Skip to content
AJDAR ISMAYILOV
  
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə
  • ÖMÜR YOLU
  • ÖZƏL
  • CAVİDŞÜNASLIQ
  • TARİXŞÜNASLIQ-TÜRKCÜLÜK
  • İCTİMAİ SİYASİ FƏALİYYƏTİ
  • HAQQINDA DEYİLƏNLƏR
  • Digər
    • MONOQRAFİYALARI
    • XARİCDƏ NƏŞRLƏR
    • MÜRACİƏTLƏRİ
    • MÜSAHİBƏLƏRİ
    • PUBLİSİSTİKA
    • BARƏSİNDƏ
    • SİTATLAR
    • VİDEO
    • FOTO
Xəbərlər
23-05-2025, 13:33TErməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB10-10-2023, 14:11TAzərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində7-07-2023, 17:10TTürkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur12-06-2023, 11:24TProfessor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR8-06-2023, 15:25TProfessor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda23-04-2023, 15:31TTuran adam! – professor Əjdər Tağıoğlu – 8515-04-2023, 11:31TYAP Mərrkəzi Aparatında professor Əjdər İsmayılovun anadan olmasının 85-ci il dönümünə həsr olunan konfrans keçirilib13-03-2023, 16:30TErməni tarixinin atasına “od vuran” alim – Əjdər İSMAYILOV28-04-2022, 14:54TProfessor - Züleyxa Nadir yazır24-04-2022, 14:50T“Avesta memarlıq abidəsi: “Keşişçi dağ” məbəd kompleksi” – YENİ KİTAB
AJDAR ISMAYILOV
AJDAR ISMAYILOV
  • ÖMÜR YOLU
  • ÖZƏL
  • CAVİDŞÜNASLIQ
  • TARİXŞÜNASLIQ-TÜRKCÜLÜK
  • İCTİMAİ SİYASİ FƏALİYYƏTİ
  • HAQQINDA DEYİLƏNLƏR
  • MÜSAHİBƏ VƏ BARƏSİNDƏ
  • MONOQRAFİYALARI
  • XARİCDƏ NƏŞRLƏR
  • MÜRACİƏTLƏRİ
  • REPORTOJLARI
  • PUBLİSİSTİKA
  • SİTATLAR
  • VİDEO
  • FOTO
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə
AJDAR ISMAYILOV
  Barəsində / Xəbərlər  Millət üçün, gələcək üçün möhtəşəm bir abidə istəyir... - Züleyxa NADİR yazır
Barəsində / Xəbərlər

Millət üçün, gələcək üçün möhtəşəm bir abidə istəyir... - Züleyxa NADİR yazır

19-07-2020, 14:40266
Facebook Twitter WhatsApp Çap et Email LinkedIn VK

Üç gün öncə televiziyada Zəhra adlı gənc bir qızın  faciəli taleyindən bəhs edən verilişə baxdım. Çox da təsirləndim. Zəhranın erkən yaşdan ərə getməsi hər iki ailəyə faciəli sonluq “bəxş” edib. Dünən axşam da eşitdim ki, tanış ailənin 4 yaşlı Zəhra adlı qızı qida zəhərlənməsindən dünyasını dəyişib. Bir neçə gün öncə də facebookda professor Əjdər İsmayılovun 2017-ci ilin yayında erməni qatillərinin atdığı bombadan həlak olan yaş yarımlıq Zəhranın 40-cı yas günündə ölkə prezidentinə ünvanladığı müraciətin gündəmə gəldiyini gördüm. Doğrusu, 2-3 gün ərzində Zəhra adlarının  ard-arda səslənməsi, yazılması məndə qəribə bir hiss oyatdı. Sanki Zəhra sözündə bir mistika varmış kimi anlaşılmaz duyğular keçirdim. Və elə həmin andaca tanıdığım Zəhra adlı qızların taleyini vərəqləməyə başladım və gördüm ki, çoxunun “tale kitabının” səhifələri faciələrlə yazılıb.

Buradaca qeyd edim: elə başa düşülməsin ki, Zəhra adına etiraz edirəm. Qətiyyən. Dünyanın hər yerində həyatının xoşbəxtliyini yaşayan tanıdığım və tanımadığım yüzlərlə, minlərlə Zəhra var. Sadəcə son illərin azərbaycanlı zəhralarının çoxu, sanki, bu dünyaya faciə yükü ilə gəlir. Adam istər-istəməz həmin adın uzaq tarixdən gələn hörmətinə xələl gəlirmiş kimi soyuq bir sızıltı keçirməli olur. Niyə məhz 18 aylıq Zəhra alçaq düşmən tərəfindən qətl olunmalıdı? Niyə onların silahı, məsələn, öz balaca zaruhilərinin başında partlamır? Nədən? Təbii ki, cavabı çətin olan sualdı. Həm də ona görə çətindi ki, körpə Zəhranın günahsız ruhu hələ də göylərdən boylanır. Hələ də onun kimi yüzlərlə azərbaycanlı körpənin qisası alınmayıb. 

 

90-ci ilin yanvarından üzü bəri vətən yolunda, torpaq uğrunda şəhid olan onlarla azərbaycanlı uşaq var. Qanlı yanvar gecəsində azadlığa gedən yolu açanların sırasında 13 yaşlı Larisa və İlqar, 14 yaşlı Nəriman, 16 yaşlı Vera da var idi. Həyatın  acısını-şirinini dadmayan bu uşaqlar  heç vaxt düşünməzdilər ki, erkən yaşlarından düşmən gülləsinə tuş gələcəklər. Bu gün Şəhidlər Xiyabanında uyuyan həmin uşaqların xatirəsi oranı ziyarətə gələnlər tərəfindən ehtiramla anılır. Azərbaycan durduqca, xalq, millət yaşadıqca bu uşaqlar da xatirələrdə yaşayacaq, yaddaşlardan yaddaşlara köçəcək. Gələcək yüzilliklərdə də əziz xatirələri anılacaq. 

 

Professor Əjdər İsmayılov da məsələyə məhz bu baxımdan yanaşıb. Şəhid uşaqlarımız heç bir zaman unudulmasın. Adları tarixə qanla yazılmış bu uşaqların ruhu rahat olsun. Professorun  üç il əvvəl  prezident İlham Əliyevə ünvanladığı müraciətində deyilir: “...Erməni qatillərin kəndlərimizdən keçən çaylara axıtdıqları uşaq oyuncaqlarına yerləşdirdikləri partlayıcıları axıtmaqla Tovuz rayonu sakini 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızını, Ağdam rayon sakini 9 yaşlı Farizi snayperlə qətlə yetirməkdən, həyətdə oynayan  uşaqlarımızı güllə ilə dəlik-deşik etməkdən ürəkləri soyumadı. Körpə balalarımızın qanı hələ qurumadan uşaq qatili olan ermənilər bu il iyulun 4 də yenicə dil açan, "ata-ana" deyən 18 aylıq məsum körpə Zəhra balamıza bomba atdılar, onu ana məhəbbətindən məhrum etdilər. Erməni qatillərinin uşaqlarımıza qarşı zaman - zaman törətdikləri qətliamları, eyni zamanda milli tariximizi yeni nəslin qəlbində əbədi yaşatmaq üçün qətl edilmiş uşaqlarımızın xatirəsinə bir memorial kompleks yaradılmasını bir ziyalı kimin təklif edirəm. Xatırladım ki, Çexiyanın mərkəzi Praqadan təqribən 20 kilometr aralıda yerləşmiş, qanayan yaramız 63 uşağı xüsusi qəddarlıqla qətlə yetirilən Xocalı ilə qardaşlaşan Ledice qəsəbəsində alman faşistlərin məhv etdikləri uşaqların xatirəsini  əbədiləşdirən möhtəşəm abidənin bənzərini biz də yaratmalıyıq”!

Alim haqlıdır, sözünün çəkisi və sanbalı var. Dünya görmüş ziyalı müraciətində səmimidir. Qəlbindəki vətən sevgisi, torpaq məhəbbəti, eləcə də xalqına, millətinə olan vurğunluğu vadar edib ki, belə bir müraciətə imza atsın. Dünyanın bir çox xalqı uşaqlarını baş tacı edir, birinin burnu qanayanda həyəcan təbili çalır, səbəbini araşdırır, günahkarı cəzalandırır. Cünki uşaqlar millətin sabahıdır, işıqlı gələcəyidir. Ona güllə atmaq cinayətdir. Amma bu gün dünyanın gözü azərbaycanlı uşaqların qətlini görmür. Dünyanın qulağı kar olub. Gözü yaxşını-yamanı seçmir. Nə yazıq ki,  dünyada uşaq qatili kimi tanınan erməni faşistlərinə “gözün üstə aşın var” deyən yoxdu. Dünyanın ikili standartı hər zaman ermənidən yana çalışır. Bu da təbii ki, bizim hər irimizin qəlbimizi ağrıdır. Amma nə etməli? Səbrlə gözləyirik ki, cinayətkarlar bir gün layiq olduqları cəzanı alacaq, ən azı, ilahi ədalət qarşısında hesab verməli olacaqlar.

Professor Əjdər İsmayılov qəlb yanğısı ilə SOS verib, həyəcan təbili çalıb: uşaqlarımız müqəddəsdi, safdı, təmizdi, toxunulmazdı. Onların qatillər tərəfindən öldürülməsinə göz yummaq özü bir günahdı. Günaha batmayaq, ən azı, onların xatirəsini əbədiləşdirək – dövlər səviyyəsində. Azərbaycan dövləti və onun başçısı bu məsələlərdə çox həssasdı – bunu hər kəs bilir. Amma üç il əvvəl professorun müraciətinə niyə etinasız yanaşılıb? Bir neçə gün əvvəl bu məsələ yenidən gündəmə gəlib. Müzakirə iştirakçılarının qəti fikri belədir ki, həmin müraciət ölkə başçısının diqqətinə çatdırılmayıb. Bu, məncə də belədi. Prezident İlham Əliyev özü bir neçə dəfə vurğulayıb ki,  bəzən vətəndaşların  təklif və şikayətlərini ona çatdırmırlar. Niyə, görəsən? Bəlkə ona görə ki, bu işə məsul olanlarda, birbaşa cavabdehlik daşıyanlarda xalq, millət sevgisi, vətənpərvərlik hissi yoxdu. Bəlkə valideynlik duyğusundan məhrumdular?! Ola bilərmi ki, balaca zəhraların xatirəsinə ucaldılacaq abidənin nə olduğunu, onun hansı anlam verəcəyini bilmirlər? Yoxsa yaddaşlarımı zəifdi? Bu qədərmi unutqandılar ki, xalqın ziyalısının, aliminin cox ciddi məsələ ilə bağlı müraciətini  prezidentin diqqətinə çatdırmağı gərəksiz hesab ediblər?! 

Dünyanın bütün xalqlarında şəhidlik müqəddəslik mərətəbəsi sayılır. Bütün xalqlarda şəhidlər ən ali pillədə bərqarar olurlar. Çünki ŞƏHİD canını havasını udub, suyunu içdiyi VƏTƏNdən, qanını üstündə yeridiyi TORPAQdan üstün saymır. Şəhidin bir amalı olur: uğrunda döyüşdüyü torpağın, canını fəda edəcəyi vətənin azadlığına qovuşan ruhları səmalarda rahat dolaşa bilsin.

Bu gün Azərbaycan səmasında ağ göyərçinlər sayağı minlərlə şəhid ruhu “qanaq çalır”. Düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olacağı günün həsrətini çəkirlər. Müharibədə ölən uşaqlar da müqəddəslik zirvəsindədirlər. Amma bir fərqlə: əlinə silah alıb düşmənə atəş açmayan körpələr sabahın əsgəri, əsgər anası, əsgər bacısıdı. Uşaqlar millətin gələcəyidi. 

 

Professor Əjdər İsmayılov məhz bu səbəbdən  bu millət üçün, gələcək üçün möhtəşəm bir abidə istəyir...

 

P.S. Yazını bu gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində şəhid olan əsgərlərimizin ağrı-ascısını canıma hopduraraq hazırladım....

Facebook Twitter WhatsApp Çap et Email LinkedIn VK
OXŞAR XƏBƏRLƏR
Barəsində / Xəbərlər / Özəl

Professor - Züleyxa Nadir yazır

28-04-2022, 14:54
Barəsində / Müsahibələri / Xəbərlər

“Məni ölüm mələyinin qanlı caynağndan onlar xilas etdi”

16-03-2021, 03:55
Ömür yolu / Xəbərlər / Özəl

Yaxşı ki varsan,yaxşı ki,sənin oğlunam.. – Atam Əjdər İsmayılovun doğum gününə- CAVİD İSMAYIL YAZIR

22-04-2020, 01:17
Tarixşünaslıq-Türkcülük / Xəbərlər / Monoqrafiyalar

“Avesta memarlıq abidəsi: “Keşişçi dağ” məbəd kompleksi” – YENİ KİTAB

24-04-2022, 14:50
Xəbərlər / Özəl

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10
Xəbərlər / Özəl

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

12-06-2023, 11:24
Sosial Şəbəkədə
FacebookSəhifəmizi bəyənin
TwitterBizi izlə
InstagramBizi izlə
YoutubeKanalımıza abunə olun
  • SİTAT
  • BARƏSİNDƏ

Erməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB

23-05-2025, 13:33

Azərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində

10-10-2023, 14:11

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

12-06-2023, 11:24

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda

8-06-2023, 15:25

Erməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB

23-05-2025, 13:33

Azərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində

10-10-2023, 14:11

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

12-06-2023, 11:24

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda

8-06-2023, 15:25
  • boyuk
WordPress Image Carousel
  • 26
  • 24 aprel mitinqi 1992
  • 3 (2)
  • Слайд68
  • Слайд89
  • Слайд81
  • Слайд82
  • Слайд76
  • Слайд57
  • Слайд10
  • 3
  • Слайд58
  • Слайд299
  • 9
  • 4
  • 10
  • 128
  • Слайд12
  • 127
  • 1
  • 03.02.91
  • 5-1960 aprel 05
WordPress Image Carousel
MERIMAG
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.

# TEQLƏR

Ajdar Ismayilov PROFESSOR Tağıoğlunun İsmayılovun Əjdər
© Copyright 2014-2025. Bütün hüquqlar qorunur.
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə