Skip to content
AJDAR ISMAYILOV
  
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə
  • ÖMÜR YOLU
  • ÖZƏL
  • CAVİDŞÜNASLIQ
  • TARİXŞÜNASLIQ-TÜRKCÜLÜK
  • İCTİMAİ SİYASİ FƏALİYYƏTİ
  • HAQQINDA DEYİLƏNLƏR
  • Digər
    • MONOQRAFİYALARI
    • XARİCDƏ NƏŞRLƏR
    • MÜRACİƏTLƏRİ
    • MÜSAHİBƏLƏRİ
    • PUBLİSİSTİKA
    • BARƏSİNDƏ
    • SİTATLAR
    • VİDEO
    • FOTO
Xəbərlər
23-05-2025, 13:33TErməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB10-10-2023, 14:11TAzərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində7-07-2023, 17:10TTürkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur12-06-2023, 11:24TProfessor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR8-06-2023, 15:25TProfessor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda23-04-2023, 15:31TTuran adam! – professor Əjdər Tağıoğlu – 8515-04-2023, 11:31TYAP Mərrkəzi Aparatında professor Əjdər İsmayılovun anadan olmasının 85-ci il dönümünə həsr olunan konfrans keçirilib13-03-2023, 16:30TErməni tarixinin atasına “od vuran” alim – Əjdər İSMAYILOV28-04-2022, 14:54TProfessor - Züleyxa Nadir yazır24-04-2022, 14:50T“Avesta memarlıq abidəsi: “Keşişçi dağ” məbəd kompleksi” – YENİ KİTAB
AJDAR ISMAYILOV
AJDAR ISMAYILOV
  • ÖMÜR YOLU
  • ÖZƏL
  • CAVİDŞÜNASLIQ
  • TARİXŞÜNASLIQ-TÜRKCÜLÜK
  • İCTİMAİ SİYASİ FƏALİYYƏTİ
  • HAQQINDA DEYİLƏNLƏR
  • MÜSAHİBƏ VƏ BARƏSİNDƏ
  • MONOQRAFİYALARI
  • XARİCDƏ NƏŞRLƏR
  • MÜRACİƏTLƏRİ
  • REPORTOJLARI
  • PUBLİSİSTİKA
  • SİTATLAR
  • VİDEO
  • FOTO
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə
AJDAR ISMAYILOV
  Xəbərlər / Müraciətləri / Xaricdə nəşrlər  Sultan Mehmet Fatehdən Atatürkün qurucusu olduğu Cümhuriyyətə "Ayasofiya" əmanəti
Xəbərlər / Müraciətləri / Xaricdə nəşrlər

Sultan Mehmet Fatehdən Atatürkün qurucusu olduğu Cümhuriyyətə "Ayasofiya" əmanəti

18-06-2020, 15:551 039
Facebook Twitter WhatsApp Çap et Email LinkedIn VK

Qədim dünya tarixində ilk xalq yunanlardır ki, özünə böyük cahangir tarixi yazmışdır. Onlar m.ö.VIII əsrin əvvəllərində materik Yunanıstanda ayağa qalxıb, saysız qayıqlarda böyük hərbi güclə "Aralıq dənizi" hövzəsində yerləşmiş adaları ələ keçirərək Kiçik Asiya torpaqlarına soxulmuşlar. Yunanlar Anadolu torpaqlarını və "Pont dənizi" ("Qara dəniz") ətrafı əraziləri işğal etmişlər. 

Maraqlı odur ki, Avropanın da, rusların da əksər tarixçiləri müstəmləkəyə çevrilmiş bu geniş coğrafiyada yunanlara qədər möhtəşəm şəhərlər, mahallar inşa edən, üzüm və bağ plantasiyaları salan, suvarma kanalları çəkən, xüsusən heyvandarlıqla, maldarlıqla və s. əməklə məşğul olan türk tayfalarının   adlarını belə çəkmirlər. "Türk" sözündən təhlükə hiss edən belə saxta tarixçilər onları "var-var"/"bar-bar" ("vəhşi") və "yerli əhali" adlandırırlar. Müstəmləkəçi dövlətlərin əsil "var-var" siyasətini qoruyan belə tarixçi ideoloqlar niyə anlamaq istəmirlər ki, uşaq dünyaya gələndə ona ad qoyarlar.

Bəs, tarix ədəbiyyatında qeydə alınmış "yerli əhali" kimdir və onlar soy-kök mənsubiyyətinə görə hansı xalqa mənsub qədim ev sahibidir - İskitlər. 

Danılmaz tarixi həqiqət budur ki, m. ö. VIII-VI əsrlərdə işğal ərazilərində –    Anadoluda və Pont dənizi hövzəsində qədim şəhərlərin, abidələrin və sair tikililərin inşasında "yerli əhali" nəsil-nəsil   ağır, işgəncəli şəraitdə işğalçı yunanlara "möhtəşəm tarix" yazmışlar. Lakin türkün düşməni olan qərbi Avropa və rus tarixçiləri ümumtürk tarixinin bu qanlı "yunan epoxası"nı zaman-zaman gizlətmiş, nəhayət, nəsillərin yaddaşından tamamilə silmişlər. Ancaq daha sonrakı dövrlərdən bəhs edən bəzi tarix ədəbiyyatında "yerli əhali" ilə – türklərlə yunanların ayrı-ayrı şəhərləri arasında olan sıx ticarət əlaqələrindən danışılır. Yaranmış bu münasibətlərin davamlı olması yunanlarda sədaqət, səmimiyyət olmasa da, onları, hətta yaxın hərbi müttəfiqə çevirmişdi. Bu baxımdan yalnız iki tarixi faktı xatırlatmaq kifayətdir. 

Makedoniyalı Aleksandr Friqiya valisi ordu komandanı Zopirionu m. ö. 331-330 ildə 30 minlik ordu ilə "Pont dənizi" ətrafı yunan şəhərlərinə və İskit tayfalarına qarşı döyüşə yollamışdı. 

Yunan şəhəri Olviyanı ("Pont dənizi"nin şimal qərbində, daha sonralar slavyanların gəlişi ilə "Rus çölləri" adlandırılan "Herodot Skifiyası"nda – Kıpçaq çöllərində) ələ keçirməyə çalışan Zopirionaya qarşı şəhər əhalisi makedoniyalılar   ciddi müqavimət göstərsələr də, köməyə gələn İskit tayfaları  düşmən   ordusunu darmadağın edir. 

Başqa bir tarixi fakt. M.ö. IV əsrin sonunda "Bospor çarı" Perisadın ölümündən sonra onun oğlanları Evmellə Satir arasında hakimiyyət  uğrunda qanlı döyüşlər başlayır. Vəliəhd Satirə 2 min yunan və 2 min də frakiyalılardan ibarət pulla tutulmuş muzdlu əsgər deyil, "Bospor çarlığı"nın tərkibində olan İskit tayfalarından ibarət 30 min müttəfiq döyüşçü   tarixi qələbə qazandırmışdı.  

 Deyilənlər sübut edr ki, Anadolu torpaqlarında və Pont dənizi hövzəsi ətrafında istər işğalçı yunan imperatorlarının, istərsə də Roma cahangirlərinin dövründə geniş şəhərlərin salınmasında, möhtəşəm sarayların və abidələrin ucaldılmasında, onları bəzəyən memarlıq və heykəltaraşlıq incilərinin yaradılmasında müstəsna əməyi olmuş "yerli əhali"ni – türkləri unutmaq tarixi ədalətsizlikdi. Çünki işğalçı avropalı cahangirlər ayrı-ayrı epoxalarda Dədə türkün qara torpaqları üstündə ucaldılan bu abidələri inşa etdirdikləri dövrlərdə nə materik Yunanıstanda yaşayan yunanları, nə də Romada yaşayan romalıları sürüb gətirib, onların gücündən istifadə etmişlər. Hər bir möhtəşəm tikilinin minlərlə qulun – "yerli əhali"nin həyatı bahasına başa çatması danılmaz tarixdir. Bu baxımdan tarixən türk torpaqlarında gözləri olmuş yunanlı cahangirlərin bugünkü yeni millətçi törəmələri tərəfindən "Ayasofiya" ətrafında boş-boşuna, əsassız hay-küy qaldırmalarını tarix heç bir zaman bağışlamaz! Çünki qiymətli türk sənət admları tərəfindən zəngin memarlıq üslubu ilə bəzədilmiş bugünkü "Ayasofiya" məbədi öz möhtəşəmliyi və əzəmətilə nə yunanların dövründəki  yoxsul simalı kilsədir, nə də  Roma imperatoru Böyük Konstantinin dövründə bərpa edilmiş ibadət   yeridir. 

Bu gün İstanbul Avropanın mərkəzidir, "Ayasofiya" abidəsi də onun incisidir! Bu tarix türkün şərəf tarixidir. Bunu kimsə unutmamalıdır! Çünki işğalçı avropalılar tərəfindən əsrlərlə qanı Vətən torpağına axıdılan da türkdür, qəddar düşmənin minilliklərdən gələn qanlı tarixinə qılıncla son nöqtəni qoyan da türkdür. 

Bu tarixə aydınlıq gətirmək üçün XI əsrdə Malazgird altında Səlcuq sultanı Alp Arslanla bizans imperatoru Roman IV Dioqen arasında baş vermiş hadisəni xatırlamaq kifayətdir.

Tarix xəbər verir ki, Alp Arslanın komandanlığı altında olan Türkmən oğuzlarının sayından Dioqen bizanslardan başqa, dəfələrlə artıq "yerli əhali" adlandırdıqları İskit tayfalarından ibarət muzdlu döyüşçü toplamışdı. Vəziyyət çox ciddi idi. Alp Arslanın komandası ilə hücuma keçən türklərin düşmənin canına qorxu salan "Allah, Allah" nərəsi ölüm-dirim döyüşündə vəziyyəti tam dəyişdi. Bizans ordusunun sağ və sol cinahlarında dayanmış İskit komandaları qarşıda dil, qan və din qardaşlarının dayandığını gördülər və Alp Arslanın tərəfinə keçdilər. Bu qələbə tarixi bir həqiqəti təsdiq etdi: hər bir türk istər Şərqdə, istərsə də Qərbdə hər hansı adda yaşamışsa-yaşasın, özünü "Allahın Türk ordusu"nun Mahmud Kaşğari məğlubedilməz döyüşçüsü hesab etmişdir. Bu tarixi qardaş birliyi sayəsində Alp Arslan 26 avqust 1071-ci ildə bizansların mühüm sərhəd qalasını – Şərqi Bizansda Malazgird qala şəhərini  ələ keçirdi və bununla da Səlcuq dövlətinin əsasını qoymuş oldu. 

   Alp Arslan bu döyüşdə ağır yaralanmış Bizans imperatoru Roman IV Dioqeni əsir götürdü. Roman IV Dioqen həyatının bağışlanması üçün bizansların vaxtilə işğal etdikləri qədimdən "yerli əhaliyə" – türk tayfalarına məxsus olan işğal torpaqları sultana Dədə mirası olaraq geriyə qaytarmaq məcburiyyətində qaldı. 

   Alp Arslanın sərkərdəliyi altında tarixin ayrı-ayrı çağlarında əvvəlcə işğalçı yunanların, sonra bizansların zülmü altında əsrlərlə yaşamağa məcbur edilmiş dili bir, qanı bir, canı bir olan qardaşlarının ata-baba yurdlarını qəddar düşməndən təmizləyən Səlcuqların bu Müqəddəs Zəfəri türklərin Konstantinopola gedən yolunu açmış oldu.

    Alman tarixçisi Qelmserin Malazgird döyüşlərini "Böyük Bizans imperiyasının ölümü" adlandırması təsadüfi deyildir.

Qısa dediklərimiz bir daha sübut edir ki, Böyük Köçlə Türkmən ellərindən ("Bia" adında Altay türkləri də tarixin bir çağında Kiçik Asiyaya gəlmiş indiki "Van" gölü (əslində "Bia" gölü) ətrafında m.ö. IX-VI əsrlərədək üçyüzillik qədim Şərqin qüdrətli "Biaini" çarlığını yaratmışlar) gələn Səlcuq tayfaları əsrlərlə avropalı cahangirlərin hərbi işğal bölgəsi olmuş Anadolu torpaqlarını azad etmiş, Dədə varisi olaraq, orada yerləşmişlər. Tarixi ədalətin öz yerini tutması baxımından Sultan Mehmet "Pont dənizi"nin Asiya sahillərindən güclü bir ordu ilə Avropa sahillərində yerləşən Konstantinopol (indiki İstanbul) şəhərinə daxil olması hadisəsi türk sərkərdəsinin kimsənin ata-baba torpağını işğal edən cahangir deyildir, əksinə o, əsrlərlə qəddar düşmənin tapdağı altında qalmış Dədə torpaqlarını  azad etmiş tarixi fatehdir!

Sultan Mehmet Fatehdən Böyük Atatürkün banisi olduğu Türkiyə Cümhuriyyətinə əmanət qalmış “Ayasofiya" məbədindən mömin qardaşlarımızın, bacılarımızın Cami kimi istifadə etmələri beynəlxalq hüquq və demokratik əsaslara söykənir.

 

                                                                                                                                 Pr.Dr Əjdər TAĞIOĞLU, Turan Araşdırma Mərkəzi-nin sədri                                                 18.06. 2020-ci il

Facebook Twitter WhatsApp Çap et Email LinkedIn VK
OXŞAR XƏBƏRLƏR
Monoqrafiyalar

Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” yeni nəşrdə

23-10-2019, 01:18
İctimai siyasi fəaliyyəti / Xəbərlər / Müraciətləri

Bayrağını bayrağımın yanına sanc, QARDAŞ!!! - Azərbaycan Türkünün tarixi çağırışı

4-08-2020, 12:26
Xəbərlər / Müraciətləri / Xaricdə nəşrlər

Fatih Sultan Mehmet'ten Atatürk tarafından kurulan Cumhuriyet'e "Ayasofya" emaneti...

8-06-2020, 15:42
Barəsində / Xəbərlər

Azərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində

10-10-2023, 14:11
İctimai siyasi fəaliyyəti / Tarixşünaslıq-Türkcülük / Xəbərlər / Müraciətləri

Hayların Ön Qafqazda rus imperiya tarixi- "Arsak/Artsax" toponiminin etnomənsubiyyəti

23-09-2020, 01:14
Xəbərlər / Müraciətləri / Publisistika

Azərbaycan ordusunun dünya hərb tarixinə yazdığı 44 günlük ilk əfsanəvi tarix

10-11-2020, 04:02
Sosial Şəbəkədə
FacebookSəhifəmizi bəyənin
TwitterBizi izlə
InstagramBizi izlə
YoutubeKanalımıza abunə olun
  • SİTAT
  • BARƏSİNDƏ

Erməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB

23-05-2025, 13:33

Azərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində

10-10-2023, 14:11

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

12-06-2023, 11:24

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda

8-06-2023, 15:25

Erməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB

23-05-2025, 13:33

Azərbaycan dövlətçiliyinin tarixi ümumtürk konteksində

10-10-2023, 14:11

Türkoloq alim Əjdər İsmayılovun 85 illiyinə həsr olunan "Dövləti qoruyun" adlı elmi praktik konfrans keçirilib - Şərur

7-07-2023, 17:10

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

12-06-2023, 11:24

Professor Əjdər İsmayılovun 85 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - AMEAda

8-06-2023, 15:25
  • boyuk
WordPress Image Carousel
  • 26
  • 24 aprel mitinqi 1992
  • 3 (2)
  • Слайд68
  • Слайд89
  • Слайд81
  • Слайд82
  • Слайд76
  • Слайд57
  • Слайд10
  • 3
  • Слайд58
  • Слайд299
  • 9
  • 4
  • 10
  • 128
  • Слайд12
  • 127
  • 1
  • 03.02.91
  • 5-1960 aprel 05
WordPress Image Carousel
MERIMAG
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.

# TEQLƏR

Ajdar Ismayilov PROFESSOR Tağıoğlunun İsmayılovun Əjdər
© Copyright 2014-2025. Bütün hüquqlar qorunur.
  • Ana səhifə
  • Haqqında
  • Əlaqə