Skip to content
AJDAR ISMAYILOV
  
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə
  • ÖMÜR YOLU
  • ÖZƏL
  • CAVİDŞÜNASLIQ
  • TARİXŞÜNASLIQ-TÜRKCÜLÜK
  • İCTİMAİ SİYASİ FƏALİYYƏTİ
  • HAQQINDA DEYİLƏNLƏR
  • Digər
    • MONOQRAFİYALARI
    • XARİCDƏ NƏŞRLƏR
    • MÜRACİƏTLƏRİ
    • MÜSAHİBƏLƏRİ
    • PUBLİSİSTİKA
    • BARƏSİNDƏ
    • SİTATLAR
    • VİDEO
    • FOTO
Xəbərlər
23-05-2025, 13:33TErməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB10-10-2023, 14:11TAzərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində7-07-2023, 17:10TTürkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur12-06-2023, 11:24TProfessor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR8-06-2023, 15:25TProfessor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda23-04-2023, 15:31TTuran adam! – professor Əjdər Tağıoğlu – 8515-04-2023, 11:31TYAP Mərrkəzi Aparatında professor Əjdər İsmayılovun anadan olmasının 85-ci il dönümünə həsr olunan konfrans keçirilib13-03-2023, 16:30TErməni tarixinin atasına “od vuran” alim – Əjdər İSMAYILOV28-04-2022, 14:54TProfessor - Züleyxa Nadir yazır24-04-2022, 14:50T“Avesta memarlıq abidəsi: “Keşişçi dağ” məbəd kompleksi” – YENİ KİTAB
AJDAR ISMAYILOV
AJDAR ISMAYILOV
  • ÖMÜR YOLU
  • ÖZƏL
  • CAVİDŞÜNASLIQ
  • TARİXŞÜNASLIQ-TÜRKCÜLÜK
  • İCTİMAİ SİYASİ FƏALİYYƏTİ
  • HAQQINDA DEYİLƏNLƏR
  • MÜSAHİBƏ VƏ BARƏSİNDƏ
  • MONOQRAFİYALARI
  • XARİCDƏ NƏŞRLƏR
  • MÜRACİƏTLƏRİ
  • REPORTOJLARI
  • PUBLİSİSTİKA
  • SİTATLAR
  • VİDEO
  • FOTO
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə
AJDAR ISMAYILOV
  Barəsində / Ömür yolu / Xəbərlər / Özəl  YAP-ın fədakar qurucularından biri
Barəsində / Ömür yolu / Xəbərlər / Özəl

YAP-ın fədakar qurucularından biri

22-04-2021, 09:541 025
Facebook Twitter WhatsApp Çap et Email LinkedIn VK

Əjdər Tağı oğlu İsmayılov – 83

Sabah – aprelin 23-də Yeni Azərbaycan Partiyasının ən fəal yaradıcılarından biri olan, YAP Ağsaqqallar Şurasının üzvü, filologiya elmləri doktoru, professor Əjdər İsmayılovun 83 yaşı tamam olur. Onu YAP-ın yaradılmasından xeyli əvvəllərdən -Naxçıvan Dövlət Universitetində işlədiyi dövrlərdən tanıyırdım. 1990-91-ci illərdə həmin universitetdə çalışan çoxsaylı alimlər arasında əksəriyyəti elmlər namizədi və dosent idilər. Lakin sayca cəmi 3 və ya dörd elmlər doktoru var idi ki, onlardan ikisi qəbul prosesindən və universitetin idarəçiliyindən kənarda qalmış kimi görünür, sadəcə gəlib dərsini deyib evlərinə gedirdilər. Onlardan biri əslən Nehrəm kəndindən olan iqtisad elmləri doktoru, professor Əli Əlirzayev idi. O, hazırda Azərbaycan İqtisad Universitetində kafedra müdiridir. Əli müəllim hər gün şəxsi minik avtomobili olmadığına görə Nehrəm-Naxçıvan şəhəri marşrutu ilə avtobusda bəzən ayaq üstə 50 kilometrlik yolu işə gəlir, axşam işdən sonra isə həmin basabaslı avtobuslarla geri qayıdırdı. Bəzən sadə camaat, digər iş adamları professorun bu sadəliyinə qibtə ilə yanaşır, o vaxt belə insanların olduğuna təəccüb edirdilər… Mən onun haqqında fikirlərimi və təəssuratlarımı gələcəkdə yazacağam.

Mənim yaxından tanıdığım, əxlaqına, şəxsiyyətinə böyük dəyər verdiyim, olduqca sadə həyat tərzi keçirən və şəxsi minik avtomobili olmayan, avtobus marşrutu ilə Şərur-Sədərək istiqamətində bəzən ayaq üstə gedib-gələn ikinci elmlər doktoru, professor isə Əjdər İsmayılov idi.

Əjdər İsmayılov 1988-ci ildə ermənilər Qarabağa yenidən ərazi iddiaları edəndən və Naxçıvanın müdafiəsi məsələsi aktuallıq kəsb etməyə başlayandan, 1990-cı ildə Yanvar faciəsi baş verdikdən sonra universitetdə az-az görünməyə başladı. Mən hərdən onunla salamlaşanda «Əjdər müəllim, nədənsə universitetdə az-az görünürsünüz, səbəbi nədir?» – deyə soruşanda bir dəfə o mənə belə dedi: «Oğlum, Vətən əldən gedir. Torpaqlarımıza yağı düşmən göz tikib. Moskva da erməniləri dəstəkləyir. Azərbaycan rəhbərliyi, Naxçıvanın rəhbərliyi isə qorxusundan səsini şıxarmağa cəsarət etmir. Bircə ümid yerimiz Heydər Əliyevədir. Baxaq görək onunla əlaqə qura biləcəyikmi?»

O zaman Heydər Əliyev hələ Moskvada idi, Azərbaycana gəlməmişdi. Mən onda hiss etdim ki, Əjdər müəllim heç kəsə açmadığı, izah etmək istəmədiyi gizli işlərlə məşğul olur. Öz-özümə fikirləşirdim ki, xalqın alimi, professoru belə olmalıdır, daha bəzi alimlər kimi dövr və zamandan asılı olmayaraq yem dalınca qaçmamalıdır.

Bir qədər keçəndən sonra, 1990-cı ilin iyunun 18-də Heydər Əliyev Moskvadan Bakıya, oradan isə Naxçıvan şəhərinə gəldi. Heydər Əliyevin gəlişi ilə sanki Naxçıvana Günəş doğdu, blokadada olan Naxçıvan əhalisinə yeni ruh, inam gəldi. Azərbaycanın hər bir guşəsindən, Türkiyə, İran, Rusiya və başqa yerlərdən dəstə-dəstə insanlar, qabaqcıl elm, təhsil, mədəniyyət, siyasət adamları onun ziyarətinə gəlirdilər. Mən o zaman bilirdim ki, Əjdər İsmayılov da tez-tez Heydər Əliyevin görüşünə gedir, onunla Naxçıvan və Azərbaycanda, bütün dünyada gedən prosesləri müzakirə edir. Tezliklə,1990-cı ilin sentyabrın 9-da Azərbaycan Ali Sovetinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər keçirildi və Heydər Əliyev hər ikisində qalib gələrək deputat seçildi. İndi artıq Naxçıvan şəhəri Azərbaycanda gedən ictimai-siyasi proseslərin və xalq hərəkatının mərkəzinə çevrilmişdi.

Əjdər İsmayılov bir dəfə mənə dedi ki, mən Heydər Əliyevin namizədliyini Azərbaycan prezidentliyinə təqdim etmək üçün təşəbbüs qrupunun üzvüyəm və Naxçıvan, Şərur və Sədərək camaatının imzasını toplayıram. Bəlkə bu işə mən səni də qoşum. Mən tərəddüd etmədən bu işə qoşulmaq istədiyimi bildirdim. O, məni özü ilə götürüb Şərur royonuna gətirdi. Biz orada gələcəkdə YAP üzvləri olacaq bir neçə insanlarla görüşdük və Əjdər İsmayılovun cibindən çıxardığı təşəbbüs siyahısının vərəq formasını birlikdə doldurduq. Çox qısa bir zamanda Əjdər İsmayılovun rəhbərliyi altında Şərur və Sədərək rayon əhalisindən 30 min insanın müsbət rəyi və qolu ilə belə bir siyahı tərtib olunub Mərkəzi Seçki Komissiyasına təqdim olundu.

Lakin Heydər Əliyevə süni maneələr yaradılaraq onun namizədliyi qeydə alınmadı.

YAP-ın yaradılması prosesinə start veriləndə mən Əjdər İsmayılovla tez-tez görüşür, fikir mübadiləsi edirdim. Biz bir neçə dəfə Naxçıvanda YAP-ın rayon və şəhər təşkilatlarının yaranmasında fəal iştirak edən şəxslərlə birlikdə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin yanında olmuşduq. Əjdər İsmayılov tez-tez təkcə Naxçıvanda deyil, Azərbaycanın paytaxtı Bakı və respublikamızın digər rayonlarında olur, respublika səviyyəsində YAP-ın yaranmasında və təşkilatlanmasında iştirak edirdi.

Bir gün Əjdər İsmayılov mənə dedi ki, Naxçıvan şəhərinin 1№-li Doğum evində YAP-ın ilk təşkilatını yaratmaq üçün yığıncaq olacaq, gəl birlikdə ora gedək. Mən etiraz etmədim və biz Doğum evinə getdik. Əksəriyyəti qadın həkimlər olan həmin xəstəxananın kollektivi Əjdər İsmayılovu və məni çox isti qarşıladılar. Onlar Heydər Əliyevin sədri olan bir partiyaya yekdilliklə qoşulacaqlarını bəyan etdilər. Orada Əjdər İsmayılov respublikamızı bu ağır durumdan ancaq və ancaq Heydər Əliyevin çıxara biləcəyini bildirdi və hamını YAP-a qoşulmağa dəvət etdi.

Növbəti dəfə onunla Şərur rayonuna getdim. Bu gün tam inamla demək olar ki, Əjdər İsmayılov YAP Şərur rayon təşkilatının yaradıcılarından və ən əsas təşkilatçılarından biri olmuşdur. O zaman Azərbaycan Xalq Cəbhəsinin Şərur rayon təşkilatı da çox güclü idi. Azərbaycanın başqa yerlərində olduğu kimi Şərurda da Xalq Cəbhəsinin fəalları bu işə – yəni Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaradılması prosesinə mane olmaq istəyirdilər. Lakin Əjdər İsmayılovda olan cəsarət, qorxmazlıq, mərdlik, heç nədən və kimsədən çəkinməmək, güclü iradə və əzmkarlıq onları geri çəkilməyə vadar edirdi.

1992-ci ilin oktyabrın 16-da 91 nəfər görkəmli elm, mədəniyyət, incəsənət xadiminin və siyasi fəalların Heydər Əliyevə etdiyi məşhur 91-lərin müraciətinə imza atanlardan biri də Əjdər İsmayılov olmuşdur. O, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilən YAP-ın təsis konfransında partiyanın Siyasi Şurasının üzvü seçilmişdir.

1993-cü ilin yanvarın 23-də YAP Şərur rayon təşkilatının təsis konfransı keçirildi. Həmin konfransda Ümummilli Lider, YAP-ın sədri Heydər Əliyev öz çıxışında Şərur rayon təşkilatının yaradılmasında bir çox başqaları ilə bərabər Əjdər İsmayılovun da böyük əməyinin və müstəsna xidmətlərinin olduğunu qeyd etdi. Mən həmin konfransda iştirak etmişəm və Əjdər İsmayılov, Yaşar Ələkbərov, Mehparə Abbasova, Abbas Nəcəfov, Cəfər Əliyev, Vüsal İsmayılov, Azər Hacızadə, Vəli Əliyev, Vasif İbrahimov, Rəfael Rəsulov, Oruc Mahmudov, Rəmzi Camalov, İsfəndiyar Nağıyev, Vahid Əhmədov, Sultan Xəlilov, Möhbalı Qurbanov, Əziz Şirəliyev, Allahverdi İsmayılov, Aftandil Babaşov, Səfər İbrahimov, Əhməd Xəlilov, Nizami Rzayev, Elnur Əhmədov, Mübariz Şirəliyev, Yaqub Abdullayev, Vaqif Əliyev, Vasif İbrahimov, Nürəddin Rəhimov, Sultan Orucov, Mübariz Pənahov, Nəriman İbrahimov, Hüseyn Cəfərov, Vidadi Əliyev və başqalarının fədakarlığı ilə necə möhtəşəm konfrans təşkil olunduğunu və YAP Şərur rayon təşkilatının yrandığının şahidi olmuşam.

Sonralar Azərbaycanda proseslər sürətlə inkişaf etdi. Heydər Əliyev 1993-cü ilin iyunun 9-da Naxçıvandan Bakıya gələrək əvvəlcə Azərbaycan Respublikası Ali Sovetinin sədri, 1993-cü ilin oktyabrında isə Azərbaycan Respublikasının prezidenti seçildi. YAP hakim partiya oldu. Sürətlə YAP-ın yaranmasında xidmətləri olan insanlar müxəlif vəzifələrə təyin olundular. Əjdər İsmayılov isə yenə də əvvəlki ampluasında qaldı. O, vəzifə bölgüsündə iştirak edən bəzi daşürəkli məmurların ürəyinin zirehli qapısından keçə bilmədi və onun sənədləri layiq olduğu vəzifələrdən birini tutmaq üçün partiya rəhbərliyi tərəfindən irəli sürülmədi. Necə deyərlər, yenə də avtobus marşrutu ilə xalqın arasında olmaqla gedib-gəldi. Yenə də qələmini işə salıb erməni daşnaklarının yalançı tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı elm cəbhəsində gecə-gündüz çalışaraq millətə, dövlətə və dövlətçiliyimizə xidmət elədi. Yüksək vəzifə tutmasa da peşman olmadı. Əksinə yüksək vəzifə tutanların bəzilərindən daha faydalı bir işlə – elmi tədqiqatlar apararaq 1000 səhifəlik kitablar yazmaqla, «Turan» Elmi Araşdırmalar Mərkəzi İctimai Birliyini yaratmaqla millətə və dövlətə xidmət elədi.

Hazırda Əjdər İsmayılov qürurla, başını uca tutaraq xalq arasında gəzir. O həmişə deyir: “Təmiz adım, qorxmaz ömrüm mənim ən böyük var-dövlətim, tükənməz sərvətimdir”.

Professor Əjdər İsmayılovu doğum günü münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və bundan sonrakı həytını da mənalı yaşamağı arzu edirik.

 

          Qafar ƏLİYEV, 
 YAP Siyasi Şurasının sabiq üzvu,
 siyasi elmlər üzrə fəlsəfə doktoru

Facebook Twitter WhatsApp Çap et Email LinkedIn VK
OXŞAR XƏBƏRLƏR
Ömür yolu / Xəbərlər

Sadiq Qurbanov: "Tanınmış professor koronavirusa yoluxub"

7-01-2021, 03:57
Ömür yolu / Xəbərlər

Qırx mərasimi ilə üst-üstə düşən ad günü

23-04-2022, 03:35
Ömür yolu / Xəbərlər

Əjdər İsmayılov vəfat etdi

14-03-2022, 03:36
Video / Ömür yolu / Xəbərlər

Dünənin sabahı - professor Əjdər İsmayılov haqqında film

16-05-2021, 03:40
Xəbərlər / Özəl

YAP Mərrkəzi Aparatında professor Əjdər İsmayılovun anadan olmasının 85-ci il dönümünə həsr olunan konfrans keçirilib

15-04-2023, 11:31
Barəsində / Xəbərlər

Erməni tarixinin atasına “od vuran” alim – Əjdər İSMAYILOV

13-03-2023, 16:30
Sosial Şəbəkədə
FacebookSəhifəmizi bəyənin
TwitterBizi izlə
InstagramBizi izlə
YoutubeKanalımıza abunə olun
  • SİTAT
  • BARƏSİNDƏ

Erməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB

23-05-2025, 13:33

Azərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində

10-10-2023, 14:11

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

12-06-2023, 11:24

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda

8-06-2023, 15:25

Erməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB

23-05-2025, 13:33

Azərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində

10-10-2023, 14:11

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

12-06-2023, 11:24

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda

8-06-2023, 15:25
  • boyuk
WordPress Image Carousel
  • 26
  • 24 aprel mitinqi 1992
  • 3 (2)
  • Слайд68
  • Слайд89
  • Слайд81
  • Слайд82
  • Слайд76
  • Слайд57
  • Слайд10
  • 3
  • Слайд58
  • Слайд299
  • 9
  • 4
  • 10
  • 128
  • Слайд12
  • 127
  • 1
  • 03.02.91
  • 5-1960 aprel 05
WordPress Image Carousel
MERIMAG
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.

# TEQLƏR

Ajdar Ismayilov PROFESSOR Tağıoğlunun İsmayılovun Əjdər
© Copyright 2014-2025. Bütün hüquqlar qorunur.
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə