Skip to content
AJDAR ISMAYILOV
  
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə
  • ÖMÜR YOLU
  • ÖZƏL
  • CAVİDŞÜNASLIQ
  • TARİXŞÜNASLIQ-TÜRKCÜLÜK
  • İCTİMAİ SİYASİ FƏALİYYƏTİ
  • HAQQINDA DEYİLƏNLƏR
  • Digər
    • MONOQRAFİYALARI
    • XARİCDƏ NƏŞRLƏR
    • MÜRACİƏTLƏRİ
    • MÜSAHİBƏLƏRİ
    • PUBLİSİSTİKA
    • BARƏSİNDƏ
    • SİTATLAR
    • VİDEO
    • FOTO
Xəbərlər
23-05-2025, 13:33TErməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB10-10-2023, 14:11TAzərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində7-07-2023, 17:10TTürkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur12-06-2023, 11:24TProfessor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR8-06-2023, 15:25TProfessor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda23-04-2023, 15:31TTuran adam! – professor Əjdər Tağıoğlu – 8515-04-2023, 11:31TYAP Mərrkəzi Aparatında professor Əjdər İsmayılovun anadan olmasının 85-ci il dönümünə həsr olunan konfrans keçirilib13-03-2023, 16:30TErməni tarixinin atasına “od vuran” alim – Əjdər İSMAYILOV28-04-2022, 14:54TProfessor - Züleyxa Nadir yazır24-04-2022, 14:50T“Avesta memarlıq abidəsi: “Keşişçi dağ” məbəd kompleksi” – YENİ KİTAB
AJDAR ISMAYILOV
AJDAR ISMAYILOV
  • ÖMÜR YOLU
  • ÖZƏL
  • CAVİDŞÜNASLIQ
  • TARİXŞÜNASLIQ-TÜRKCÜLÜK
  • İCTİMAİ SİYASİ FƏALİYYƏTİ
  • HAQQINDA DEYİLƏNLƏR
  • MÜSAHİBƏ VƏ BARƏSİNDƏ
  • MONOQRAFİYALARI
  • XARİCDƏ NƏŞRLƏR
  • MÜRACİƏTLƏRİ
  • REPORTOJLARI
  • PUBLİSİSTİKA
  • SİTATLAR
  • VİDEO
  • FOTO
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə
AJDAR ISMAYILOV
  İctimai siyasi fəaliyyəti / Xəbərlər  Heydər Əliyev haqqında ən maraqlı xatirə- Bunu heç yerdə eşitməmisiz
İctimai siyasi fəaliyyəti / Xəbərlər

Heydər Əliyev haqqında ən maraqlı xatirə- Bunu heç yerdə eşitməmisiz

11-12-2018, 17:39240
Facebook Twitter WhatsApp Çap et Email LinkedIn VK

Mixail Qorbaçovun faşist siyasətinin nəticəsi olaraq, Avropanın məlum ölkələri, xüsusən Sovetlər Birliyini xəyanət yolu ilə tarmar edən Rusiyanın yeni elitası Azərbaycanı parçalamaq, bir dövlət kimi onu dünyanın siyasi xəritəsindən silmək, onun yerüstü və yeraltı zəngin sərvətini ələ keçirmək üçün bəhanə ilə ənənəvi "erməni məsələsi" uydurmasını təkrar meydana atdılar və süni şəkildə  Dağlıq Qarabağı "qılınc və qalxana" çevirdilər, böyük rus şairi Puşkinin "Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən" deyə, klassik etnopsixoloji tərifini verdiyi, rusların üfunətli kanalizasiyasında yüz illərdən bəri sinsimiş kötüyü - miskin erməniləri quduz köpəyə çevirdilər, meydanda tək qalan Azərbaycan xalqının üstünə qısqırtdılar.

Dağlıq Qarabağla başlayan müsibətlərimiz Azərbaycan coğrafiyasını yanar odlu çənbərə saldı. Belə bir ağır gündə vətəndə vətənsiz olan bəzi yüksək vəzifəli ünsürlər və onların tərəfdarları azadlıq uğrunda ayağa qalxmış xalqa sahib çıxmadılar. Əksinə ictimai-siyası həyatda təxribatlar törətdilər, ölkədə xaos yaratdılar, xüsusən Sovet ordusu sıralarında sayılan-seçilən vətənpərvər generalları ordu komandanlığından uzaqlaşdırdılar, Vətənin müdafiəsini özlərini guya xalqın səlahiyyətli "vəkilləri" olduqlarını gözə soxan bir dəstə başıpozuq silahlı güruhun əli ilə heç bir hərbi təcrübələri  olmayan, xalqın tanımadığı mənsəbpərəst təsadüfü adamlara tapşırdılar. Bununla da vətənində bu vətənsizlər, bu satqınlar qanlı cəbhədə ayrı-ayrı dəstələrdən ibarət olan qeyri - mütəşəkkil ordunun arasında çaxnaşma saldılar və təkəbbürlülük, mənəm-mənəmlik hissi ilə yaşayan bəzi dəstə başçıları arasında düşmənçilik toxumu səpməyə nail oldular. Bununla da vətənin xilası naminə düşmənə tərəf çevrilməli olan hərbi texnikanı ələ keçirmiş məlum satqın dəstə başçıları ölkəmizi parçalayıb, düşməni yaddan çıxartdılar, bir-birinin qəniminə çevrildilər, ayrı-ayrı dərəbəy hakimiyyətləri yaratmaq iddiasına düşdülər. 

Əlləri rusların qanlı ətəyində olan tarixin lənətlədiyi ünsürlər və onların tərəfdarları Vətəni çox ciddi şəkildə parçalanmaq təhlükəsi qarşısında qoydular. Bununla da Moskvanın göstərişlərini yerinə yetirən  görünməz əllər dinc əhalini qanına qəltan edən rus-erməni bandasının Qarabağda tarixdə görünməyən müdhiş vəhşiliklər törətməsinə şərait yaratmış oldular.

Azərbaycan xalqının başı üstündə tükdən asılı vəziyyətdə dayanmış rusun əlinə keçən Demokl qılıncını müdrik ağılla zərərsizləşdirən, ölüm kabusunun yaratdığı xaosdan Vətəni möcüzəli şəkildə qurtarmaq üçün Allahın göndərcəyi XİLASKARA ehtiyac var idi.  

Azərbaycanın qarçısında dayanan belə bir "Olum, ya ölüm" günlərində M. Qorbaçovun ölüm hədələrindən qorxmayan, tarix qarşısında hündürdən "həyatımın qalan hissəsini xalqıma qurban verəcəm"- deyə, başsız, havadarsız qalmış candan əziz tutduğu xalqını birliyə, mübarizəyə səsləyən Heydər Əliyev xəstəliyinə baxmayaraq, Vətəni düşmənlərin qanlı caynağından xilas etmək üçün Moskvadan doğulduğu Naxçıvana pənah gətirdi.

Mərkəzdən ayrı düşmüş Naxçıvanın vəziyyəti həmin günlərdə daha təhlükəli idi. Çünkü müstəqillik və azadlıq eşqi ilə mübarizəyə qalxmış əhali tərəfindən Araz boyu tikanlı sərhəddin bir neçə gün ərzində darmadağın edilməsinə şərait yaradan Moskvanın hiyləgər, məkrli siyasəti məlum idi. Belə ki, hərb-müharibə görməyən, əkin-biçinlə məşğul olan dinc əhaliyə qəfildən 1918-1920-ci illərdə basqın edib, Arazın o sahilinə qaçmağa, ata-baba yurdunu boşaltmağa məcbur edən ermənilər arxada ingilis işğalçıları və əldə onların silahı ilə   vilayətdə qanlı tarix yazdıqları kimi, 1990-cı illərədək qurd səbri ilə fürsət gözləyən daşnaqlar yaranmış yeni siyasi şəraitdə arxada ehtiyatda dayanmış rus imperiya ordusuna söykənərək, əhalini rus silahı ilə çayın o biri tərəfinə qovmağa,  qanlı tarixi təzələməyə çalışırlar. Buna baxmayaraq, erməni silahlı bandası tərəfindən əhatə olunduğu dağ silsiləsi boyu rus silahı ilə gecə-gündüz atəş altında saxlanan Naxçıvanın əhalisi bir qarış torpaq verməmək üçün düşmənlə mərdliklə döyüşürdü.

Belə bir ağır şəraitdə Heydər Əliyevin Naxçıvana gəlişi Moskvanı və Azərbaycan rəhbərliyini, onun ətrafında "birləşmiş" respublikanın mənsəb və sərvət hərislərini, dumanlı günlərdə gödən sökənlərı bərk təşvişə salmışdı.

Həyatı boyu  yaltaqlıq, hiyləgərlik, ikiüzlülük və satqınlıqla miskin həyat sürmüş, "alçalaraq yüksəlmiş" (H.Cavid), layiq olmadığı yüksək "yağlı" vəzifələrə qaldırılmış, xalqın dərisini soymuş, zəngin var-dövlət toplamış, "ailəsini süd gölündə üzdürmüş" (Heydər Əliyevin etiraflarından) adı bizdən olan belələri Heydər Əliyevin  düşməninə çevrildilər, yeni siyasi dövrdə rusların əli ilə yüksək dövləti məqama çatmaq üçün Bakıda və Qarabağda rusun tökdüyü qızıl qanın üstündən keçərək,  gizli, ya açıq şəkildə Kremlin sadiq köpəkləri olduqlarını unutmadılar.

Təəssüflər olsun ki, belələrinin arasında Naxçıvanda vaxtilə Heydər Əliyevin çörəyini yemiş bəzi "sadiq"lər də vardı. Çünkü ağızları quyruqda, əlləri sərvət üstündə olan belələri qətiyyən inanmırdılar ki, fiziki cəhətdən zəifləmiş Heydər Əliyevin xalqdan uzaq düşmüş cahil və nadan başçıların xəyanətləri ucbatından gəmisi batmaqda olan Azərbaycanı rusun yaratdığı fırtınadan xilas edəcək, təkrar hakimiyyətə qayıdacaqdı.

Dağ silsiləsi boyu ermənilərin Naxçıvana rusun qradları ilə od yağdırdığı günlərdə mən Yusif Məmmədəliev adına Naxçıvan Dövlət Universitetində müəllim işləyirdim. Mənə çörək verən, əlimdən tutub məni elmlər doktoru və professor edən əziz xalqımın fəryadına bir vətən oğlu kimi biganə qala bilməzdim. Xalqımın xilası naminə həyatından keçən əsgər inamı ilə tarixi borcumu yerinə yetirirdim.

M.Qorbaçovun atalıq himayəsində olan altmış minlik erməni-daşnaq bandasının (o günlərdə Moskva televiziyalarında bandanın canlı yürüşündən reportaşlar verilirdi.  Bu barədə vaxtı ilə mətbuatda geniş yazılarım və müsahibələrim getmişdi) qabağını Naxçıvanın qapısı olan Sədərəkdə saxlayıb, ellikcə vuruşurduq.

Əvvəldə verdiyim bəyanata ("Zəngəzura, Göyçə mahalına gedən yollar") tarixi aydınlıq gətirmək üçün əvvəlcə mənim hansı zərurətdən müstəqil Azərbaycan uğrunda mübarizəmizin o ölümlü və fəlakətli günlərində müdriklər müdriki, müstəsna dövlət adamı olan əzizimiz Heydər Əliyevin ən yaxın silahdaşı və siyasi sirdaşı olduğum hadisələrin bir neçə məqamını ötəri də olsa, xatırlamaq kifayətdir.

1992-ci ilin 22 aprel tarixində Naxçıvan televiziyasının lentə aldığı Şərur rayonunun mədəniyyət sarayında təşkil etdiyim rayon əhalisinin geniş toplantısında Heydər Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürdük. Bu, Heydər Əliyevi hakimiyyətə gətirən xalqın ilk tarixi addımı idi.

Mən toplantının çıxardığı qərarı 23 aprel tarixində Bakıda naxçıvanlıları birləşdirən "Əlincə" cəmiyyətinə çatdırdım.

Bir neçə ziyalının təşkilatçılığı ilə keçmiş Ali Sovetin qarşısında Heydər Əliyevin hakimiyyətə gəlməsinin qarşısını alan maneəni - "yaş senzi"ni aradan qaldırmaq üçün sessiyanın çağrılmasını tələb edən 24 aprel tarixindən mitinqlərə başladıq. Məni xüsusi tapşırıqla qoruyan Təhlükəsizlik Komitəsinin əməkdaşlarından aldığım məlumatı (Polyaniçkonun Bakı bağlarında gizləndiyini, Primakovun rus kəşfiyyatının əhali arasında qarışıqlıq salacağını, yaxın günlərdə 20 yanvardan betər Bakını qan içində boğacağını, "yaş senzi"nin aradan qaldırılmasını tələb edən mitinqin tələbnaməsini o zaman prezident vəzifəsini müvəqqəti aparan Yaqub Məmmədova da çatdırdım: "Mən nə edə billəm, mən bu kresloya kleylənmişəm"-dedi. Bu qəbulu ətraflı şəkildə mətbuatda işıqlandırmışam) növbəti geniş çıxışımda xalqa çatdırdım. Maraqlananlar bu çıxışımla tanış olmaq üçün mənim internet saytıma baxsınlar: "ajdarismayılov.com".  

Mitinqlərdən sonra Naxçıvana qayıtdım, Heydər Əliyevin dəvəti ilə onun yanında oldum.

Müdrik bir siyasət adamı ilə, o da ola, Kremlin üç parlaq ulduzundan biri olmuş Heydər Əlyevlə üz-üz  oturub, onun xalqın düşdüyü bəladan xilası ətrafında verdiyi suallara cavab vermək cəsarət və məsuliyyət tələb edirdi. Hiss edirdim ki, Ulu Öndərin özü mənə sərbəstlik verirdi.   

Aramızdakı ətraflı şirin, səmimi söhbət xeyli çəkdi.

Sonda dedim: - Heydər bəy, biz hər gün təşkil etdiyimiz  toplantılarda "Heydər bəy siyasətə qayıdır"-desək də bu çağrış toplantıdan o tərəfə çıxmayacaq.

Heydər Əliyev : - Fikrin nədi? - deyə, maraqla soruşdu.

Mən dedim: - Xalqı sizin ətrafınızda birləşdirmək üçün partya yaratmaq günün zərurətidi.

Heydər Əliyev mahir siyasət adamı kimi, söhbətin istiqamətini dəyişdi - nə hə dedi, nə yox.

El atasından qəti cavab ala bilmədim. Buna baxmayaraq, yaşadığım Şərur rayonunda tanınmış ziyalılardan ibarət "Heydər Əliyevin tərəfdarları" adında təşəbbüs qrupu təşkil etdim. Bundan sonra tərəfdarları siyahıya almaq üçün rayon qəzetinin mətbəəsində partiyanın yaradılmasında tələb olunan kriteriyaları əhatə edən kifayət sayda blank hazırladıq. Qısa müddətdə otuz iki mindən artıq tərəfdarı siyahıya aldıq. 1992 - ci ilin 21 noyabrında Naxçıvanda  Cəlil Məmmədquluzadə adına Dövlət Teatrının binasında YAP-ın təsis konfransı keçirildi. (bax: QAYIDIŞ. YAP-ın təsis konfransı)

Mənim yazdığım "Partiyamızın lideri xalqdır" bəyanatı 09.12.1992ci ildə "Səs" qəzetində çap edildi. Bu bəyanat YAP-n Heydər Əliyevin ətrafında birləşən naxçıvanlıların timsalında müstəqillik uğrunda 70 illik rus imperiyasından xilas olmaq üçün ölüm-dirim mübarizəsinə qalxmış bütün Azərbaycan xalqının bəyanatı idi.

1992-ci ilin dekabrında YAP-ın Naxçıvan şəhər özəyini yaratmaq üçün bütün  idarə və təşkilatlarda ziyalılardan ibarət imza toplayan "Heydər Əliyev tərəfdarları" təşəbbüs qrupunu təşkil etdim. İş aparmaq üçün şəhər təşəbbüs qrupunda birləşən heydərsevərlər arasında bölündü.

Mən Heydər Əliyevi hakimiyyətdən salmağa çalışan Naxçıvan şəhər Xalq Çəbhəsi üzvünün böyük bir qismini təşkil edən həkim və tibb bacısının işlədiyi Şəhər Mərkəzi Xəstəxanasında və Respublika Döğum Evində siyahıya almağı öz üzərimə götürdüm. Biz bilirdik ki, bu yerlərdə imza toplamaq heç də asan olmayacaqdı.

Özünü itirmiş bəzi həkimlərin ciddi kobud hərəkətləri ilə üz-üzə gəldim. Ancaq Heydər Əliyev tərəfdarları yoldaşlarının basqılarına baxmayaraq, imza atmaqda çox fəal iştirak etdilər. 

Mərkəzi Xəstəxanada imza atan çox gənc olan bir tibb bacısının o günləri xatırladıqca içimi sızıldadan fəryadı bu gün də məni daxilən titrədir : - Mənim Allahım, sən şahidsən ki, Qarabağın qız-gəlininin başına düşmənin gətirdiyi ən alçaq müsibət bizdən uzaqdı, namusumuz, ləyaqətimiz üçün Heydər babaya borcluyuq. 

Tibb bacısı əllərini göylərə qaldırıb, tükürpədici səslə yanıqlı-yanıqlı sızıldadı: - Ey Allahım, səni and verirəm öz ədalətinə mənim həyatımı xilaskarımız Heydər babanın ömrünə yaz !

Gün ərzində təşəbbüs qrupunun gördüyü iş barədə axşam tərəfi Heydər Əliyevə məlumat verəndən sonra çox gənc olan tibb bacısının içindən gələn fəryadı da el atasına olduğu kimi çatdırdım.

Heydər Əliyev ciddi bir vəziyyət aldı, zəndlə gözümün içinə baxdı, bir qədər nəvazişli, bir qədər inamlı səslə: - Əjdər bəy, bundan sonra kim desə ki, mən həyatımı Heydər babaya qurban verirəm, mənim adımdan de ki, kimsənin ömrünün qalan hissəsi mənə lazım deyil.

O, sol əlini qabağa uzatdı, elə bil ki, Allahdan aldığı möhlət sənədini mənə göstərirmiş kimi, sağ əlini onun üstünə qoydu və hansısa qüvvədən ilham alırmış kimi coşğunluqla  səsinin ahəngini dəyişdi:- Çünkü Allahım mənə bu boyda on illik rüsxət verib, alıb ürəyimin başına qoymuşam, özü bilər, on ildən artıq yaşadar nə yaxşı, yaşatmaz nə yaxşı... Əjdər bəy, mən Zəngəzuru və Göyçə mahalını Azərbaycan torpaqlarına birləşdirməyincə Əzrayıla can verməyəcəm.

El atasının 1992-ci ilin dekabr  ayında uzaqgörənliklə dediyi on illik "Allah möhləti" 2002-ci ilin dekabr ayında bitdi. Lakin ölkəmizi əbədi azadlığa qovuşdurmuş müdrik xilaskarımızın bəyanatı tarixi çağırışa çevrildi.

Canından əziz tutduğu xalqına miras qalmış bu bəyanat  torpaqlarımızı rus imperiyasının hərbi texnikası və canlı qüvvəsinin fəal köməyi ilə ələ keçirmiş, bu günə kimi Kremlin rəhbərlik etdiyi "sülhməramlı" "Minisk qrupu" teatrının saxta, istedadsız oyunçularına çevrilmiş Allah tərəfindən lənətlənmiş şeytan balalarının kökünü qazıyıb, vaxtilə rusların gətirdiyi ölkələrə atmaq üçün Azərbaycan xalqına müqədds çağırışdı.

Professor, Əjdər Tağıoğlu
Olaylar

Facebook Twitter WhatsApp Çap et Email LinkedIn VK
OXŞAR XƏBƏRLƏR
İctimai siyasi fəaliyyəti / Müsahibələri / Xəbərlər

"Bundan sonra kim desə ki, mən həyatımı Heydər babaya qurban verirəm"...-Professor Əjdər İsmayılovun Heydər Əliyev haqqında XATİRƏLƏRİ

10-05-2021, 03:41
İctimai siyasi fəaliyyəti / Müsahibələri / Xəbərlər

Xalq qətiyyətlə Heydər Əliyevi Azərbaycanın Prezidenti görmək istəyirdi

16-11-2021, 12:44
Xəbərlər / Müraciətləri

Türkiyə - Azərbaycan - Pakistan Hərbi Qardaşlıq İttifaqı - "Səsini qaldır, qardaş, yeni dünya bizi çağırır!"

11-06-2021, 16:04
Xəbərlər / Müraciətləri / Publisistika

Azərbaycan ordusunun dünya hərb tarixinə yazdığı 44 günlük ilk əfsanəvi tarix

10-11-2020, 04:02
Tarixşünaslıq-Türkcülük / Xəbərlər

Hayların Ön Qafqazda rus imperiya tarixi

18-02-2020, 14:00
İctimai siyasi fəaliyyəti / Tarixşünaslıq-Türkcülük / Xəbərlər / Müraciətləri

Hayların Ön Qafqazda rus imperiya tarixi- "Arsak/Artsax" toponiminin etnomənsubiyyəti

23-09-2020, 01:14
Sosial Şəbəkədə
FacebookSəhifəmizi bəyənin
TwitterBizi izlə
InstagramBizi izlə
YoutubeKanalımıza abunə olun
  • SİTAT
  • BARƏSİNDƏ

Erməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB

23-05-2025, 13:33

Azərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində

10-10-2023, 14:11

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

12-06-2023, 11:24

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda

8-06-2023, 15:25

Erməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB

23-05-2025, 13:33

Azərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində

10-10-2023, 14:11

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

12-06-2023, 11:24

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda

8-06-2023, 15:25
  • boyuk
WordPress Image Carousel
  • 26
  • 24 aprel mitinqi 1992
  • 3 (2)
  • Слайд68
  • Слайд89
  • Слайд81
  • Слайд82
  • Слайд76
  • Слайд57
  • Слайд10
  • 3
  • Слайд58
  • Слайд299
  • 9
  • 4
  • 10
  • 128
  • Слайд12
  • 127
  • 1
  • 03.02.91
  • 5-1960 aprel 05
WordPress Image Carousel
MERIMAG
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.

# TEQLƏR

Ajdar Ismayilov PROFESSOR Tağıoğlunun İsmayılovun Əjdər
© Copyright 2014-2025. Bütün hüquqlar qorunur.
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə