Skip to content
AJDAR ISMAYILOV
  
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə
  • ÖMÜR YOLU
  • ÖZƏL
  • CAVİDŞÜNASLIQ
  • TARİXŞÜNASLIQ-TÜRKCÜLÜK
  • İCTİMAİ SİYASİ FƏALİYYƏTİ
  • HAQQINDA DEYİLƏNLƏR
  • Digər
    • MONOQRAFİYALARI
    • XARİCDƏ NƏŞRLƏR
    • MÜRACİƏTLƏRİ
    • MÜSAHİBƏLƏRİ
    • PUBLİSİSTİKA
    • BARƏSİNDƏ
    • SİTATLAR
    • VİDEO
    • FOTO
Xəbərlər
23-05-2025, 13:33TErməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB10-10-2023, 14:11TAzərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində7-07-2023, 17:10TTürkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur12-06-2023, 11:24TProfessor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR8-06-2023, 15:25TProfessor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda23-04-2023, 15:31TTuran adam! – professor Əjdər Tağıoğlu – 8515-04-2023, 11:31TYAP Mərrkəzi Aparatında professor Əjdər İsmayılovun anadan olmasının 85-ci il dönümünə həsr olunan konfrans keçirilib13-03-2023, 16:30TErməni tarixinin atasına “od vuran” alim – Əjdər İSMAYILOV28-04-2022, 14:54TProfessor - Züleyxa Nadir yazır24-04-2022, 14:50T“Avesta memarlıq abidəsi: “Keşişçi dağ” məbəd kompleksi” – YENİ KİTAB
AJDAR ISMAYILOV
AJDAR ISMAYILOV
  • ÖMÜR YOLU
  • ÖZƏL
  • CAVİDŞÜNASLIQ
  • TARİXŞÜNASLIQ-TÜRKCÜLÜK
  • İCTİMAİ SİYASİ FƏALİYYƏTİ
  • HAQQINDA DEYİLƏNLƏR
  • MÜSAHİBƏ VƏ BARƏSİNDƏ
  • MONOQRAFİYALARI
  • XARİCDƏ NƏŞRLƏR
  • MÜRACİƏTLƏRİ
  • REPORTOJLARI
  • PUBLİSİSTİKA
  • SİTATLAR
  • VİDEO
  • FOTO
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə
AJDAR ISMAYILOV
  Tarixşünaslıq-Türkcülük / Xəbərlər / Monoqrafiyalar  "Oğuz-türk tarixi: Bəylərbəyi Rəvan xandan İrəvan qala-şəhər yadigarı" adlı kitab çapdan çıxdı
Tarixşünaslıq-Türkcülük / Xəbərlər / Monoqrafiyalar

"Oğuz-türk tarixi: Bəylərbəyi Rəvan xandan İrəvan qala-şəhər yadigarı" adlı kitab çapdan çıxdı

25-11-2021, 03:371 643
Facebook Twitter WhatsApp Çap et Email LinkedIn VK

“Turan Araşdırma Mərkəzi” İB  gənc nəslin Vətənpərvər ruhda  formalaşmasını, insanlarımıza milli kimliyi aşılamağı, erməni yalanlarını, saxtakarlıq üzərində qurulmuş qondarma erməni tarixşunaslığının iç üzünü oxuculara göstərməyi, ümumiyyətlə ümumtürk tarixi kontektsində tədqiq edilən tarixi əsərlərin daha geniş auditoriyaya çatdırılmasını özünün prioritet istiqamətlərindən biri kimi müəyyən edib.

ONN media xəbər  verir ki, bu günlərdə  TAM  daxili imkanları hesabına yuxarıda qeyd edilən istiqamətdə  türkoloq, professor Əjdər Tağıoğlunun (İsmayılov) “Oğuz türk tarixi: Bəylərbəyi Rəvan xandan İrəvan qala-şəhər yadigarı” adlı növbəti kitabı çap etdirərək oxuculara təqdim edib.

Kitab “Elm və Təhsil” nəşriyyatında nəfis şəkildə azərbaycan dili və anadolu türkçəsində çap edilib. Kitabın redaktoru  “Turan Araşdırma Mərkəzi” İB-nin sədr müavini, f.ü.e.d Cavid İsmayıl,  anadolu türkçəsinə uyğunlaşdıran f.ü.e.d. Nərgiz İsmayılovadır.

Kitabda müəllif növbəti dəfə, kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək erməni “tarixşünaslığına” sarsıdıcı elmi zərbələr endirərək problemə tarixi zəmində aydınlıq gətirmək üçün haqqında söhbət gedəcək “Aza ölkəsi”nin əhalisi, tarixi coğrafiyası və onun B.B. Piotrovskinin “yerli əhali” dediyi sakinlərinin etnomənsubiyyətləri barədə söylədiyi  qısa fikrin Azərbaycan türklərinin Ön Qafqaz tarixi üçün elmi dəyərə malik olduğunu qeyd edir.

Müəllif kitabda, Azərbaycan türklərinin Anamayasında iştirak etmiş bəzi türk tayfalarının adlarının  qədim mənbələrdə qeydə alındığını, bu sıradan Urmiya gölü ətrafında ta qədimdən məskun olmuş “Maday”,”Maq, “Mar” və “Su” adlı tayfaların dünya tarixində özlərinə  məxsus yazdıqları parlaq səhifələrin məlum olduğunu qeyd edir.

Daha yaxın ərazidə iç-içə yaşamış Mar və Su əhalisinin izdivacından törəmiş yeni nəsil “Sumar” adı ilə m.ö. min illiklərdə Zaqor dağ silsiləsini aşaraq, Böyük Köçlə İraqın şimalından İkiçayarasına (Mesopotamiyaya) gəlib yerləşdiyini bir sıra qədim qaynaqlarda və tarix ədəbiyyatında kifayət qədər məlumatların olduğunu əsaslı şəkildə təqdim edir. Bunların arasında məşhur ingilis arxeoloqu və linqvisti Henri Paulinsonun 1837-ci ildə Boqıstan (“Tanrılar məskəni”) qayalarında “Sumar” tayfalarının “Babilə gedən qədim yol” xəritə abidəsini kəşf etməsi bu barədə mənbələrdə qeydə alınmış fikirlərin mötəbərliyini əsaslı sübut kimin qeyd edir.

Müəllif  bildirir ki,  “Sumar”lar yeni məskəndə sonrakı nəsillərin işlək leksik-semantik dil xüsusiyyətlərinə uyğun olaraq, ədəbiyyatda “Sumer”lər adı ilə tarixləşmişlər. Akkad dilində “S” və “Ş” hərflərinin əvəzləşməsinə görə, semitdilli qaynaqlarda “Sumer” tayfalarının “Şumer” adıyla qeydə alındığını və müəllifi olduğu “Moisey Xorenatsi anonim keşiş müəllifdir” (Bakı – “Elm və təhsil”, 2016 s.99-103) kitabında bu barədə geniş məlimat verdiyini qeyd edir.

Kitabdan iqtibas, “Araşdırmamıza nəticə olaraq deyək ki, B.B.Piotrovski və keçmiş Sovetlər Birliyi dövründə yazılmış tarix kitablarında ilk mənbədə “İrpuni” adı ilə tarixin qan yaddaşına çevrilmiş türk qala şəhərinə ermənipərəstcəsinə istər “Erebuni” desinlər, istərsə də “Erevan” desinlər, fərqi yoxdur, tarix tarixliyində qalır. Belə ki, tarixdə ilk dəfə Vahid Azərbaycan dövlətini yaratmış Şah İsmayıl Xətai Ön Qafqazın hüdudlarını qorumaq məqsədilə onun qərbində mühafizə qala şəhəri salmaq qərarına gəlir. Məşhur türk səyyahı Övliya Çələbi bu barədə yazır: “915-ci ildə (1509-10-cu illərdə) İran torpağının şahı İsmayıl Şah öz vəziri Rəvanqulu xana əmr etdi ki, həmin yerdə qala tikdirsin. O, Zəngi çayının sahilində yeddi ilə qala tikdirdi, ona öz adını verdi – “Rəvan.”  Bu fakt sübut edir ki, Oğuz Albaniyasının qərb ərazisində babamız Rəvan xanın şərəfli adına ucaldılan, rus işğal tarixini nəsillərimizə nişan verən İrəvan şəhəri Azərbaycan türklərinin danılmaz qədim tarixidir. Bundan başqa, Rəvan xanın aşağıda nümunə gətirəcəyimiz Şah İsmayıla yazdığı məktubda həmin ərazini “Oğuz-türk diyarı” adlandırması da göstərir ki, Ön Qafqaz Oğuz Albaniyasının qədim tarixi siyasi-inzibati coğrafiyası XVI əsrdə də rəsmi dövlət sənədlərində də qeyddə olmuşdur.”

Müəllif, daha sonra Oğuz-türk diyarının bəylərbəyi Rəvan xanın Vahid Azərbaycan dövlətinin banisi Şah İsmayıl Xətaiyə yazdığı tarixi müraciətlərin birində apardığı müşahidələrdən son illər ermənilərin bir qismi, yəni Beynənnəhreyndən  (İkiçayarasından – Ə.T.) Van gölü sahillərinə, oradan da beş-beş, on-on Qafa, dədə türk torpaqlarına yerləşməsini, sazişdəkilər kimi, kəsbkarlıqla, bənna və dülgərliklə güzəran sürüb farağat oturmaqdansa, tabeliyimdəki torpaqlarda yerləşmə vurnuxmalarına başladıqlarını, geniş oturaq həyat iddialarına qapılmış olduqlarını qeyd edirdi. Tarixi müraciətdən; “İndi Ağkilsə kəndində əyləşən dünya ermənilərinin  katolikosu II Qriqori zunnarına xas olmayan fəaliyyəti ilə və təxribatçılıq əməlləri ilə idarəmizi müşkülə məruz qoyub. Katolikos erməni dini mərkəzinə vəqf sərmayəsi hesabına öz soydaşlarının türk kəndləri kənarında iki-üç ailə olmaqla oturaq məskunlaşmasını maliyyələşdirir, onlara ufacıq kilsələr tikdirir, beləliklə, bu tayfanın Qafda qədim mövcudiyyəti təsəvvürü yaradılır ki, bunlar istiqbalda nəsillərimizə başağrısı verə biləcək fəsadlar törənməsinə zəmin yarada bilər. İndi zikr olunan ərazidə elə bir kəndimiz, obamız qalmayıb ki, orada üç yad ailə işığı yanmasın. İsmətsizlik əxlaqına qurşanmış hayk qız-gəlinləri türk dəliqanlı cavanlarına sırınmağa can atır, qədim peşəliklə könüllər ovundurur, Oğuzlara ərə getməyə, başqa sözlə, mülkümüzə, malımıza şərik çıxmağa çalışır, siyasətdə sakit təcavüz adlanan cinayətlər törədirlər. Qarışıq nikahların vüsəti məni qorxudur, şahım. Mənə səlahiyyət ver, cəmi on beş min gəlməni mövsümi işçilər kimi qısım-qısım qaytarım vətənin dışarına.”

Müəllif  sonda qeyd edir ki, “ rusların Qafqazı işğal etdikləri tarixdən meydana çıxan “erməni amili” babamız Rəvan xanın əbəs yerə həyəcan təbili çalmadığını sübut etdi. O, qanımıza erməni qanı qarışdığı ilk nəsil törəməsilə xalqımızın faciə tarixinin başlanğıcı olacağını müdrikcəsinə görürdü.”

Xatırladaq ki, kitab  TAM-ın cari  ildə  bu  qəbildən  çap  etdirdiyi  9-cu  kitabdır.


 

Facebook Twitter WhatsApp Çap et Email LinkedIn VK
OXŞAR XƏBƏRLƏR
Tarixşünaslıq-Türkcülük / Xəbərlər / Monoqrafiyalar

“Avesta memarlıq abidəsi: “Keşişçi dağ” məbəd kompleksi” – YENİ KİTAB

24-04-2022, 14:50
Tarixşünaslıq-Türkcülük / Xəbərlər / Monoqrafiyalar

Dərəşam: Oğuz-Türk məzarlığı – kitab çapdan çıxdı

21-10-2020, 01:13
Tarixşünaslıq-Türkcülük / Xəbərlər / Monoqrafiyalar

“Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” kitabı üç dildə çapdan çıxıb

26-08-2020, 01:15
Tarixşünaslıq-Türkcülük / Xəbərlər / Monoqrafiyalar

Daşnak – bolşevik terrorunun ideoloqları Stepan Şaumyan, Anastas Mikoyan - YENİ KİTAB

29-07-2020, 01:16
Ömür yolu / Xəbərlər

Qırx mərasimi ilə üst-üstə düşən ad günü

23-04-2022, 03:35
Sosial Şəbəkədə
FacebookSəhifəmizi bəyənin
TwitterBizi izlə
InstagramBizi izlə
YoutubeKanalımıza abunə olun
  • SİTAT
  • BARƏSİNDƏ

Erməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB

23-05-2025, 13:33

Azərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində

10-10-2023, 14:11

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

12-06-2023, 11:24

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda

8-06-2023, 15:25

Erməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB

23-05-2025, 13:33

Azərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində

10-10-2023, 14:11

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

12-06-2023, 11:24

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda

8-06-2023, 15:25
  • boyuk
WordPress Image Carousel
  • 26
  • 24 aprel mitinqi 1992
  • 3 (2)
  • Слайд68
  • Слайд89
  • Слайд81
  • Слайд82
  • Слайд76
  • Слайд57
  • Слайд10
  • 3
  • Слайд58
  • Слайд299
  • 9
  • 4
  • 10
  • 128
  • Слайд12
  • 127
  • 1
  • 03.02.91
  • 5-1960 aprel 05
WordPress Image Carousel
MERIMAG
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.

# TEQLƏR

Ajdar Ismayilov PROFESSOR Tağıoğlunun İsmayılovun Əjdər
© Copyright 2014-2025. Bütün hüquqlar qorunur.
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə