Skip to content
AJDAR ISMAYILOV
  
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə
  • ÖMÜR YOLU
  • ÖZƏL
  • CAVİDŞÜNASLIQ
  • TARİXŞÜNASLIQ-TÜRKCÜLÜK
  • İCTİMAİ SİYASİ FƏALİYYƏTİ
  • HAQQINDA DEYİLƏNLƏR
  • Digər
    • MONOQRAFİYALARI
    • XARİCDƏ NƏŞRLƏR
    • MÜRACİƏTLƏRİ
    • MÜSAHİBƏLƏRİ
    • PUBLİSİSTİKA
    • BARƏSİNDƏ
    • SİTATLAR
    • VİDEO
    • FOTO
Xəbərlər
23-05-2025, 13:33TErməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB10-10-2023, 14:11TAzərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində7-07-2023, 17:10TTürkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur12-06-2023, 11:24TProfessor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR8-06-2023, 15:25TProfessor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda23-04-2023, 15:31TTuran adam! – professor Əjdər Tağıoğlu – 8515-04-2023, 11:31TYAP Mərrkəzi Aparatında professor Əjdər İsmayılovun anadan olmasının 85-ci il dönümünə həsr olunan konfrans keçirilib13-03-2023, 16:30TErməni tarixinin atasına “od vuran” alim – Əjdər İSMAYILOV28-04-2022, 14:54TProfessor - Züleyxa Nadir yazır24-04-2022, 14:50T“Avesta memarlıq abidəsi: “Keşişçi dağ” məbəd kompleksi” – YENİ KİTAB
AJDAR ISMAYILOV
AJDAR ISMAYILOV
  • ÖMÜR YOLU
  • ÖZƏL
  • CAVİDŞÜNASLIQ
  • TARİXŞÜNASLIQ-TÜRKCÜLÜK
  • İCTİMAİ SİYASİ FƏALİYYƏTİ
  • HAQQINDA DEYİLƏNLƏR
  • MÜSAHİBƏ VƏ BARƏSİNDƏ
  • MONOQRAFİYALARI
  • XARİCDƏ NƏŞRLƏR
  • MÜRACİƏTLƏRİ
  • REPORTOJLARI
  • PUBLİSİSTİKA
  • SİTATLAR
  • VİDEO
  • FOTO
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə
AJDAR ISMAYILOV
  Barəsində / Müsahibələri / Xəbərlər  “Məni ölüm mələyinin qanlı caynağndan onlar xilas etdi”
Barəsində / Müsahibələri / Xəbərlər

“Məni ölüm mələyinin qanlı caynağndan onlar xilas etdi”

16-03-2021, 03:55623
Facebook Twitter WhatsApp Çap et Email LinkedIn VK

"Turan Araşdırma Mərkəzi" ictimai birliyinin sədri filoloq-tarixçi, türkoloq, professor Əjdər İsmayılov  Olaylar.az-a müsahibə  verib. Müsahibəni  təqdim edirik.

-Əjdər müəllim, indiyə qədər mətbuat sizinlə siyasi və ictimai və ya elmi məsələlərlə əlaqədar müsahibələr alıb. Bugünkü müsahibəmiz bir qədər fərqlənir. Bu yaxınlarda COVID-19 virusuna yoluxmanızla əlaqədar mediada və sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Bu haqda nə deyə bilərsiz?

-Hər birimizə məlumdur ki, hal-hazırda bütün dünya COVID-19-la mübarizə aparır. Eyni zamanda respublikamızda da, təxirəsalınmaz böyük tədbirlər görülür, mübarizə aparılır. Lakin heç birimiz sığortalı deyilik ki, virusa yoluxmayaq. Keçən ilin dekabr ayının sonundan test nəticəsində bəlli oldu ki, mən və həyat yoldaşım Tamilla İsmayilova COVID-19 -a yoluxmuşuq.

-Müalicəniz necə keçdi?

-Əvvəlcə  həkimlərin nəzarəti altında evdə müalicə almağa başladıq. İlk gündən müalicəmiz yaxşı gedirdi, sonra səhhətimdə narahatçılıqlar baş verdi. Daha sonra həkimlərin məsləhəti ilə xəstəxanaya yerləşdirildik və yanvar ayının 7-dən Bakı Sağlamlıq Mərkəzində  müalicə  almağa  başladıq.

-Müalicəniz necə keçdi?   Proses ağır oldu?

-Yüngül keçirdim təbii ki, deyə bilmərəm. Asan olmadı. Sağlamlığımıza qovuşmaqda öncə Allaha, daha sonra həkimlərimizə çox minnətdaram.Yeri gəlmişgən, Bakı Sağlamlıq Mərkəzinin Direktoru səmimi insan Asiman Həsənovun bütün xəstələrə olduğu kimin xüsusi nəzarəti altında "COVİD"in yanar ocağından, sözün əsl mənasında, ölüm mələyinin qanlı caynağndan 22 gün gecəli-günüzlü mübarizədən sonra məni və həyat yoldaşım Tamella xanım İsmayılovanı sağlam və gümrah həyata qaytaran BSM-in tibb kollektivinə tarixi ehtiramımızı və sönməz məhəbbətimizi bildiririk.Eyni zamanda, "COVİD"-lə gecəli-gündüzlü, yorulmadan əsl mübarizə aparan şöbənin rəhbəri, böyüklə böyük, kiçiklə kiçik olan bütün xəstələrə, o cümlədən bizə də oğul səmimiyyəti göstərən Zakir Quliyev başda olmaqla bütün səmimi komandasına təşəkkür edirəm.  

-Demək, həkimlərdən razı qaldınız?

-Bəli, çox razı qaldım. Bilirsiniz, bu kollektivdə yüksək peşəkarlıq, sağlam mühit, yüksək davranış gördüm. Bütün xəstələrə qarşı çox yüksək diqqət və qayğının şahidi oldum.

Onu da qeyd edim ki, bu amansız xəstəliklə mübarizədə tibbi personal çox əziyyət çəkir. Öz həyatlarını insanlarımızın sağlamlığı üçün təhlükəyə atırlar. Allah bu xətadan bəşəriyyəti xilas eləsin inşallah.

-COVİD-dən sonra özünüzü necə hiss edirsiniz?

-COVİD-dən tam sağaldıqdan sonra həkimlərin məsləhəti ilə 15 günə yaxın  əlavə olaraq BSM-də postcovid şöbəsində - COVID-19-dan sonra bərpa müalicəsinə başladıq.

İndi artıq evdəyəm. Şükür Allaha özümü xeyli yaxşı hiss edirəm. Lakin orqanizmin tam bərpası üçün bir az zamana ehtiyac var.

-Əjdər  müəllim, "xəstənin  gözü  yolda  olar" deyirlər.  Amma  bu  elə xəstəlikdi  ki,  heç  kim ən  yaxın  xəstəsini  belə  yoluxa  bilmədi. Sizin  dostlarınız  necə  bu  sınaqdan  necə  çıxdılar?

-Həyatımın  bütün  dönəmlərində inandığım  insanların  böyük əksəriyyəti, dostlarım  ən  çətin  vaxtlarda  yanımda  olublar.  Bu  xəstəlik  zamanı  da yüzlərlə insanın  narahatlığını  gördüm.  Xəstəliklə  çarpışdığım  günlərdə  mənimlə  və  övladlarımla  bərabər  həyəcan  keçirən  tez-tez  əlaqə  saxlayan  hər kəsə  öz  təşəkkürümü bildirirəm. Yeni Azərbaycan Partiyasındakı silahdaşlarımdan, dəyərli əqidədaşlarımdan  tutmuş  media  işçilərinə,  sosial  şəbəkə  istifadəçilərinə  alimlərə  ziyalılara, sıravi vətəndaşlarımıza minnətdarlığım sonsuzdur. Telefona   ilk günlərdə cavab verə bilməsəm də, sağalandan sonra yüzlərlə zəng gəldiyini  gördüm. Hamıya can sağlığı arzu edirəm. Özünüzü qoruyun və ən əsası qaydalara  əməl edin.

-Əjdər müəllim, müsahibəyə  görə  təşəkkür  edirəm.

-Mən  də  sizə  və  "Olaylar"-ın  bütün  kollektivinə  təşəkkür  edir, can sağlığı  arzu  edirəm. 

Facebook Twitter WhatsApp Çap et Email LinkedIn VK
OXŞAR XƏBƏRLƏR
Ömür yolu / Xəbərlər

Sadiq Qurbanov: "Tanınmış professor koronavirusa yoluxub"

7-01-2021, 03:57
Ömür yolu / Xəbərlər / Özəl

Yaxşı ki varsan,yaxşı ki,sənin oğlunam.. – Atam Əjdər İsmayılovun doğum gününə- CAVİD İSMAYIL YAZIR

22-04-2020, 01:17
İctimai siyasi fəaliyyəti / Müsahibələri / Xəbərlər

"Bundan sonra kim desə ki, mən həyatımı Heydər babaya qurban verirəm"...-Professor Əjdər İsmayılovun Heydər Əliyev haqqında XATİRƏLƏRİ

10-05-2021, 03:41
İctimai siyasi fəaliyyəti / Video / Müsahibələri / Xəbərlər

Təmiz adım, qorxmaz ömrüm mənim ən böyük var-dövlətim, tükənməz sərvətimdir - Əjdər İsmayılov

21-04-2021, 03:43
İctimai siyasi fəaliyyəti / Xəbərlər / Müraciətləri

“İnanıram ki, qəbul edəcəyi qərarlarla tarixi bir qurultay olacaq” – “91-LƏR”dən olan tanınmış professordan Prezidentə müraciət

4-03-2021, 03:56
Sosial Şəbəkədə
FacebookSəhifəmizi bəyənin
TwitterBizi izlə
InstagramBizi izlə
YoutubeKanalımıza abunə olun
  • SİTAT
  • BARƏSİNDƏ

Erməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB

23-05-2025, 13:33

Azərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində

10-10-2023, 14:11

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

12-06-2023, 11:24

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda

8-06-2023, 15:25

Erməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB

23-05-2025, 13:33

Azərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində

10-10-2023, 14:11

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

12-06-2023, 11:24

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda

8-06-2023, 15:25
  • boyuk
WordPress Image Carousel
  • 26
  • 24 aprel mitinqi 1992
  • 3 (2)
  • Слайд68
  • Слайд89
  • Слайд81
  • Слайд82
  • Слайд76
  • Слайд57
  • Слайд10
  • 3
  • Слайд58
  • Слайд299
  • 9
  • 4
  • 10
  • 128
  • Слайд12
  • 127
  • 1
  • 03.02.91
  • 5-1960 aprel 05
WordPress Image Carousel
MERIMAG
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.

# TEQLƏR

Ajdar Ismayilov PROFESSOR Tağıoğlunun İsmayılovun Əjdər
© Copyright 2014-2025. Bütün hüquqlar qorunur.
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə