"Turan Araşdırma Mərkəzi"(TAM)ictimai birliyinin sədri, cavidşünas alim, filoloq, tarixçi, türkoloq, professor Əjdər İsmayılov COVİD-19 virusuna yoluxub. Bu barədə Milli Məclisin deputatı, komitə sədri, Yeni Azərbaycan Partiyasının qurucu fəal üzvü, texniki elmlər namizədi Sadiq Qurbanov öz feysbuk səhifəsində YAP üzvlərinə və sosial şəbəkə istifadəçilərinə müraciətlə bildirib.Millət vəkili paylaşımında məşhur "91-lər"dən və YAP-ın ən fəal yaradıcılarından biri, filologiya elmləri doktoru Əjdər İsmayılovun …
Continue Reading→Kateqoriya: Xəbərlər
SÜBUTLARA SÖYKƏNƏN TARİXİMİZ
“Turan Araşdırma Mərkəzi” İB-nin sədri, professor hörmətli Əjdər Tağıoğlunun hər sətri qızıl hərflərlə yazılmış, sanballı tarixi qaynaqlara söykənmiş “Azərbaycan ordusunun dünya hərb tarixinə yazdığı 44 günlük ilk əfsanəvi tarix!” adlı əvəzsiz yazısını dəfələrlə oxudum. Yazıda Azərbaycan türklərinin tarixən ön Qafqazda yaşamaları, buranın aborigen xalqı olmasını, bu coğrafi məkanda yaratdıqları dövlətlər, zəngin mədəniyyət barədə tarixi dəlillər əsasında, antik müəlliflərə, ən əsası da…
Continue Reading→Azərbaycan ordusunun dünya hərb tarixinə yazdığı 44 günlük ilk əfsanəvi tarix
Professor Əjdər Tağıoğlu, “Turan Araşdırma Mərkəzi” İB-nin sədri. Düşmən üzərində müzəffər ordumuzun çaldığı şanlı tarixi qələbə Vahid Azərbaycanı iki hissəyə parçalamış qəddar rus imperiyasının 200 illik işğal tarixinə vurduğu ilk ağır zərbədir!.. Bu, Ali Baş Komandanımız İlham Heydəroğlunun ona atasından miras qalmış səbr, təmkin və zamanı qabaqlayacaq böyük müdrikliklə tarixən yarıdilənçi olmuş köçgün ermənilərə deyil, onların simasında 1990-cı illərdə "Qanlı…
Continue Reading→BİZ BÖYÜK TURAN YOLUNDAYIQ – Tanınmış professordan prezidentə müraciət
Tanınmış professor, Turan Araşdırma Mərkəzi İB-nin sədri, ümummilli lider Heydər Əliyevin sadiq silahdaş və siyasi sirdaşlarından olan, 91-lərdən Əjdər İsmayılov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət edib. Həmin müraciəti təqdim edirik: Əziz Prezidentimiz, RƏŞADƏTLİ Ali Baş Komandanımız İlham Heydəroğlu! İşğal olunmuş torpaqlarımızın, xüsusilə Azərbaycanın baş tacı sayılan Şuşanın azad olunması münasibətilə Sizin şəxsinizdə Azərbaycan xalqını və Müzəffər…
Continue Reading→DƏRƏŞAM: OGUZ-TÜRK MƏZARLIĞI – KİTABI ÇAPDAN ÇIXDI
Tanınmış ictimai-siyasi xadim, filoloq, tarixçi, türkoloq, kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək erməni “tarixşünaslığına” sarsıdıcı elmi zərbələr endirən Turan Araşdırma Mərkəzi İB-nin sədri, professor Əjdər Tağıoğlunun (İsmayılovun) növbəti elmi əsəri -“DƏRƏŞAM: OGUZ-TÜRK MƏZARLIĞI” adlı kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Kitab Azərbaycan dili, Anadolu türkcəsi və rus dillərində nəşr olunub.…
Continue Reading→“NAXÇIVAN TOPONİMİNİN ETNOTARİXİ ƏFSANƏLƏR QƏDƏR QƏDİMDİR” KİTABI ÜÇ DİLDƏ ÇAPDAN ÇIXIB
Tanınmış ictimai-siyasi xadim, filoloq, tarixçi, türkoloq, ardıcıl olaraq kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək erməni “tarixşünaslığına” sarsıdıcı elmi zərbələr endirən Turan Araşdırma Mərkəzi İB-nin sədri, professor Əjdər Tağıoğlunun (İsmayılovun) növbəti elmi əsəri – “Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” adlı kitabı üç dildə, anadolu türkcəsi, rus və erməni dillərində çapdan…
Continue Reading→NÖVBƏTİ ERMƏNİ XƏYANƏTİNİN İFŞASI
Turan Araşdırma Mərkəzi İctimai Birliyinin sədri, filoloq-tarixçi, ictimai-siyasi xadim, türkçü alim professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Daşnak – bolşevik terrorunun ideoloqları: Stepan Şaumyan, Anastas Mikoyan… “adlı kitabı çapdan çıxıb. Kitab “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr olunub. Hələ ötən əsrin 80-cı illərinin sonunda əldə etdiyi məxfi arxiv sənədlərinə əsaslanan müəllif kitabda erməni satqınılığının növbəti tarixi səhifəsini ifşa etmişdir. Belə ki, bu…
Continue Reading→YAXŞI Kİ VARSAN,YAXŞI Kİ,SƏNİN OĞLUNAM.. – ATAM ƏJDƏR İSMAYILOVUN DOĞUM GÜNÜNƏCAVİD İSMAYIL YAZIR
Cavid İSMAYIL. Gözümü açandan milli kimliyə bağlılığı, Vətənə sevgini, Azadlıq ruhunu səndən öyrəndim. Hələ sovetlər dönəmində Şərurdakı evimizdə sənin iş otağında divara bir xalça asılmışdı. O xalçanın yuxarı başında iki böyük portret yerləşdirilmişdi. İkisi də hərbi geyimdə. Soruşanda kimdi bunlar? Deyirdin ağamdır. Sənin baban! Atam! Evimizə gələn qohumlar da həmin portretlərin erməni daşnaklarına qarşı Şərur-Dərələyəz istiqamətində həmkəndlilərindən təşkil etdiyi partizan…
Continue Reading→Tanınmış professordan erməni nazirə sərt cavab
Qarabağda türk qanı içib quduzlaşaraq yırtıcılaşmış M.S.Qorbaçovun əmrilə rus ordusunun hərbi texnikası və canlı qüvvəsi tərəfindən aparılan döyüş əməliyyatlarında yazılmış "Qanlı Qarabağ tarixi"ndən qürrələnən, işğalçı ordunun daim arxasında dayanacağına inanan "dişi şirəyə batmış" başıpozuq erməni hərbçilərinin, xüsusən cahil yeni müdafiə naziri David Tonoyan Araz və Kürün qovuşduğu ərazilərədək "yeni torpaqlar" işğal edəcəyi barədə verdiyi sərsəm bəyanat kilsənin tərtib etdiyi "Böyük…
Continue Reading→Əjdər Tağıoğlunun erməni tarixşünaslığı nın şah damarını kəsən əsəri – İstanbulda nəşr edildi
Bu günlərdə Türkiyədə Doğu Kütüphanesi (İstanbul) nəşriyyatında Turan Araşdırma Mərkəzi ib-nin sədri, filoloq-tarixçi, içtimai-siyasi xadim, türkçü alim professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından erməni “tarixşünaslığı”nın şah damarını kəsən əsəri, “Moisey Xorenatsi anonim keşiş müəllifdir” adında kitabı anadolu türkçəsində “Sahte ermeni tarihi ve sahte keşiş yazar Movses Horenatsi”…
Continue Reading→