İsmayılovun Əjdər
© Copyright 2014-2025. Bütün hüquqlar qorunur.
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə