Skip to content
AJDAR ISMAYILOV
  
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə
  • ÖMÜR YOLU
  • ÖZƏL
  • CAVİDŞÜNASLIQ
  • TARİXŞÜNASLIQ-TÜRKCÜLÜK
  • İCTİMAİ SİYASİ FƏALİYYƏTİ
  • HAQQINDA DEYİLƏNLƏR
  • Digər
    • MONOQRAFİYALARI
    • XARİCDƏ NƏŞRLƏR
    • MÜRACİƏTLƏRİ
    • MÜSAHİBƏLƏRİ
    • PUBLİSİSTİKA
    • BARƏSİNDƏ
    • SİTATLAR
    • VİDEO
    • FOTO
Xəbərlər
23-05-2025, 13:33TErməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB10-10-2023, 14:11TAzərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində7-07-2023, 17:10TTürkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur12-06-2023, 11:24TProfessor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR8-06-2023, 15:25TProfessor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda23-04-2023, 15:31TTuran adam! – professor Əjdər Tağıoğlu – 8515-04-2023, 11:31TYAP Mərrkəzi Aparatında professor Əjdər İsmayılovun anadan olmasının 85-ci il dönümünə həsr olunan konfrans keçirilib13-03-2023, 16:30TErməni tarixinin atasına “od vuran” alim – Əjdər İSMAYILOV28-04-2022, 14:54TProfessor - Züleyxa Nadir yazır24-04-2022, 14:50T“Avesta memarlıq abidəsi: “Keşişçi dağ” məbəd kompleksi” – YENİ KİTAB
AJDAR ISMAYILOV
AJDAR ISMAYILOV
  • ÖMÜR YOLU
  • ÖZƏL
  • CAVİDŞÜNASLIQ
  • TARİXŞÜNASLIQ-TÜRKCÜLÜK
  • İCTİMAİ SİYASİ FƏALİYYƏTİ
  • HAQQINDA DEYİLƏNLƏR
  • MÜSAHİBƏ VƏ BARƏSİNDƏ
  • MONOQRAFİYALARI
  • XARİCDƏ NƏŞRLƏR
  • MÜRACİƏTLƏRİ
  • REPORTOJLARI
  • PUBLİSİSTİKA
  • SİTATLAR
  • VİDEO
  • FOTO
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə
AJDAR ISMAYILOV
  Ömür yolu / Xəbərlər / Özəl  Yaxşı ki varsan,yaxşı ki,sənin oğlunam.. – Atam Əjdər İsmayılovun doğum gününə- CAVİD İSMAYIL YAZIR
Ömür yolu / Xəbərlər / Özəl

Yaxşı ki varsan,yaxşı ki,sənin oğlunam.. – Atam Əjdər İsmayılovun doğum gününə- CAVİD İSMAYIL YAZIR

22-04-2020, 01:17266
Facebook Twitter WhatsApp Çap et Email LinkedIn VK

Gözümü açandan milli kimliyə bağlılığı, Vətənə  sevgini, Azadlıq ruhunu səndən öyrəndim. Hələ sovetlər dönəmində Şərurdakı evimizdə sənin iş otağında divara bir xalça asılmışdı. O xalçanın yuxarı başında iki böyük portret yerləşdirilmişdi. İkisi də hərbi geyimdə. Soruşanda kimdi bunlar? Deyirdin ağamdır. Sənin baban! Atam! Evimizə gələn qohumlar da həmin  portretlərin erməni daşnaklarına qarşı Şərur-Dərələyəz istiqamətində həmkəndlilərindən təşkil etdiyi partizan dəstəsinin komandiri, Nuru paşanın ödül verdiyi Partizan Tağı, yəni babam, atamın atası olduğunu deyir, hamı onu “Ağam”çağırırdı. İllər keçdi, zaman ötüşdü. XX əsrin sonları Milli Azadlıq Hərəkatının başlanğıc sıçrayışı getdiyi zaman bildim ki, o şəkillərdən biri doğrudan da erməni quldurlarına qarşı mübarizə aparmış babam Tağının, digəri isə Türk dünyasının atası Atatürkündür.Fikir verin, indi çoxlarına bu adi  gələr. Lakin sovetlər dönəmində evində balaca şəkil nədir, heç adını çəkməyə cürət edilməyən bir dövrdə Böyük ATAMIZIN porteti asılan evdə doğulmuşam, o evdə tərbiyə almışam mən.

Bir neçə il öncə, 45 yaşım olanda sən mənə bir hədiyyə etdin. İlk baxışdan sadə bir  təqvim vərəqi olsa da, əslində  mənə bir dünya bəxş etdin. Bəli, həmin gün- 01 iyun mənim dünyaya gəlişimin 45 illiyi idi. Həyatımın ən mənalı və dəyərli hədiyyəsini mənə təqdim etdin. Bu təqvim vərəqi  həmin gün 45 ili tamam olan və 01 iyun 1972-ci ildə, düz 45 il əvvəl olduğu şaxlıqda qalmışdı. Öz əllərinlə üzərində yazdığın “oğlum Hüseyn Cavid 1 iyun 1972 səhər saat 1.30 anadan olub” sözləri məni məndən aldı və mənalı bir duyğulara sarılmış dünyaya apardı. Hələ də, yaş günüm gələndə ilk həmin anları, həm də  böyük duyğu və fəxrlə xatırlayıram.

Mən özümü dərk etməyə başlayanda sənin iş otağında erməni məkrinə qarşı, rus şovinizmi və imperiyaya qarşı yazdığın yazıların ilk oxucusu və o zamanın yazı makinəsində  ilk yazan köməkçin oldum.

Kitabxanadan bir kitab verərək “bunu oxu, qeydlərini et, başa düşmədiklərini müzakirə edərik” dediyin, eyni zamanda “… amma unutma, bu kitab indi qadağan olub, heç kim bu kitabın bizdə olduğunu bilməməlidir” deyə sirrini bölüşdüyün sirdaşın oldum.

Bakı – Noraşen qatarı ilə yol gedərkən, tikanlı məftilləri göstərib Araz çayını kitabdan oxuduğum kimi deyil, ağrılı-acılı tariximizin bir sipəri kimi tanıtdın mənə. O çayın arxasında Can Azərbaycanın olduğunu sakitçə göstərərək “bax ora da Azərbaycandır” deyəndə  məhz səndən öyrəndim tarixin acı həqiqətlərini. Elə bundan təsirlənərək hələ 6 -cı sinifdə oxuyarkən Can Araz, Xan Araz şeirini yazdım. İndi də o dəftərçəm qalır. Hər dəfə  o şeirə bənzətmədiyim şeiri oxuyanda  həmin dəftərçəmi götürüb o şeirimi oxuyub xəyallara daldığın günləri xatırlayıram. Məgər şeirimdən çox, Vətən anlayışını oğluna ötürdüyün üçün fərəhlənirmişsən. Bunu artıq indi daha da çox anlayıram. İndi mən də atayam. Sənin Cavidin, mənim Oğuzum var. İndi mən onda həmin ruhu gördükçə qürurlanır və səni daha çox anlamağa başlayıram.

Zaman gəldi, Milli Azadlıq Hərəkatı bir fırtına tək qopdu. Şükürlər olsun allaha ki, evdə balaça rəngli kağızda bir yerdə düzəltdiyimiz üç rəngli müqəddəs bayrağımızı böyük parçada düzəldib sənin verdiyin tərbiyəndən formalaşan ruhumla meydana çıxanlardan, azadlıq uğrunda səninlə bərabər, çiyin-çiyinə mücadilə edənlərdən oldum. Zamanında qatardan göstərdiyin o tikanlı simləri əlimlə qırmaqla, imperiya dirəklərini yandırmaqla, darmadağın etməklə biləsən nə qədər qürurlandım.

Yaxşı yadımdadır SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi istintaq komissiyasının milliyətçə səhv etmirəmsə moldovan olan müstəntiqi məndən izahat alarkən həddi -buluğa çatmadığım üçün sənin iştirakınla aparılan dindirilmə zamanı ona sinə gərməyin. Sən mənim həyat kumirim, məni Vətən ucalığına aparan ən böyük zirvəm oldun – Ata.

Heç yadımdan çıxmaz.  Sədərək dağlarında erməni quldurlarına qarşı döyüşdən bir az üşümüş və aç halda evə təzəcə qayıtmışdım. Anam indi də deyir ki, soruşdum Cavid, çox acmısan, bir şey yeməmisən? Dedin ki, yox ana, yemişəm. Amma sənin bişirdiyin bu dolma mənə çox ləzzət elədi deyə, iştahla yeyirəm. Elə bu anda sən evə gəlib tələsik nəsə götürərək dedin. “Nə oturmusan? Xəbərin yoxdur? Uşaqlar toplanır. Sədərəyə yenə hüçüm ediblər. Dur tərpən.” Anam indi də deyir ürəyimdə qaldı, yeməyini axıra qədər yemədən qalxdın. Yeməyindən bildim ki, acsan, neçə gündür doyunca yemək yeməmisən. Hələ də unuda bilmir. Ana ürəyidir axı… Bəli  bu mənim atamdır. Canı qədər sevdiyi övladını yalnız Vətən sevgisinə qədər sevə bilər. Ondan artıq sevə bilməz.

Səndən öyrəndim qüruru, səndən öyrəndim haqsızlığa qarşı mübarizə aparmağı! Səndən Vətən sevgisini, Dövlətə bağlılığı, milli kimliyə sadiq olmağı, dəyərləri xatırlamağı əxz etdim.

2020- ci ilin ilk dəqiqələrindən cənab prezident könüllülər ili elan etdi. Ali baş komandan bu ilin Qarabağ savaşı uğrunda qisas savaşımız ili olmasını diləyəndə sosial şəbəkə üzərindən bu savaşda könüllü olmağımı elan etdim. Bunu oxuyub sənə zəng vuran və bayramlaşan dostlardan biri “Cavid belə müraciət edib” deyərkən…” mənim oğlum belə olmalıdı” cavabın  biləsən məni nə qədər yüksəklərə qaldırdı, bir daha fərəhləndirdi.

Təmənnasız və qarşılıq gözləmədən Vətəni sevməyi səndən öyrəndim. Quruculuğunda canından belə keçməyə hazır olduğun, rus imperiya məkrinə qarşı mübarizədə təkçə öz canını yox, ailənin və doğmaların canını düşünmədən Vətənin xilası üçün apardığın o mübarizədən sonra qurulmasında müstəsna xidmətin olan hakimiyyətdə bir gün belə təmsil olunmadan ardı ilə yenidən qələmə sarılıb elmdə yarımçıq qalmış işlərini,  Türkçülük, milli kimliyi qələm mübarizəsi ilə davam etdirdin. İndi də erməni yalanlarına qarşı mübarizədəsən. Təmənnasız sevdiyin Azərbaycanın daha gözəl  gələcəyi   uğrunda mücadilədəsən! 

Bilirəm ən böyük arzun Vahid Azərbaycan! Və müqəddəs yolumuz olan Qızıl Almadır! Sonunda göydə Tanrının nuru içində, günəşin zərrələrində parlayan yeni üfüqdə doğan VƏTƏN olan TURANDIR!

Əziz atam, nə yaxşı ki, varsan, nə yaxşı ki, sənin oğlunam!  Qürurum, Baş tacım! 

Doğum günün MÜBARƏK!

Oğlun Cavid.

Facebook Twitter WhatsApp Çap et Email LinkedIn VK
OXŞAR XƏBƏRLƏR
Barəsində / Ömür yolu / Xəbərlər / Özəl

Daima xalqın keşiyində dayanan böyük alim - professor Əjdər İsmayılov 80!

26-04-2018, 01:22
Tarixşünaslıq-Türkcülük / Xəbərlər / Monoqrafiyalar

"Oğuz-türk tarixi: Bəylərbəyi Rəvan xandan İrəvan qala-şəhər yadigarı" adlı kitab çapdan çıxdı

25-11-2021, 03:37
Barəsində / Xəbərlər / Özəl

Professor - Züleyxa Nadir yazır

28-04-2022, 14:54
Ömür yolu / Xəbərlər

Əjdər İsmayılov vəfat etdi

14-03-2022, 03:36
Tarixşünaslıq-Türkcülük / Xəbərlər / Monoqrafiyalar

Daşnak – bolşevik terrorunun ideoloqları Stepan Şaumyan, Anastas Mikoyan - YENİ KİTAB

29-07-2020, 01:16
Barəsində / Müsahibələri / Xəbərlər

“Məni ölüm mələyinin qanlı caynağndan onlar xilas etdi”

16-03-2021, 03:55
Sosial Şəbəkədə
FacebookSəhifəmizi bəyənin
TwitterBizi izlə
InstagramBizi izlə
YoutubeKanalımıza abunə olun
  • SİTAT
  • BARƏSİNDƏ

Erməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB

23-05-2025, 13:33

Azərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində

10-10-2023, 14:11

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

12-06-2023, 11:24

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda

8-06-2023, 15:25

Erməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB

23-05-2025, 13:33

Azərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində

10-10-2023, 14:11

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

12-06-2023, 11:24

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda

8-06-2023, 15:25
  • boyuk
WordPress Image Carousel
  • 26
  • 24 aprel mitinqi 1992
  • 3 (2)
  • Слайд68
  • Слайд89
  • Слайд81
  • Слайд82
  • Слайд76
  • Слайд57
  • Слайд10
  • 3
  • Слайд58
  • Слайд299
  • 9
  • 4
  • 10
  • 128
  • Слайд12
  • 127
  • 1
  • 03.02.91
  • 5-1960 aprel 05
WordPress Image Carousel
MERIMAG
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.

# TEQLƏR

Ajdar Ismayilov PROFESSOR Tağıoğlunun İsmayılovun Əjdər
© Copyright 2014-2025. Bütün hüquqlar qorunur.
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə