Skip to content
AJDAR ISMAYILOV
  
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə
  • ÖMÜR YOLU
  • ÖZƏL
  • CAVİDŞÜNASLIQ
  • TARİXŞÜNASLIQ-TÜRKCÜLÜK
  • İCTİMAİ SİYASİ FƏALİYYƏTİ
  • HAQQINDA DEYİLƏNLƏR
  • Digər
    • MONOQRAFİYALARI
    • XARİCDƏ NƏŞRLƏR
    • MÜRACİƏTLƏRİ
    • MÜSAHİBƏLƏRİ
    • PUBLİSİSTİKA
    • BARƏSİNDƏ
    • SİTATLAR
    • VİDEO
    • FOTO
Xəbərlər
23-05-2025, 13:33TErməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB10-10-2023, 14:11TAzərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində7-07-2023, 17:10TTürkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur12-06-2023, 11:24TProfessor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR8-06-2023, 15:25TProfessor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda23-04-2023, 15:31TTuran adam! – professor Əjdər Tağıoğlu – 8515-04-2023, 11:31TYAP Mərrkəzi Aparatında professor Əjdər İsmayılovun anadan olmasının 85-ci il dönümünə həsr olunan konfrans keçirilib13-03-2023, 16:30TErməni tarixinin atasına “od vuran” alim – Əjdər İSMAYILOV28-04-2022, 14:54TProfessor - Züleyxa Nadir yazır24-04-2022, 14:50T“Avesta memarlıq abidəsi: “Keşişçi dağ” məbəd kompleksi” – YENİ KİTAB
AJDAR ISMAYILOV
AJDAR ISMAYILOV
  • ÖMÜR YOLU
  • ÖZƏL
  • CAVİDŞÜNASLIQ
  • TARİXŞÜNASLIQ-TÜRKCÜLÜK
  • İCTİMAİ SİYASİ FƏALİYYƏTİ
  • HAQQINDA DEYİLƏNLƏR
  • MÜSAHİBƏ VƏ BARƏSİNDƏ
  • MONOQRAFİYALARI
  • XARİCDƏ NƏŞRLƏR
  • MÜRACİƏTLƏRİ
  • REPORTOJLARI
  • PUBLİSİSTİKA
  • SİTATLAR
  • VİDEO
  • FOTO
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə
AJDAR ISMAYILOV
  Barəsində / Xəbərlər  Erməni dilçi alimlərinin müqəddəsləşdirdikləri saxta "Mesrop əlifbası" mifini darmadağın edən əsər
Barəsində / Xəbərlər

Erməni dilçi alimlərinin müqəddəsləşdirdikləri saxta "Mesrop əlifbası" mifini darmadağın edən əsər

15-12-2017, 03:26240
Facebook Twitter WhatsApp Çap et Email LinkedIn VK

      Filologiya elmləri doktoru, professor Əjdər Tağıoğlu   “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” (Bakı, “Nurlan”, 1-ci nəşr 2006-cı il, 2-ci nəşr 2008 -ci il,800 s. ), “Moisey Xorenatsi anonim keşiş müəllifidir” (Bakı, “Elm və təhsil”-2016) kimi monoqrafiyaların və tarixi araşdırmalara  aid silsilə qiymətli məqalələrin  müəllifidir. Bu əsərlər müəllifin uzunmüddətli, gərgin elmi araşdırmalarının uğurlu nəticələridir. 

     Müəllifin yeni nəşr olunan “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” (Bakı, "Elm və təhsil", 2017) əsəri Azərbaycan tarixşünaslığında və dilçilik elmində,sözün əsl mənasında, tarixi hadisədir. Biz fəxr etməliyik ki, nəhayət professor Əjdər Tağıoğlunun simasında Azərbaycan elmi türkün tarixi düşmənləri olan erməni və ermənipərəst rus və Avropa "xristian qardaşları" birliyinin zəhərli ikiyüzillik doqmasını - "Mesrop əlifbası" mifini darmadağın etdi.   

Bu başdan deyək ki, Əjdər Tağıoğlunun gəldiyi nəticəni kimsə inkar edə bilməz. Çünkü  bu günə kimi bəzi tarixçi və dilçi alimlərimiz Mesrop Maştosa V əsrdə yaşamış tarixi şəxsiyyət kimi, erməni əlifbasının "banisi" olmasına, Albaniya  əhalisinə əlifba "tərtib etməsinə",onlara "xristian mədəniyyəti" gətirməsinə erməni və ermənipərəst ideoloji irtica qüvvələri qədər inam bəsləmişlər.

Araşdırıcı bu iddiaların elm deyil,cəfəngiyat olduğunu sübut etmək üçün ilk mənbə olaraq,"erməni tarixinin atası" hesab edilən Moisey Xorenatsinin "şəxsiyyət"ini və onun "Armeniya tarixi" kitabında verilmiş hadisələri tarixilik baxımından aydınlaşdırmağa çalışır.

      Araşdırma zamanı məlum olur ki, nə Moisey Xorenatsi, nə də onun guya müəllimi olmuş Mesrop Maştos tarixi şəxsiyyət deyildir. Bu fikrin   birinci sübutu üçün tədqiqatçı milliyyətcə erməni olan Nikitin Osipoviç Eminin "Armeniya tarixi"nə yazdığı "Ön söz"ə və kitabın sonuna əlavə etdiyi "Qeydiyyat" bölməsinə istinad edir. 

     Nikitin Emin "Ön söz"də M.Xorenatsinin 370-ci ildə, "Qeydlər" hissəsində Mesrop Maştosun 361-ci ildə anadan olduğunu yazır. Buradan belə çıxır ki, şagird dünyaya gələndə onun ustadının 9 yaşı olmuşdur. Bu, erməni "tarixi"dir, ağ yalandır, saxtakarlıqdır.

     Əjdər Tağıoğlu fikrinin davamında "erməni əlifbası" ilə əlaqədar yazır ki, kilsə ədəbiyyatına görə, Mesrop Maştos yunandilli ailədə doğulub,yunandilli Kilikiya kilsəsində yunanların "Bibliya"sından xristianlığın provaslav təriqətindən dərs alıb, yunandilli kilsədə yepiskop olub, belə bir dini-mistik şəraitdə həyatını sürən, erməni dilini bilməyən bir keşişin ermənilərə əlifba "ixtira"   etməsinə   inanmaq üçün, gərək ən azı erməni alimləri qədər saxtakar və məkrli olasan. Bu məsələnin bir tərəfidir. Məsələnin digər tərəfinə gəldikdə, anonim keşişlər olan M.Xorenatsinin və Mesrop Maştosun doğum illərini yuxarıdakı rəqəmlərlə nişan verən Nikitin Emin onların IV əsrdə guya yaşamış "tarixi şəxsiyyət" kimi qələmə alır. 

     "Erməni tarixinin atası" hesab edilən M.Xorenatsinin "Armeniya tarixi" erməni tarixşünaslığı üçün ilk yazılı "mötəbər mənbə" olduğu kimi, onu 1858-ci ildə rus dilinə çevirən və  nəşr etdirən N.Eminin həm M.Xorenatsiyə, həm də Mesrop Maştosa yazdığı doğum tarixləri də, qeyd-şərtsiz "mötəbər mənbə" olaraq qəbul edilməlidir. Bəs, məsələ bu qədər aydın olduğu halda, yüz ildən sonra, yəni XX əsrdə erməni tarixçiləri hansı yeni maddi sübutla hər iki anonim keşişi V əsrdə guya "yaşamış" tarixi şəxsiyyət kimi təqdim edirlər? 

      Bəşər tarixində erməni xalqının özünə məxsus dövləti, etnotarixi və etnoçarları olmuşdurmu?

     Əjdər Tağıoğlunun araşdırma boyu gətirdiyi faktlar sübut edir ki, kilsə anonim keşiş M.Xorenatsinin "Armeniya tarixi"ndə üç qədim türk dövlətinə (Biaini,Arme,Part) aid olan mifoloji və filoloji ədəbiyyat əsasında erməni xalqına saxta "tarix" yazmışdır. 

     Bu tarixi reallığı bu gün meydanda olan arxeoloji, antropoloji, etnoqrafik və linqvistik maddi-mədəniyyət nümunələri də təsdiq edirlər. Ancaq erməni və siyasi muzdla karyera qazanmış rus tarixçiləri və onlardan tərbiyə almış bəzi Azərbaycan tarixçiləri ümumtürk mədəniyyətini  və dövlətçilik tarixini yarıdilənçi gələri ermənilərin adına yazmışlar və saxta yolla da olsa, onu saxta fakta çevirərək, guya köçgün ermənilərin Ön Qafqazda "qədim yerli əhali" olduqlarını   "sübut etməyə" çalışmışlar. 

     Əjdər Tağıoğlu fikrin davamında yazır ki, erməni tarixşünaslığının bünövrəsində dayanan M.Xorenatsinin "Armeniya tarixi" kitabının üz qabığını çıxarsaq,o zaman əsərdə verilən rəvayət və əfsanələrin heç birinin erməni xalqının həyatı ilə hər hansı bir əlaqəsi olmadığına qeyd-şərtsiz inanarıq. Bu baxımdan erməni kilsəsi və onun varisi Nikitin Emin tərəfindən "Armeniya tarixi"ndə verilmiş "Vramşapux - Mesrop Maştos - "erməni əlifbası" epizodunda hadisələr V əsrə atılır və ümumtürk tarixinin Arsaklı epoxası açıqdan-açığa  saxta yolla "erməniləşdirilir". 

     Bu tarixi fakt da sübut edir ki, N.Emin başda olmaqla, erməni tarixçi­lə­ri­nin V əsrdə Part imperiyasının Arsaklı sülaləsinin haki­miy­yətindən danışmaları, onların “Böyük Arme­niya” çarları olduqlarını iddia etmələri, bu azmış kim,yunandilli anonim keşiş Mesrop Maştosun "erməni əlifbası"nı "ixtira" etməsi uydurmasını Arsaklı sarayı ilə əlaqələndirmələri,  sa­də­­cə tarixi saxtalaşdırmaq deyildir, eyni za­manda, erməni şizefreniyasıdır, erməni şovizmində cahil­lik və nadanlıqdır! 

M. Xorenatsidə kilsənin uydurduğu hekayətə görə, Arsaklı anonim çar Vramşapux Mesopotamiyadan guya hökmdarı olduğu, tarixin tanımadığı “Arme­ni­ya”­ya  qayıdandan sonra Saakı, Mesropu və başqa yepiskopları saraya "dəvət edir" və Abel adlı bir keşişin ona qohumu yepiskop Danilin “ardıcıl yunan əlifbası yerləşdirilmiş” "tapdığı əlifba"nı armyan dilinə "uyğunlaşdıracağını vəd etdiyini” söyləyir.

Ye­pis­kop­lar bu xeyirxah işə diqqət yetirməyi çardan xahiş edirlər. 

Bundan son­ra çar Vramşapux ən yaxın adamı olan "Vaxric" adında səfirini vəd edilmiş əlifba ilə ətraflı tanış olmaq üçün” guya Mesopo­ta­mi­yaya Danillə görüşə göndərir. 

Vaxric Danillə görüşür, onun guya "armyan dilinə uyğunlaşdırdığı" “ardıcıl yunan əlifbası yerləşdirilmiş” qədim “tapıntı əif­ba”nı “Armeniya”ya gətirir və onu "Böyük Saaka və Mesropa” təqdim edir.

Hekayəti uyduran kilsə anonim keşiş M. Xorenatsinin dilindən yazır: “Bu axırıncılar (Saakı və Mesropu nəzərdə tu­tur – Ə.T.) əlifbanı öyrəndilər və onu bir neçə il uşaqlara öy­rət­mə­yə davam etdilər. Lakin inandılar ki, xatırlanan zəif və kasıb əlif­ba­nın vasitəsilə eməni  sözlərindəki səsləri olduğu kimi səs­lən­dir­mək mümkün deyildir”.

Göründüyü kimi, bəzi tədqiqatçılar "Mesrop əlifbası"nın mənşəini "Danil əlifbası" dedikləri "tapıntı əlifba"ya bağlayarkən ilk mənbədən - M.Xorenatsidən tam uzaq düşmüşlər, subyektiv fikirlər söyləmişlər.   

“Mesrop-Danil əlifbası”nın uğursuzluğundan sonra “armyan əlifbası”nın yunan kalliqrafı “Rufan əlifbası” macəraları başlayır.

Kilsə anonim keşiş M.Xorenatsinin adından  "Mesrop - Rufan" müştərəkliyi ilə əlaqədar dini-mistik bir əhvalat uydurur. O, yazır: “Mesrop onun (Rufanın-Ə.T.) yanına gəldi, burada da heç bir xeyir əldə edə bilmədiyindən duaya başladı. Və o yatanda yuxu, oyaq olanda xəyal görmədi. Ürəyinin dərinliyində ruhunun gözüylə sağ əlinin qayada yazdığını gördü. Çünki daş üzərində, qar üstündə görü­nür­müş kimi, 5 hərfin aydın izləri aşkara çıxır.  Bu, adi bir xəyal deyildi, əksinə, bütün təfərrüatlar sanki bir qaba toplanırmış kimi, Mesropun ağlında cəm­ləndi. Və dua bitəndən sonra erməni dilinə yunan dilinin xüsusiyyətlərini gətirərək, Mesrop yazı formasını təsvir edən Rufanla bizim yazı işarə­lərimizi yaratdı”.

     Bəs, bu mümkünmüdür ki, doğma dilini bil­məyən yunandilli anonim keşiş Mesrop Maştos təsadüfən, yolüstü görüşdüyü yunan millətindən olan yunan kalliqrafı Rufanla bir mənzildə əyləşsin, dilini bilmədikləri icmaya “dərhal” “qədim tarixə” ma­lik “yazının” əsasını qoysunlar?!

       Bu açıq saxtakarlıq azmış kimi, Mesrop dualar etdikdən sonra Allah ona "5 hərf" "göndərir". Kilsə hekayətindən o nətcəyə gəlinir ki, çağdaş "erməni yazısı"nın "əlifbası" guya V əsrdə "Mesrop-Rufan-Allah" üçlüyü tərəfindən "yaradılmışdı."  

Qeyd edək ki, iki yüz ildən bəri dünya elmi ictimaiyyətinə sırıdıqları əsası olmayan "Mesrop əlifbası" mifi ilə əlaqədar "Armeniya tarixi"ndə verilmiş "Danil - Mesrop","Rufan-Mesrop-Allah" hekayəti nə az, nə çox, bu qədərdi. 

Keşiş Vardanın (XIII əsr) "Mesrop əlifbası"na dini-mistik subyektiv əlavələrlə yanaşması da maraqlıdır. O, yazır: "...müqəddəs Mirop (yəni Mesrop – Ə.T.) armyan əlifbasını tərtib etmişdir. Onun 22 hərfini qədim dövrdə suriyalı Danil tapmışdı ki, bunlar da bizim dilimizdə səslərin ifadəsi üçün çatmırdı. Buna görə də Mesrop Müqəddəs Kitabı armyan dilinə tərcümə etmək imkanında deyildi. Ona görə də o, Allaha dualar etdi, 14 hərf onun gözləri qarşısında canlandı”. 

Bir qədər əvvəldə dedik ki, M.Xorenatsinin "Armeniya tarixi" ilk mənbədir.Burada Danil əlifbasından söz getmir,onun uğursuz "tapıntı əlifba"sından danışılır.

Bəzi tədqiqatçılar "ixtira"nı bir başa fantastik uydurmalarla Mesropun adı ilə əlaqələndirirlər. Onlar yazırlar ki, əlifbanın 22 hərfini şəxsən Mesropun özü “yaratdıqdan” sonra əlavə olaraq, guya o, Allaha ibadət edir və “Allah onun gözü qarşısında 14 hərf canlandırır” və bununla da “Mesrop əlifbası" dini möcüzənin nəticəsində tamamlanmış olur.

Göründüyü kimi, yunandilli anonim keşiş  Mesropun guya V əsrdə "ixtira" etdiyi əlifbanın çağdaş "erməni yazısı"nın mənşəində, bünövrəsində dayandığını iddia edən erməni tarixçi və dilçi alimlərinin əlində bundan artıq faktları yoxdur və ola da bilməz. Məhz bu səbəbdəndir ki, görkəmli erməni dilçi alimi Artaşes Martriosyan 1962- ci ildə İrəvanda Mesrop Maştosun guya anadan olmasının saxta 1500 illik yubileyinə həsr etdiyi əsərində tarixi maddi-mədəniyyətə,sağlam ağıla,elmi məntiqə söykənmək əvəzinə, tarixdə baş verməmiş fanatik keşiş uydurmalarına söykənməkdən başqa yol tapa bilmir. O, yazır: “O, (Maştos – Ə.T.) xalqına xeyirxahlıqla kömək etmək üçün Edessada bir çox məhrumiyyətlərə dözdü və Allah da ona xoşbəxtlik qismət etdi: Maştos erməni əlifbasını yaratdı.” 

Əjdər Tağıoğlu deyilənlərdən o nəticəyə gələrək yazır ki, ötən yüzilliklərdən başlayaraq, erməni  tarixçi və dilçi alimləri dünya elmi ictimaiyyətini aldadaraq, fiziki varlığı olmayan fırıldaqçı bir keşişi - Mesrop Maştosu təkcə "erməni əlifbası"nın "ixtiraçısı", çağdaş "erməni yazısı"nın "banisi" kimi göylərə qaldırmamışlar, onlar, eyni zamanda, kilsə xurafatına söykənərək, cahilcəsinə inanmışlar və inandırmağa çalışmışlar ki, guya o, Albaniya ölkəsinin əhalisinə də 52 hərfdən ibarət əlifba  "tərtib etmişdir." 

Belə bir vəziyyətdə hansı ağıllı adam qəbul edə bilər ki, frıldaqçı bir keşiş m.ö. yüz illərlə "Avesta" qanunları ilə idarə olunan, icra işləri "Avesta yazısı"nda aparılan, möhkəm dövlət qurumu olan Ön Qafqaz Oğuz Albaniyasının qədim yerli türk əhalisinə ayaqüstü keçirdiyi "toplantıda" (bu hekayətdə adları çəkilən çar,vali və yepiskoplar milliyyətcə ermənidirlər, guya tərcüməçi olmiş Beniaminin də milliyyəti məlum olmur) guya "qarqar əlifbası"   "tərtib etmişdir."    

Bəs, erməni alimləri tərəfindən mənşəi saxta "Mesrop əlifbası" ilə əlaqələndirilən çağdaş "erməni yazısı" hansı xalqın etnomədəniyyəti ilə bağlıdır ?  

Təhlil boyu şahid olduq ki, əsassız “erməni yazısı” iddiasını kilsə şeytanının dolaşdırdığı qara kələfə çevirən Nikitin Osipoviç Emindir. M. Xorenatsinin "Armeniya tarixi"nə əlavə etdiyi "Qeydlər" və "Əlavələr" bölməsində də əvvəlki səhifələrdə  söylədiyi uydurmaların üstündən qara xətt çəkib, son nəticədə özünü təkzib edən də Nikitin   Emindir. O, “qrabara” işarə ilə yazırdı: “Qədim dövrlərdə ermənilər işarələrdən, başqa sözlə, heroqliflərdən istifadə etmişlər. Sonralar parsların hərf işarələrindən, başqa sözlə,  Zend yazısından istifadə etmişlər.”

“Zend yazısı” deyəndə, "Avesta"nın pers dilinə təfsirli tərcümə variantının yazısı nəzərdə tutulur. "Avesta" və "Zend Avesta" məsələsinə milli, elmi və tarixi aydınlıq gətirən məşhur Şərqşünas alim E.E.Bertels yazır: “Həmin dövrdə “Avesta”nın dili, güman ki, məh­dud sayda alimə, həmin dili məxsusi olaraq öyrənənlərə tanış idi. Buna görə də kitabı Pers dilinə tərcümə etmək çox vacib idi; bu tər­cümənin son variantı üzərində iş, güman ki, yalnız I Xosrovun (531-578) zamanında başa çatmışdır”.

Nikitin Eminin “qədim dövrlərdə ermənilər parsların hərf işarələrindən, başqa sözlə, Zend yazısından istifadə etmişlər” nəticəsinə gəlməsi, onun "Mesrop əlifbası"ndan imtina etməsi kimi, çağdaş "erməni yazısı"nın mənşəini  "Avesta yazısı" ilə bağlayır və bununla da istəsə də, istəməsə də Azərbaycan türklərinin  qədim yazı mədəniyyətinə malik yerli xalq olduğunu təsdiq etmiş olur.  

      Əjdər Tağıoğlu yazır ki, Azərbaycan türklərinin   Ön Qafqazda  Zərdüşt inancına,"Avesta" mədəniyyətinə, "Avesta yazısı"na malik qədim yerli xalq oldğunu sübut etmək üçün gətirilən təkzib edilməz faktlar,ta qədimlərdən Ata yurdumuz olmuş "Ağrı dağı" vadisində Araz çayı sahilindən başlayaraq, bu günkü "Azərbaycan coğrafiyası"nı əhatə edən ərazidə - qədim "Odlar ölkəsi"ndə biz türklərin qədimiliyini görmək istəməyən rus imperiyasının "Türksüz Qafqaz" işğalçı siyasətini darmadağın edir, daşını daş üstə qoymur, onu lənətləyib, ittihamını tarixə tapşırır!

      Gələcəkdə Qarabağda töküləcək qanlara səbəb olacaq bu qəddar siyasətin nəticəsi idi ki, Azərbaycan türklərinin qədimdən qədim olan mənəviyyat, mədəniyyət və dövlətçilik tarixinin daşlaşmış şahidləri olan Atəşgah kitabələrində “Avesta” memar xəttatları tərəfindən oyulmuş “Avesta/Aramey”(İ.M.Dyakonov) yazı mətnlərinə qarşı tarixdə misli görünməmiş amansız rus-erməni keşiş təxribatı başlandı. Bunun üçün tarixçi və dilçilərdən, habelə əli qələm tutan, ya tutmayan keşişlərdən və adi daşyonanlardan ibarət təxribat dəstələr səfərbərliyə alınmışdı. 

Maraqlı və ibrətamiz cəhət budur ki, rus-erməni keşiş birliyinin bu tarixi vəhşilikləri yerli türk əhalisinin gözləri qarşısında baş verirdi. Bizimkilər bunu təbii saymışlar, nə baş verdiyini anlaya bilməmişlər. Çünki əsrlərdən bəri müsəlmanlaşmış yeni nəslə Ata tarixini çoxdan unutdurmuşdular. Məhz xalqımızın başına zaman-zaman gətirilən fəlakətlər  tarixi  yaddaşsızlığımızdan irəli gəlirdi.

Bu tarix rus-erməni kilsəsinin Oğuz türklərinə yazdıqları qanlı işğal tarixidir.!

Əjdər Tağıoğlu fikrini ümumiləşdirərək yazır ki,keşiş babalarından daha riyakar və məkrli olan erməni tarixçiləri və dilçi alimləri bu təcavüz və təxribatdan sonra Azərbaycan türklərinin qədim Ön Qafqazda “Avesta” inancında, “Avesta yazısı”nda olan qədim dövlətçilik tariximizi çox sərbəst və arxayın şəkildə İnsan tarixində tarixi olmayan köçkün babalarının adına yazmışlar. 

Arxasında güc dayandığını görən vəhşiləşmiş ermənilər “Van gölü” ətrafında tapılmış "Avesta" daş yazı mətnlərində də “düzəlişlər” aparmışlar.Onların insanlığa yaraşmayan bu quldur əməllərində yeganə məqsəd çağdaş erməni yazısının "Avesta/ Aramey yazısı"nın kilsədə üzü çıxarılmış şəkili olduğunu gizlətməkdi.

Başqa bir təkzibedilməz tarixi həqiqət də budur ki, çağdaş erməni xalqının mənəvi və mədəni həyatının yaranmasında, inkişafında və təkmilləşməsində “Avesta – Aramey yazısı” və “Avesta” memarlıq sənəti ilə yanaşı Azərbaycan türklərinin yazılı mifoloji və filoloji abidələrinin müstəsna tarixi əhəmiyyəti olmuşdur. 

Əjdər Tağıolu fikrinin davamında yazır ki, “çox məhdud sayda olmuş, hər zaman başqa hökmranlıqlar altında yaşamış” (M.Xorenatsi), özgə qapılarında günəmuzdla ailə-uşaq saxlamış, Böyük Allahın işıqdan və müdriklikdən məhrum etdiyi, kilsə şeytanının fit­vası ilə yaxşılığa və mərdliyə qənim kəsilmiş, cahil və nadan his­lər­lə yaşamış və yaşayan, zəhərli silahı xəstə şovinizm olan bir xalq, ata-baba oca­ğının atəşindən güc alan, insanları sevə-sevə müdrikləşən Də­də Türkün varislərinin yaratdıqları mənəvi işığın və zəka nurunun intibahı olan şifahi – əqli yaradıcılıq xəzinəsini əsla yarada bilməzdilər və yarada bilməmişdilər də!!! 

Erməni alimləri  Azərbaycan türklərinin Anamayasında iştirak etmiş Mar tayfalarından və onların Ağrı dağının zirvəsində, əfsanəyə görə, taxt-tacı yerləşmiş Maq çarlarından  bəhs edən ulu rapsod aşıqlarımızın nəslidən-nəslə ötürdükləri "Əjdəhalar haqqında nəğmələr" dastanını "Vipasank" adıyla öz dillərinə çevirmələri, Ahura-Məzdanı "Aramazi" adı ilə baş Tanrı kimi qəbul etməklə "Avesta" Tanrı panteonu əsasında "Erməni mifologiyası"nı tərtib etmələri, həmin panteondan Anahid, Satanik, Astxik və başqa adları öz nəsil şəcərələrinə çevirmələri, etnoqrafik kütləvi rəqsimiz olan "Yallı"nı, bəzi musiqi alətlərimizi, qədim musiqimizi, silsilə xalq mahnılarımızı   və başqa zəngin el sərvətimizi yağlamaları, necə deyərlər, ata malı kimi öz adlarına yazmaları sübut edir ki,ermənilər xristianlığı qəbul etdikləri dövrədək "Avesta" inanclı ümumtürk tarixini yaşamışlar. Onların başqa əlacları da olmamışdır. Çünkü,yeri gəldikcə qeyd etmişik ki,çağdaş erməni xalqının babaları kiçik ailə-icma şəraitində yaşayan, yaradıcı ağıldan məhrum, özgə qapılarında günəmuzd  çörəklə ailə-uşaq dolandıran istedadsız adamlar olmuşlar.

Yuxarıda nümunələrlə verdiyimiz bütün maddi sübutlar gec də olsa, bu gün elmi ictimaiyyətə bəyan edir ki, ermənilər kilsə adıyla Atəşgahları öz əmlaklarına çevirdikləri kimi, onların kitabələrində oyulmuş “Avesta-Aramey yazıları”na da çağdaş “erməni yazısı” iddiası ilə sahib çıxmışlar.

Əjdər Tağıoğlu xilafət dövrünə nəzər salaraq yazır ki,ərəblərin hərbi yürüşü dövrü islam dinini  qəbul etməyən Odpərəst əhali rəhm edilmədən ucdan tutma qılıncdan keçirildi, "Avesta" ədəbiyyatından tonqallar qalandı, Od məbədləri yerlə yeksan edildi, bununla da dünya yazı tarixinin önündə dayanan "Avesta yazısı" zaman-zaman gələcək nəsillərə unutduruldu. 

Bu tarix vəhşiləşmiş ərəb ordsunun   Odpərəst Azərbaycan türklərini qılıncdan keçirib, onlara yazdığı "qılınc müsəlmanı" tarixidir. 

Əsrlər əsrləri arxada qoyduqca babalardan Azərbaycan türklərinin son nəsllərinə miras qalmış dini həyatda, məişətdə, dövlət idarəçiliyində rəhbər olan “Qanun” (“Avesta”) kitabı da, “Qanun yazısı” da savadsız, cahil mollaların əliylə gedər-gəlməz qaranlıq sehrli bir dünyaya tullandı; öz əlimizlə öz dirimizi yadların ölülər məzarlığına gömdük! Başqa sözlə, yeni din ərəblərin zorakı müstəmləkə rejimi altında millətimizin qan yaddaşından ata-baba inancını tədricən – bir neçə nəsildən sonra silməyə nail oldu. Təbii ki, gərgin keçən bu assimilyasiya prosesində müstəmləkəçi ərəblərin yazısı da “Avesta yazısı”nın tarixi hakimiyyətinə son qoydu. 

Bununla da ermənilər yuxarıda xatırlatdığımız və xatırlatmadığımız bütün zəngin milli sərvətimizi, o cümlədən, sonralar "Avesta yazısı"nı "erməni yazısı" deyimi ilə öz adlarına çıxmışlar, ona ata malı kimi sahib cıxmışlar. 

Əjdər Tağıoğlunun araşdırma boyu gətirdiyi inandırıcı danılmaz tarixi maddi-mədəniyyət nümunələri sübut edir ki, həqiqətən "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir."

      Tanınmış alimin bu əsəri ilə bərabər, onun “Moisey Xorenatsi anonim keşiş müəllifidir” (Bakı, “Elm və təhsil”-2016, 127 s.) kitabı da xarici dillərə tərcümə edilib, dünya elmi ictimaiyyətinə yayılarsa, bu gün ermənipərəst dünyanın qarayaxa,haqsız, ədalətsiz irtica qüvvələri ilə üz-üzə dayanmış Azərbaycanın xarici diplomatiyada əlində ən kəsərli ideoloji silaha çevrilmiş olar.

      Mən inanıram ki,vətənini,dövlətini,yaralı Qarabağı qəlbən sevən hər kəs mənim çağrışıma qoşulacaqdır. 

             

                              Azərbaycan Respublikası Nazirlər                       

                              Kabineti yanında Terminologiya    

                               Komissiyasının  sədr müavini,

                                filologiya üzrə elmlər doktoru,

                                professor Sayalı Sadıqova

Facebook Twitter WhatsApp Çap et Email LinkedIn VK
OXŞAR XƏBƏRLƏR
Barəsində / Xəbərlər

Erməni tarixinin atasına “od vuran” alim – Əjdər İSMAYILOV

13-03-2023, 16:30
Monoqrafiyalar

Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” yeni nəşrdə

23-10-2019, 01:18
Tarixşünaslıq-Türkcülük / Xəbərlər / Monoqrafiyalar / Xaricdə nəşrlər

Əjdər Tağıoğlunun erməni tarixşünaslığı nın şah damarını kəsən əsəri – İstanbulda nəşr edildi

31-10-2018, 01:21
Xəbərlər / Özəl

YAP Mərrkəzi Aparatında professor Əjdər İsmayılovun anadan olmasının 85-ci il dönümünə həsr olunan konfrans keçirilib

15-04-2023, 11:31
Barəsində / Xəbərlər

Azərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində

10-10-2023, 14:11
Barəsində / Ömür yolu / Xəbərlər / Özəl

Türk dünyasının fədakar alimi

23-04-2019, 11:27
Sosial Şəbəkədə
FacebookSəhifəmizi bəyənin
TwitterBizi izlə
InstagramBizi izlə
YoutubeKanalımıza abunə olun
  • SİTAT
  • BARƏSİNDƏ

Erməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB

23-05-2025, 13:33

Azərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində

10-10-2023, 14:11

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

12-06-2023, 11:24

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda

8-06-2023, 15:25

Erməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB

23-05-2025, 13:33

Azərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində

10-10-2023, 14:11

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

12-06-2023, 11:24

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda

8-06-2023, 15:25
  • boyuk
WordPress Image Carousel
  • 26
  • 24 aprel mitinqi 1992
  • 3 (2)
  • Слайд68
  • Слайд89
  • Слайд81
  • Слайд82
  • Слайд76
  • Слайд57
  • Слайд10
  • 3
  • Слайд58
  • Слайд299
  • 9
  • 4
  • 10
  • 128
  • Слайд12
  • 127
  • 1
  • 03.02.91
  • 5-1960 aprel 05
WordPress Image Carousel
MERIMAG
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.

# TEQLƏR

Ajdar Ismayilov PROFESSOR Tağıoğlunun İsmayılovun Əjdər
© Copyright 2014-2025. Bütün hüquqlar qorunur.
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə