Bu əsər çoxdan yazılmalı idi. Əslində, onun indi iki yox, 300 illik yaşı olmalı idi. O gündən ki erməni kilsəsi, erməni keşişləri özlərinin tarixi «işgil» adını üstlərindən götürməyə çalışıb, o zaman ki ermənilər olmaya-olmaya özlərinə tarixi «vətən», «Böyük Armeniya», saxta tarix kitabları yaratmağa başlayıblar, bu kitab və bu cür kitablar o zamandan meydana çıxmalı idi.
Çox gecdir, ermənilər keçən 300 ilin müddətində uydurduqları tarixi hadisələr barədə qəsdən dolaşdırılmış halda, ziddiyyətli şəkildə o qədər yazılar meydana çıxarıblar ki, az qala, bütün uydurduqlarını həqiqətə çeviriblər, tarixdən xəbərsizləri inandırmaq dərəcəsinə gətiriblər.
Amma yenə çox böyük hadisədir: axır ki türkün bir oğlu tapıldı və 300 illik erməni mifini vurub dağıtdı, puça çıxartdı. Bu, filologiya elmləri doktoru, professor Əjdər Tağı oğlu İsmayılovun çox böyük zəhmətin nəticəsində meydana gətirdiyi «Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları» (Bakı, «Nurlan», 2006) adlı 42 çap vərəqi həcmində kitabıdır.
Kitabdan aydın olur ki, erməni irtica maşınının tarixi o qədər də cavan deyil – XVIII əsrin əvvəllərindən başlayıb və iki əsas mərkəzdən idarə olunub. Mərkəzlərdən biri 1717-ci ildə Venetsiya yaxınlığındakı Müqəddəs Lazar adasında inşa edilmiş katolik kilsəsində yaradılmış mxitaristlər dərnəyi olmuş, o birinin əsası həmin əsrin əvvəllərində Moskvada yaradılmış Musin-Puşkin məktəbində qoyulmuşdur. Mxitaristlərin əsas məqsədi Şərq rəvayətlərini erməni tarixinə uyğunlaşdırmaq, qədim türk torpaqlarını «Böyük Armeniya» əraziləri kimi təqdim etmək və ermənilərə «tarix yaratmaq» olmuşdur. Bunun üçün onlar ilk növbədə Van gölü ətrafındakı qədim türk ərazilərindən, biy adlı türk tayfa torpaqlarından – Biainidən başlamışlar. Venetsiya erməni kilsəsi mümkün olan və olmayan hər cür saxtakarlığa əl atmışlar,
Tarixdən məlumdur ki, bir vaxtlar (e.ə. 2-ci əsr) Selevkilər dövləti zəiflədikdə, III Antioxun məğlubiyyətindən sonra Suriya tərkibində olan kiçik Arme (Supria) vilayəti müstəqil çarlığı çevrilmişdir Venetsiya kilsə xadimləri 2000 il sonra Arme sözündən yapışaraq, təsadüfi oxşarlıq əsasında bu vilayəti tarixən heç bir yurdu-yuvası olmayan ermənilərin «baba yurdu» kimi qələmə vermiş, saysız yazılar çap edərək, çox böyük sürətlə ermənilərə dəxli olmayan «Arme» sözünü «Armeniya» şəklinə salmışlar.
Maday əsilli Artaksid (Atropatena əsilzadəsi) Atropatena torpaqlarını birləşdirərək 200 illik Artaksias sülaləsinin əsasını qoymuşdur. Erməni katolik kilsəsi Artaksiasın şərəfinə nəğmə və rəvayətləri erməniləşdirərək, Artaksiası Artaşes adı ilə erməni çarı kimi qələmə vermiş, uydurma «Böyük Armeniya» mifi yaratmışlar. Düzəltdikləri saxta xəritəyə əsasən onların bu uydurma çarlığı Kiçik Asiyanın şərq əyalətlərindən Göyçə gölünün şərqinədək uzanıb gedir.
1811-ci ildə mxitaristlər Venada yeni mərkəz yaradır, xristianlığa qədərki erməni tarixinə dair uydurma yazılarla dolu aylıq jurnal buraxır və bu dövrdə «Böyük Armeniya»nın – uydurma «Arşakidlər sülaləsi»nin «əsasını qoyurlar». Albaniyanın beş əsrlik Arşakilər sülaləsinin Bərdədə yerləşən Arşaki valisini «ermənilərin çar babası» kimi təqdim edirlər. Mesopotamiyanın şimalından başlayaraq, Xəzərədək olan geniş sahənin inzibati xəritəsini cızıb, üzərində iri qara hərflərlə «Böyük Armeniya» sözlərini yazırlar. Beləliklə, heç bir arxeoloji, linqvistik materiala əsaslanmadan türk yurdu üzərində bu sözləri yazaraq saxta tarixçilərin əlinə uydurma material verirlər. Ən böyük yaramazlıq isə ondan ibarət olmuşdur ki, başqa ölkələrin qədim alimlərinin əsərlərinin tərcüməsi zamanı əsərə «Armeniya» barədə çoxsaylı uydurma əlavələr daxil etmiş, qədim əsərləri saxtalaşdırmış, korlamış və bəşər tarixini dolaşdırmışlar.
Budur, Moisey Xorenski adına yazılan «Arrmeniya tarixi»ndə iki erməni çarı haqqında danışılır: onlardan biri «Atarpatena əsilzadəsi», «Maday nəsilli» Artaşes, o biri Parf (Parfiya) əsilli «Artaşes Arşakuni» adlanır və sual verən yoxdur ki, Maday-Atarpatena və türk-Parf əsilli bu adamlar və bunların ölkəsi necə erməni çarı və erməni ölkəsi ola bilər?
Ə.İsmayılov yazır: «Qoyun dərisinə bürünmüş xristian qardaşlarının quzu kimi mələrtisindən kövrəlmiş Avropa tarixçiləri öz alim-insan vicdanlarına xəyanət edərək, düşünmək belə istəməmişlər ki, bəşər tarixinin heç bir dövründə erməni xalqının «Armeniya» adında nəinki «böyük», nəinki «kiçik», hətta çöçələ barmağım boyda «dövləti» mövcud olmamışdır».
Ermənilər bu cür uydurmalarla kifayətlənməyərək, atəşgahlardakı türk mənəvi mədəniyyətini mənimsəmiş, mifoloji hadisələri özlərinə uyğunlaşdırmış və ya məhv etmişlər. Bu sahədə Kilikiya və Venetsiya keşişləri aparıcı rol oynamışlar: «Əlimizdə olan sənədlərdən təkzibedilməz bir həqiqət aşkar olur ki, XIX əsrin əvvəllərindən başlayaraq günümüzə qədər dünya erməni diasporunun ümumtürk tarixinə, xüsusən onun ayrılmaz tərkib hissəsi olan Osmanlı və Azərbaycan türklərinə qarşı yeni dövr Səlib yürüşünün təşkilində Kilikiya və Venetsiya keşişlərinin hazırladıqları mifik «Böyük Armeniya» ideoloji irtica maşınının xidmətləri ağlasığmazdır».
Ermənilərin tarixi məqsədlərindən biri hələ vaxtilə – rus qardaşlarından əvvəl erməni xisləti ilə ərəblərin gəlişindən istifadə etməklə Azərbaycan türk torpağında özlərinə «vətən» yaratmaq olmuş və bu arzularını tədricən bizim torpaqlar hesabına həyata keçirmişlər də. Qələbə üçün işğalçılara daim yardımçı olmuşlar. Babəki bu yolla ələ vermişlər. Bu məqsədlə onlar yalnız kahinlərin deyil, «çarların da qayğı ilə qoruduqları» Azərbaycan atəşgahlarındakı mənəvi mədəniyyəti, tarixi sənədləri qarət edib Kilikiyaya daşımışlar. Erməni kilsələrindən başqa, heç yerdə olmayan «Böyük Armeniya» xəritəsi cızıb, cənubi Azərbaycan torpaqlarından şimalda Voronej şəhərinə qədər bütün əraziləri «Armeniya» adlandırmış və bu «Armeniya»ları I Armeniya, II Armeniya, III Armeniya, IV Armeniya kimi neçə «Armeniya»ya ayırmışlar. Bunlar dəlinin qeydlərinə bənzəyir. Və bu yolda «…yerli türk əhalisinə qarşı qətl və qarət, terror və təxribat mübarizəsi aparmışlar». Osmanlı imperiyasının zəiflədiyi günlərdə fürsətdən istifadə edərək ingilis, fransız və rus xristian qardaşlarına sığınaraq, Kiçik Asiyada və Qafqazda onlara vaxtilə yer və çörək vermiş türkləri süngü və qılıncdan keçirmiş, onların vətəninin mühüm bir hissəsinə sahib olmuşlar. Qərbi Azərbaycan torpaqlarında 350 min Azərbaycan türkünü çıxaracaqları ərəfədə ermənilərin katalikosu Vazgenin iştahası daha da çoxalmışdır. 12 iyun 1988-ci ildə onun dedikləri:
«…Nə gizlədək, torpaqlarımızın – Böyük Armeniya torpaqlarının hələ heç də hamısı öz əlimizdə deyildir; lakin vaxt gələcək biz onları alacaq və məskunlaşdıracağıq! Bu vaxt o qədər də uzaqda deyil…
Ey övladlarım, sakitcə, səs-küy qoparmadan doğma torpaqda qohumlarınıza da ev-eşik alın, yerli sakinləri yola gətirin köçüb getsinlər, münbit torpaqları ələ keçirin, kök salın, millətimizdə olan kadrların çoxalmasına mümkün qədər kömək edin. Rəhbər vəzifələr tutun, allah bunun üçün sizdən ağıl əsirgəməmişdir. Böyük Armeniyanın böyüklüyünü yalnız bu yolla qaytarmaq olar».
Bu cür irticaçı siyasətin başlanğıcı XVII əsrdəndir. Onlar türk torpaqları hesabına «Armeniya» torpaqları «müəyyən etmək» və saxta «Armeniya tarixi» yaratmaq üçün 300 ildir ki, xristian muzdlu alim kölələrdən istifadə edirlər. Nəticədə, V əsrə aid Moisey Xorenski adına «Armeniya tarixi», 1919-cu ildə C.Morqanın qələmi ilə «Erməni xalqının tarixi» kitablarını meydana çıxarmışlar Morqan «Böyük Armeniya ilə əlaqədar bircə kitab belə xatırlamıram» desə də, heç bir tarixi, arxeoloji mənbəyə əsaslanmadan belə bir kitab yaza bilmişdir. Xristian keşişlər «Fransız xalqı erməni tarixinə dair kitabı hökmən almalıdır» devizi ilə yazılmış bu kitabı türk xalqının, qonşu xalqların tarixinin saxtalaşdırılması və erməniləşdirilməsi yolu ilə yaratmağa nail olmuşlar. Atəşgahların kitabxana və arxivlərindən ələ keçirilmiş mifoloji və filoloji ədəbiyyat tərcümə edilərkən saxtalaşdırılaraq erməni tarixi üçün «mənbəyə» çevrilmiş, bu yolla muzdlu tarixçilərin əlinə uydurma «sənədlər» vermişlər. Keçmişi olmayan, vətəni olmayan pərakəndə səllimi kiçik bir icmanın «Böyük Armeniya» «dövləti» belə yaradılmışdır. Morqan özü etiraf etdiyi halda ki, onun tarixi elmi tarixdən tələb edilən amilin heç birinə söykənmir, onu Avropada klassik erməni tarixçisi kimi şöhrətləndirmişlər.
Morqan özü nə qədər gizlətmək istəsə də, erməni kilsəsinin saxtalaşdırma siyasətinin üstündən keçə bilməmiş və yazmışdır: «Biz görürük ki, erməni tarixçiləri və ruhani şəxslər öz milli köklərini Müqəddəs Kitabla əlaqələndirmək, Ayk (Hayk) xalqına yaxınlaşmaq məqsədilə rəvayət və mənbələri dolaşıq salmağa çalışırlar». Açıq şəkildə etiraf etmişdir ki, özlərini dini ədəbiyyatdan gələn mifik Ayk (Hayk) nəslinə bağlamaq üçün darixi sənədlər üzərində əməliyyat aparmışlar. Hətta «Bibliya»nın tərcüməsi zamanı Müqəddəs Kitaba ermənilər və onların «babası Hayk» barədə saxta məlumatlar daxil etmişlər. Əslində isə tədqiqatlar göstərir ki, Müqəddəs Kitabın ermənicəyə tərcüməsinə qədər (887-ci il) ermənilər haqqında məlumata heç bir mənbədə təsadüf edilmir.
Erməni kilsəsi fransız alimi C.Morqandan sonra alman alimi O.Mommseni də belə bir saxtakarlığa məcbur etmiş və o, böyük tarixi dolaşıqlıqlara səbəb olan bir əsər yazmışdır.
Uydurmaları artıra-artıra ermənilər tədricən öz tarixlərini Mesopotamiya əfsanəsinin erməniləşdirilmiş mifik qəhrəmanı Haykın tarixinə aparıb çıxarmışlar.
Bəs bu uydurma Haykdan əvvəl ermənilər kim olmuşlar?
Onlar bunu pərdələyə bilmirlər. Çünki yunanlar onların tarixi kimliyini bildirən elə bir ad veriblər ki, o ad ermənilər mövcud olduqca yaşayacaqdır. Ona görə ki bu ad onların xarakterlərinə çox müvafiqdir. Bundan (Haykdan) əvvəlki dövrdə qonşular onları yunanların onlara verdikləri adla tanımışlar: «İşgil», yəni «səllimi itlər» adı ilə. Bu cəhəti XVI əsrin erməni əsilli polşalı yepiskopu Simeon Lehatsi də təsdiq etmişdir.
Nəsli adı olmayan bu millət bir vaxtlar uydurduqları «Hay» adı ilə yanaşı, sonralar «armyan» adı da uydurmuşar. Erməni alimi Qaraqaşyan özü bunların uydurma olduğunu etiraf edir: «Ermənilərin keçmişi haqqında istər tarix, istərsə də rəvayət hesab edilsin, heç bir məlumata malik deyilik. Xristianlığın qəbulundan sonra Aykın Noyla qohumluğu uyduruldu. Qəbul edildi ki, o, Noyun oğlu Yafəsin nəvələrindən olan Torqomun nəslindəndir». Akademik N.Y.Marr da xristianlığa qədər ermənilərin millət adının olmadığını qeyd etmişdir.
Yadlar qapısının sadiq köpəkləri sayılan bu toplumu ingilis, fransız və rus xristian qardaşları himayə edərək əvvəlcə ideoloji cəhətdən hazırlamış, sonra silahla təmin edərək türk torpaqları hesabına onlara «vətən» yaratmışlar. İdeoloji mərkəzlər, dediyimiz kimi, Venetsiyada və Rus imperatorluğunda olmuşdur.
Ə.İsmayılov yenə yazır: «… erməni kilsəsi erməni ziyalıları və muzdlu xristian tarixçiləri günümüzə qədər saysız kitablarda erməni xalqına «əcdad» və «vətən» axtarmışlar və axtarırlar».
Müəllif aydın faktlarla sübut edir ki, M.Xorenski də, onun adına isnad verilən «Armeniya tarixi» də saxtakarlıq və uydurma məhsuludur. «Armeniya tarixi» erməni xalqının tarixi deyil, Şərq xalqlarının mifoloji və rəvayətlər tarixidir. Müəllif aydın yazır: «…nə M.Xorenski, nə Mar Abas Katini, nə də Maraba Mutsuratsi heç bir «tarix» əsərinin müəllifi deyildir. Onların hər üçü anonim və uydurma şəxsiyyətlərdir». «…qoca Şərq m.s. V əsrdə çağdaş erməni babalarını nə «hayk», nə də «armyan» adı ilə tanımamışdır. Bəllidir ki, milli adı olmayan naməlum etnik icmanın adına bu dövrdə hər hansı şəkildə «dövlət» düzüb qoşmaq, onların «yazı mədəniyyəti»ndən danışmaq elm deyil, cəhalətdir, nadanlıqdır». Nə qədər məntiqsizdir: erməni kilsəsi «Armeniya tarixi»ni V əsrə, «Armyan coğrafiyası»nı VII əsrə aid edir və hər ikisinin də M.Xorenskinin əsəri olduğunu iddia edir. «Heç bir mötəbər qədim, yaxud erkən orta əsr müəllifləri V əsrdə erməni dilində, erməni yazısında nə Müqəddəs Kitab tanımışlar, nə də milli Hayk mədəniyyəti».
Xorenski bəs deyilmiş kimi, erməni tarixçiləri IV əsrdə Aqafanqel adlı başqa bir erməni tarixçisi də uydurmuşlar. Amma nə üçün erməni tarixinin atası onu yox, Xorenskini saymışlar, bilinmir. Axı hər ikisini uydurmuşlar.
Müəllif Mesrop Maştots əlifbası, Mesrop yazısı və tərcüməsi barədə ziddiyyətli fikirləri qeyd edərək bu nəticəyə gəlir ki, bunlar V əsrdə yarana bilməzdi, «nə M.Xorenski, nə Mesrop Maştots, nə də erməni çar siyahısında adları gedən əksər hökmdarlar tarixi şəxsiyyətlər deyildirlər». Müqəddəs Kitabın Mesrop Maştotsa aid edilən tərcüməsi o cəhətdən də uydurmadır ki, Mesropun V əsrdə deyil, VII, VIII, IX əsrlərdə yaşadığını göstərənlər də vardır.
Y.A.Manandyanın «II Tiqran və Roma» kitabında verilmiş «II Tiqran Artaksid» konsepsiyasını tarixilik baxımından işıqlandırmaq üçün ayrı-ayrı maddi-mədəniyyət, xüsusən mifoloji və epik ədəbiyyat nümunələrinə istinad edən müəllif göstərir ki, araşdırma zamanı təkzibedilməz bir tarixi həqiqət meydana çıxdı: Artaşes də, Tiqran da «Avesta»nı ərsəyə gətirən qədim Mar/Maday/Maq tayfalarını təmsil edən Maq rapsodların Atəşgahlarda təşkil edilən böyük el şənliklərində, el mərasimlərində söylədikləri rəvayətlərin, oxuduqları nəğmələrin qəhrəmanlarıdır». Orta əsrlər erməni keşişləri yazıya alınmış Azərbaycan türklərinin qədim el ədəbiyyatının kilsədə üzünü köçürmüş, onların əsasında «Armeniya tarixi» kitabları tərtib etmişlər.
Aydın şəkildə sübut olunur ki, «Bibliya»nın ilk erməni «tərcüməsi» haqqında söhbətlər də əsassız, məntiqsiz və uydurmadır. Erməni tarixçisinin yazdığına görə, bu əsəri parfiyalı Müqəddəs Saak Suriya dilindən orta əsrlər «armyan dili»nə tərcümə edib. Əslində isə bu dövrdə nə «armyan» adda millət, nə də onun dili olub. Saak guya onu 311-ci ildə tərcümə edib, halbuki Saak 388-ci ildə, yəni «tərcüməsindən» 77 il sonra «dünyaya gəlib». «Mesrop yazısı», Bibliyanın erməni dilinə tərcüməsi və ona əlavələrlə bağlı məsələlərdə də elə erməni alimlərinin özləri qəsdən dolaşıqlıq yaratmışlar. Məqsəd aldatmaq, əsassız olsa da, belə məsələlərin olduğunu beyinlərə yeritməkdir.
Biz oxucuda ilkin təəssürat yaratmaq üçün Əjdər İsmayılovun kitabından bir neçə nümunənin izahı ilə kifayətləndik. «Ön söz»dən və on bir fəsildən ibarət olan bu əsərdə ermənilərin elmi-mənəvi əxlaqsızlığını açıb göstərən çox böyük məsələlər qələmə alınmışdır. Moisey Xorenskinin anonim keşiş «tarixçi» olması, onun adına yazılmış «Armeniya tarixi»nin Şərq xalqlarının tarixi və mifologiyasından ibarət olması, «Armeniya coğrafiyası»nın da belə saxtakarlıqla yaradıldığı, Mesrop Maştotsun anonim keşiş və onun «yaratdığı» əlifbaların uydurma olduğu, türk arşaklıların «erməniləşdirilməsi» tarixi, Maday əsilli Artaşesin və Parfiya əsilli Artaşes Arşakuninin erməniləşdirilməsi, Artaşat şəhərinin erməni paytaxtı kimi uydurulması, Tiqran Artaksidin kimliyi, «Erməni xristianlığı» uydurmaları, «Avesta» memarlıq abidələri, Rus imperatorluğunun «türksüz Qafqaz» siyasəti, Qafqazda XVI əsr ilk erməni kilsəsi və s. çox geniş və mühüm problemlər barədə həqiqətlərlə tanış olmaq üçün bu kitabı diqqətlə oxumaq vacibdir.
Əjdər Tağıoğlunun bu əsəri son dərəcə zəngin tarixi faktlar əsasında yazılmışdır. Əsər bünövrədən mərdimazar doğulmuş, ona çörək verənə nankor münasibət bəsləyən, kürəyinə xəncər soxan, bəşər daxilində qarayara sayıla bilən bu etnosun bəşər tarixini saxtalaşdırmaq, özlərinə heç bir əsası və tarixi kökü olmayan böyük «dövlətlər» yaratmaq sahəsində uydurma əməllərini sistemli şəkildə, təkzibedilməz faktlarla ortaya çıxaran ilk sanballı kitabdır. Müəllifin araşdırmaları, nəzərdən keçirdiyi elmi ədəbiyyat heyrət doğurur. Kitab çox böyük və məşəqqətli zəhmətin nəticəsidir. Bu əsər geniş tirajla çap olunmalı, rus, ingilis, fransız dillərinə çevrilməli, dünya ictimaiyyətinə çatdırılmalıdır. Yalnız bu yolla ermənilərin məkrli siyasət və fəaliyyətini dünyaya tanıtmaq, ifşa etmək mümkündür. Müəllifin beynində o qədər informasiya var və onları mətnə o qədər geniş şəkildə doldurmağa çalışmışdır ki, üslubda bəzən ağırlıq müşahidə olunur. Tərcümə prosesində onları islah etmək, bəzi təkrarları aradan qaldırmaq mümkündür.
Əsər Dövlət mükafatına layiqdir. Çünki bu əsərin müəllifi bir institutun görə bilmədiyi işi görmüşdür.
***
Hörmətli oxucu! Bunları oxudun? Mən bunları, gördüyün kimi, Əjdər İsmayılovun kitabı əsasında yazmışam. Mən erməni məkrinə, erməni fitnəkarlığına, erməni tarixinin qurama və saxta olduğuna inanmışam.
Erməni xalqı ilə bizim xalqın daban-dabana zidd olan xüsusiyyətləri var:
– Ermənilər çox ağıllı millətdir. Bilirlər ki, bu dünya beşgünlük deyil. Odur ki onlar höyür it kimi birləşərək, özlərinə tarix yaradırlar. Erməni dilini bilən də, bilməyən də, daxildəkilər də, xaricdəki ermənilər də mal qoyur, pul qoyur, bu işə kömək edir. Nəticədə dünyaya çatdırıblar ki, onların ulu tarixləri var – tarixləri gedib Nuh peyğəmbərə çatır, Yafəsin nəvələrindən olan Hayk onların ulu babalarıdır. Aləmə car çəkirlər ki, eradan əvvəl onların «Böyük Armeniya» adlı ölkəsi olub, böyük vətənləri olub. Aləmə car çəkiblər ki, onların IV əsrdə tarixçiləri olub, V əsrdə Moisey Xorenski kimi tarixçiləri, «Armeniya tarixi» kimi əsərləri olub, bu dövrdə ermənilər Bibliyanı erməni dilinə tərcümə ediblər, Kalankatuklu Moisey olub, erməni dilində «Albaniya tarixi» yazıb və s. Bizimkilər isə deyirlər ki, Azərbaycanda türk yaşamayıb, eramızın 1-ci minilliyində Cənubi Azərbaycan irandilli, Şimali Azərbaycan ləzgidilli olub. XI əsrdə Səlcuqlar gəlib, buranı və cənubu türkləşdiriblər. Midiya İran dövləti olub. Azərbaycan əhalisi ən azı iki dəfə etnik simasını dəyişib: bir dəfə Midiya dövründə yerli əhali (bu fikrə əsasən nə millət olduğu bilinmir) farslaşıb, bir dəfə də X1 əsrdən sonra türkləşib. Türk xalqı bura gəlmədir. Bizim XIII əsrə qədər türk dilində bircə cümləmiz də olmayıb və s.
Özü də nəzərə almaq lazımdır ki, ermənilər tarixən də indiki qədər az olub, Azərbaycan türk əhalisi indiki qədər çox olub.
– Ermənilər «işkil» olduqları, heç bir vətənləri olmadığı halda, rusların köməyi ilə özlərinə Azərbaycan torpaqları hesabına «vətən» yaradıb və onu günbəgün genişləndiriblər. Bizim xalq isə Şah İsmayıldan sonra daim torpaqlarını itirə-itrə gəlib və azı 7 yerə parçalanıb.
– Hansı tarixi açırsan, erməni tarixçisi: Manuk Abeqyan, Q.A.Xalatyants, M.O.Darbinyan-Melikyan, K.P.Patkanyan, Q.X.Sarkisyan, S.T.Yeremyan, K.Yüzbaşyan, K.A.Melik-Oqancanyan, Qaraqaşyan – qədim erməni dili, əlifbası, tarixi ilə məşğul olub, ermənilərin saxta tarixini dünyaya tanıdıb, bununla kifayətlənməyib, Morqan, Mommsen kimi xarici tarixçilərə pulla – tarixi fakt və sənədlə yox, məhz pulla «Armeniya tarixi» yazdırıb, fransız xalqını ermənilərin bu uydurma tarixi ilə tanış ediblər. Bizim qədim dövlət, cəmiyyət tarixini isə türkə nifrət edən, türkün düşməni olan İqrar Əliyev qomarlayıb alıb əlinə və heç kəsə qədim dövlətçilik və dil tarixi barədə söz deməyə imkan verməyib. Yusif Yusifov kimi tək-tək tarixçilər istisna olmaqla, qalan tarixçilər İ.Əliyevin dediyindən bir addım irəli getməyiblər. Hələ bəlkə onun dediklərinin üstünə qoyublar. Pulu olanlar isə sərvət toplamaqla məşğul olublar, Azərbaycan tarixini üzə çıxarıb xaricdə yaymaq bir tərəfə, heç vətəndə də onu yada salmayıblar və yada salmırlar da.
-Ermənilər çox ayıqdır, dünya siyasətini və milli mənafe ilə bağlı hadisələri tez tuturlar, müəyyən bir xalqa söykənirlər. Bizim camaat sadəlövhdür, ağzıaçıqdır, ağzına milçək dolan yuxulu adamlar kimidir və dörd yerə baxdığı üçün çaş qalıb.
– Vazgen ermənilərə məsləhət bilir ki, ev tikin, bağ salın, kənardakı (başqa ölkələrdəki) qohum-qardaşlarınızı gətirin, onlara yaxşı yerlər verin, artın, çoxalın. Bizimkilər – imkanı olanlar birdən yerin 150 ha yaxşısını ələ keçirir, 20-25 mərtəbəli evlər tikdirir, vətən övladlarının bir daxması, beş qarış torpağı olub-olmaması ilə maraqlanmırlar. Elə günə salırlar ki, əhali qaçıb gedib başqa ölkələrdə başını dolandırır.
-Ermənilərin hamısı birləşib ölkənin ümumi mənafeyi baxımından çəkici bir yerə döyür, burda hərə bir yana çəkir, hərə özü üçün «böyük bir siyasət adamıdır».
-Ermənilər can qoyub torpaqlarını artırır, bizimkilər torpaq verib pul və vəzifə qazanırlar, hakimiyyətə gəlirlər.
Görün kim ağıllıdır? Hansı xalq ağıllıdır?
Amma bir mühüm fərqimiz də var. Bu fərq yuxarıdakılardan fərqli fərqdir. Bu fərq ondan ibarətdir ki, onlar tutduqları ərazidə yaşayan qədim xalqların nümayəndələrini oradan qovub çıxardılar. Biz onların bu hərəkətini insana yaraşmayan xəbis və alçaq bir hərəkət kimi pisləməklə yanaşı, öz ölkəmizdə bizimlə birlikdə yaşayan talışlara, tatlara, kürdlərə, ləzgilərə və başqa xalqların nümayəndələrinə daim məhəbbət və ehtiram göstəririk.
Bu, belədir. Amma burada ayrı bir məsələ var ki, daim narahatlıq törədir. Bu da ondan ibarətdir ki, biz bir sıra çox mühüm dövləti məsələlərdə çəkici bir yerə vura bilmirik
Konkret olaraq etnik tərkib və dil məsələlərini deyirəm.
Hələ bizim Azərbaycan türk xalqının etnik tərkibi və dilinin tarixi barədə bir-birinə əks olan konsepsiyalar qalmaqdadır, etnogenez məsələsi həll olunmayıb. Bilirsən niyə? Danışım, qulaq as.
Sovet dövrünə qədər xalqımızın və dilimizin tarixi ilə sistemli şəkildə məşğul olmayıblar. Az-çox yazanlar da hindavropalılar olub. Sovet dövründə akademiyanın yaranması, bütün sahələrdə elmin inkişafı Azərbaycan xalqının və dilinin tarixini də araşdırmağa səbəb olmuşdur. Bu sahədə qabağa düşən rus alimləri şovinizmin tələbləri əsasında tək Azərbaycan tarixini yox, bütün türk xalqlarının tarixini təhrif ediblər. Onların fikrincə, türklər hunlardan başlayır, bütün Ön və Orta Asiya əhalisi hindavropalılardan ibarət olub, daha çox irandilli əhali üstünlük təşkil edib. Bizim alimlər isə onların dediklərindən bir addım irəli getməyiblər və hələ bəlkə, dediyim kimi, öz əsərləri ilə rus alimlərinin fikirlərini möhkəmləndirməyə çalışıblar.
İndi biz yenidən müstəqillik qazanmışıq. İmkanımız var ki, öz tariximizi yazaq. 60-cı illərdə bu bir xəyal idi, Şıxəli Qurbanov kimi cəsur oğullar birbaşa Moskvadan gələn nümayəndələrə üz tutaraq deyirdi: «İcazə verin, öz tariximizi özümüz yazaq!»
İndi icazəyə ehtiyac yoxdur. Hər şey öz əlimizdədir.
Amma di gəl görək eləyə bilirikmi? Özgələr heç, özümüzünkülər imkan verirmi? Bir sıra alimlər keçmiş elmi «tərbiyəni» unuda bilmir, Azərbaycan tarixi ilə bağlı hər bir yeniliyin qarşısına daş hasar çəkmək istəyir, onu cəfəngiyyat sayır, uydurma və «yüngül» tədqiqat hesab edir.
Hələ bu, yaxşıdır.
Bir çoxları söyür, təhqir edir, təhdid edir, qorxudur. Niyə, balam, biz xalqımızın tarixini yaza bilmərik?
Var alimlər, bir sıra alimlər var ki, araşdırmalar aparır, keçmişdən bəri tariximizlə bağlı gördükləri saxtakarlıqları üzə çıxarır, faktları ortaya qoyur və Azəprbaycan xalqının düzgün tarixinin yaranması üçün əlindən gələni edir.
Amma mühafizəkarlar və başqa məqsəd güdənlər elə «yox» deyib durur.
Uşaq vaxtı tay-tuşlarımdan biri ilə oynayırdım. Birinci oyunda məni uddu. Dedim gəl başlayaq. Dedi, yox, «bir : nol». Əşi, gəl oynayaq, dedi, yox e, «bir : nol»
Əşi, şərait olmayıb, bu xalq öz tarixini üzə çıxarmaqda bir dəfə uduzub, sən də bu millətin oğlusan, bir oyna, ardına bax də.
Bu mühafizəkarlar oynamaq istəmirlər ki istəmirlər.
Bir az başınızı ağrıdacağam. Təkrar etməliyəm.
Sizə dedim ki, arxeoloji, etnoqrafik, geomorfoloji axtarışlar əsasında dünya elmi müəyyən edib ki, Yer üzündə insan nitqinin 35-40 min illik tarixi var. Əsas fikir bundan ibarətdir ki, Yer üzündə vahid dil yaranıb və həmin dil e.ə.XII minillikdə parçalanıb. Həmin dövrdən zəif şəkildə olsa da, miqrasiyalar başlayıb. Vahid dilin dialekt parçalanması nəticəsində Hindavropa protodili, türk protodili, semit protodili və s. yaranmışdır. E.ə.XII minilliklə VI minillik arası dil ailələri formalaşıb. Moskvanın buraxdığı «Qədim dünya tarixi»ndə deyilir ki, artıq bu dövrün sonlarında şərqi və qərbi türk dilləri fərqlənirdi.
Dünya elminin gəldiyi bir mühüm nəticə də budur ki, Yer kürəsində ilk dil Afrikanın şimalını, Avropanın cənub-şərqini, Asiyanın cənubunu birləşdirən ərazilərdə, yəni Aralıq dənizi və Ön Asiya hüdudlarında yaranmışdır. Cənubi Azərbaycan əraziləri də ora düşür. Azıx mağarası insanın inkişafının 10 mərhələsini əks etdirir. Bunlar mənim kəşfim deyil. Mən yalnız oxuduqlarımı yazıram.
İndi sən deyəcəksən ki, bunlar olar, inanmalıdır. Amma nahaq yerə türk protodilini də bura qatırsan. Türklər sonralar yaranıb, hun dövründə.
Mən də deyirəm: ay zalım, bir dünyaya bax. Bütün ekvator boyu yayılmış bu xalqlar iki min il ərzində necə yarana bilərdi? Göydən tökülməyib ki? Sən görmürsən ki, türklər Yer üzünün ən geniş yayılmış əhalisidir? Qərbdə etrusklar, italyanların babaları, Ön Qafqazda və Ön asiyadı Azərbaycan xalqı, ondan o tərəfə – şərqdə nə qədər türk xalqı. Hətta mancurlar, koreyalılar, yaponlar. Ekvator boyu dünyanın ən gözəl əraziləridir. Ancaq güclü tayfalar bu əraziləri tuta bilərdi.
Yüzlərlə tədqiqatlar var ki, Ön Asiyada türklər şumerlərlə yanaşı yaşamışlar (hələ şumerlərin özlərinin türk olması başqa məsələdir, ona heç inanmazsan).
Hindavropalılar isə pərakəndə yaşamışlar, belə cərgə ilə yerləşə bilməmişlər. Amma tarixləri birdir, bir kökdən ayrılmışlar.
İndi başqa cəhətə bax. Məlumat aldığın tarizxdə hansı imperiyaları tanıyırsan? Hindavropalıların hansı imperiyaları olub? Bir dəli İskəndər Daranın xəzinə pulları hesabına qərbin və şərqin əhalisini silahlandırıb, Hindistana qədər irəliləyib və tez də məhv olub. Amma sən türklərə bax. İndiki Avropanın bu şəkildə yerləşməsinin səbəbi hunlardır. Böyük Mada imperiyasını yadına sal. Yazdıqlarına baxma, Mada xalis türk imperiyası olub. Farslar ora gələndən neçə əsr əvvəl Mada dövləti mövcud idi. Attilanı yadına sal. Avropanın ürəyinəcən getmişdi. Çingiz xanı, Teymuru yadına sal. Avropanın qaniçənləri isə bu sonrakı inkişaf dövründə Napoleon və Hitlerdir ki, onları da imperiya yaratmağa qoymadılar.
Nəzərə al ki, insan parçalananda ən güclü qollardan biri türklər olub (hansı adla olur-olsun, ad şərtidir).Və insandan türk qolu ayrılandan o, Azərbaycan ərazilərinin payına düşüb. Sonra bu yerlərdən şərqə və qərbə yayılıb.
İndi keçək xalqların tarixinə. Rusun qədim tarixi yoxdur. Eşələyib cəmi min illik tarix düzəldə bilib. Onun bayraq etdiyi «İqor polku dastanı» deyirlər ki, qıpçaqların naməlum bir dastanının təhrif şəklidir. Bunun da əhəmiyyəti yoxdur. Fransızların da, ingilislərin də, almanların da uzun tarixi yoxdur. Amma bizim Azərbaycan əhalisinin qədim tarixi var. İndi hegemonluq edən yuxarıdakı xalqların min illik, Azərbaycan xalqının isə altı min illik tarixi var: e.ə.III minilliyin o başında – XXVIII əsrdə Arattası var, şumer kimi sivil ölkəni 100 il idarə etmiş Kuti dövləti var, Lullubi dövləti var, Şumeri 500 il idarə etmiş Kassların dövləti var, Mannası var, Madayı, Atropatenası var. Bunlarla biz fəxr etməliyik.
Lakin belə bir tarixin olması bizim qeyrətimizdənmi asılı olub?
Yox, bu, təbiətin bizə təsadüfən bəxş etdiyi xoşbəxtlikdir. Biz bu ərazidə doğulmuşuq. Babalarımız bu ərazidə yaşayıb, canları, qanları ilə bu əraziləri qoruyub, bizə miras verib.
Amma saxlaya bilmişikmi? Özünüz düşünün.
İndi nədir çətinliyimiz? Nə istəyirik?
Heç. Hərəmizin bir ömrü var. Həm dolanışıq vasitəsi əldə edib yaşamaq istəyirik, həm də deyirik ki, üzərində yaşadığımız, suyunu içdiyimiz, havasını udduğumuz bu torpağa imkan daxilində borcumuzu qaytaraq.
Axtarıram, xalqımızın və dilimizin tarixinə dair yeni materiallar əldə edib onun həqiqi tarixinin yaranmasına kömək etmək istəyirəm. Amma sən mənə mane olursan.
Mən bütün o yuxarıdakıları genişliyi ilə yazıram və deyirəm ki, Azərbaycan ən qədim dövrlərdən türk yurdudur. Sən heç bir şey oxumadan o İqrarın dediklərini tutu quşu kimi əzbərləyib deyirsən ki, «Cəfəng danışma. Burda türk olmayıb. Türklər bura bizim eranın X1 əsrində gəlib».
Niyə? Nədir məqsədin?
Sən bu sözləri iki şeyə görə deyə bilərsən: ya elmi obyektivlik naminə, ya da türkün qədimliyini sənin qəlbin götürmür.
Elm naminə demirsən. Çünki sən mənim yazdıqlarımın heç birini təkzib etmədən, oxumadan bu sözləri deyirsən – inad uşaq dediyinin üstündə duran kimi.
Onda bəs məqsədin nədir?
Gördün ki, erməni min oyundan çıxıb özünə saxta tarix düzəldib. Bəs sən niyə mənim həqiqi tariximin əleyhinə çıxırsan?
Mən deyirəm ki, şumerlər bizim babalarımızdır. Sən qanını qaşığa qoyursan ki, belə şey ola bilməz, cəfəng danışırsan.
A kişi, bir qulaq as. X1X əsrdən ki, mixi yazılar öyrənilib, şumer yazılarının ilk tədqiqatçıları obyektiv olublar, kəşflərinə seviniblər – onları türk, hindavropalı, ərəb maraqlandırmayıb, qədim sivilizasiyanı açıblar. Odur ki hamısı etiraf ediblər ki, bu yazılar türk dillərinə müvafiqdir.
Sonra nə olub?
Sonra hindavropalılar geniş araşdırma aparıblar, görüblər ki, şumer yazıları hindavropa dillərinə qətiyyən uyğun gəlmir və başa düşüblər ki, bu yazıları hindavropaya bağlamaq heç cür mümkün deyil, əl çəkiblər. Amma onu da fikirləşiblər ki, bu yazıları türklərə vermək, bəşərin belə bir sivill ölkəsinin türklərə aid olduğunu etiraf etmək olmaz. Məsələ siyasiləşib. Başlayıblar İ.M.Dyakonov kimi alimləri ortaya çıxarmağa, elə uydurmalar tapsınlar ki, türklər əl çəksin. Amma hara əl çəkirlər. Son vaxtlar tədqiqatlar hədsiz çoxalıb. Dyakonun daşı daş üstündə qalmayıb.
Mən də özlüyümdə (sərçənin yanan binaya dimdiyində bir damla su aparması kimi) araşdırma apardım, indiyə qədər bizim tərəflərdə ancaq leksik paralellər müqayisə edilib, qrammatik quruluşu da nəzərdən keçirdim, gördüm ki, Dyakonovun – keşişin uydurmaları saxtadır, morfologiya və sintaksis türk dillərinin quruluşu ilə səsləşir, dedim ki, şumerlər bizim babalarımızdır.
Sən etiraz edirsən. Niyə? Məqsədin nədir? Axı sən də bu dildə yazıb-oxuyursan, bu dilin hesabına çörək yeyirsən, bu dilin yayıldığı ərazinin havasını udursan. Mənim dediyimin sənə nə zərəri var? Sən birbaşa «yox» demə, götür yazılanları, eləyə bilirsənsə, təkzib elə, sonra danış.
Bil ki, Ərbil, Kərkük camaatı ora sonralar gəlməyib. Şumerlərin nəsilləridir. Akkadlar e.ə.XXIII əsrdə Şumeri işğal edib, amma onlara çox böyük hörmət göstərib, I minilliyin sonlarına kimi, şumer yazısını, şumer dilini, şumer dərsliklərini öyrəniblər. Müharibədə qırılanlar da olub, kənara qaçanlar da, öz yurdunda yaşayanlar da. Avropa alimləri və ruslar indi Şumeri türklərə və bilavasitə bizim Azərbaycan türklərinə verməmək üçün varissiz sayırlar. Bir xalq necə varissiz ola bilər və həm də ki, akkadlarla yaxşı münasibətdə yaşayışı davam etdiriblərsə?
Sən də hindavropa alimlərinin dediyini deyirsən. Niyə? Bu deyilənlər səni inandırmır? Nə oxudun ki, inanmadın? Mənim kitabımı oxuyanların məsləki, ideyası (tarixə münasibətdə) dəyişir, amma sən oxumaya-oxumaya elə deyirsən ki, «uydurmadır» və məqsədini də başa düşmək olmur.
Sən deyirsən ki, Azərbaycanda türk yaşamayıb. Şimalın əhalisi ləzgidilli, Cənub irandilli olub. XI əsrdə Səlcuqlar gəlib, bu böyüklükdə ərazinin əhalisini türkləşdiriblər. Və eyni zamanda deyirsən ki, Türk xaqanlığı dağıldıqdan sonra (VIII əsr) türklər qərbə üz tutublar. Sən deyirsən ki, türk yurdu Altaydır, türkər Azərbaycana oradan gəliblər… Mən deyirəm ki, əşi, bir dayan. O böyük Türk xaqanlığını yaradan Aşina tayfası Orta Asiyaya Azərbaycandan gedib. Sən mənim faktlarımı təkzib etmədən (edə də bilməzsən) niyə belə danışırsan?. Sənə deyirəm ki, insan Yer üzünə Ön Asiyadan yayılıb. Altayda insan doğulmayıb. Altaya türklər Azərbaycandan gedib və Altayın «Altay» adının özünü də buradan aparıblar.
Sən elə yenə də öz dediyini yox, İqrar deyəni deyirsən.
Niyə? Məqsədin nədir? Axı Azərbaycanın qədim türk yurdu olduğu barədə həqiqəti üzə çıxarmaq sənə nə zərər verir? Bu, özün də bilirsən ki, siyasi məsələdir, xalq məsələsidir, dövləti məsələdir. Azərbaycan xalqının şöhrətidir. Nə səbəbə «Yox!» deyib durursan?
Sən mənim «Azərbaycan dilinin tarixi» əsərimi nəzərdə tutaraq yazırsan: «Əsər böyük və ağır zəhmətin nəticəsidir. Müəllif Azərbaycan dilinin tarixini əlçatmaz dərinliklərdən yeni eranın XIII yüzilliyinədək izləyir. Əsərin lap əvvəlində – «Bir neçə söz» hissəsində Q.Kazımov yazır: «Biz də bu niyyətlə bu mürəkkəb problemləri bir yerə toplayıb faktlardan aldığımız təəssürat əsasında qəlbimizdən keçənləri kitaba köçürdük (kursiv mənimdir – Ə.R.). Qoy vətənsevər gənc alimlərin könlünə ilham versin (kursiv mənimdir – Ə.R.), oxucuların keçmişə nəzər yoluna işıq saçsın». Müəllif bütün kitab boyu bu fikrə sadiq qalır, başının əvəzinə ürəyinin, daha doğrusu, qəlbinin hökmü ilə hərəkət edir. Məlumdur ki, ürəyin (müəllif hətta bu sözü yox, onun poetik sinonimləri olan qəlb, könül sözlərini işlədir, sanki bununla da elmi əsər yox, bədii əsər yazdığına oxucunu təkrar-təkrar inandırmaq istəyir) hökmü ilə şeir, poema, uzaqbaşı roman yazarlar, elmi əsəri isə soyuq başla yazarlar, gənc alimlərin könlünə ilham verməzlər, gənc şairlərin könlünə ilham verərlər. Q.Kazımov doğrudan da qəlbindən keçənləri kitaba köçürmüşdür. Müəllif bunu deyərkən mübaliğə etmir, həqiqəti deyir. Müəllif şumer dilini türk mənşəli hesab edəndə də, dünyanın bütün dillərinin türk dilindən əmələ gəlməsini iddia edəndə də, bu iddiadan sonra «hətta Çin dili də» ifadəsini əlavə edəndə də, hətta əsərin sonunda azəri dilinin türk dili olmasını sübut etməyə çalışanda da, Albaniyada türk mənşəli vahid alban dilinin, Midiyada türk mənşəli vahid Midiya dilinin mövcud olduğunu yazanda da başının, ağlının hökmü ilə hərəkət etmir, qəlbindən keçənləri kitaba köçürür. Bu da hamıya məlumdur ki, nəinki könül və qəlb, hətta ürək də adamı aldadır, düz yoldan sapdırır. Ən acınacaqlısı budur ki, Q.Kazımov müəyyən bir fikrini sübut edəndə ciddi alimlərə yox, bütün yaradıcılıqları boyu elmdən daha çox fantaziya ilə məşğul olan adamların dediklərinə, ya da özünün əvvəl yazdıqlarına isnad edir».
Afərin! Bu sözləri oxuduqca İqrar Əliyevin silueti gəlir durur gözlərimin qabağında.
Qardaş! (Bütün insanlar bir kökdən olduğu üçün hamıya «qardaş» demək olar.) Sənin bu qeydlərini, məktəblilər mətni hissələrə ayırıb ad verdikləri kimi, üç yerə bölmək olar:
Birincisi, «xala xətrin qalmasın» quru tərif (əvvəlki iki cümlə):
İkincisi, əl tutacaq yer üçün məndən verdiyin sitat və «qəlb» məsələsi;
Üçüncüsü: «şumer» sözündən sonrakı hissə və ya «İqrarnamə».
Birinci hissəyə görə çox sağ ol.
İkinci hissədə çox böyük problem var: məsələ elə o ürək, qəlb üzərindədir.
Üçüncü hissədə şumerlər, midiyalılar, albanlar haqqında sözlərin İqrar Əliyevin dedikləridir. İqrar Əliyev isə Azərbaycan türk xalqının düşməni idi, türkə nifrət edirdi. Halbuki Azərbaycan tarixinə baxışına görə özü nifrətəlayiq idi. O, Azərbaycan tarixi əvəzinə, yaramaz bir tarix yazmışdır. Sən o yolla gedirsən? Niyə? Azərbaycan türkü sənə neyləyib?
Mən bütün dünya dillərinin türk dilindən əmələ gəldiyini deməmişəm. Bunu ona görə deyirsən ki, kitabın müqəddiməsindən başqa, heç nə oxumamısan. Mancurlar, yaponlar, koreyalılar, monqollar türklərdən ayrılıb. Bunu məndən də qabaq deyiblər. İnsan Yer üzünə Ön Asiyadan yayılıb, şərqə və qərbə Ön Asiyadan gedib – min dəfə demişik. Və mən heç bir şübhə etmirəm ki, çinlilər göydən düşməyib, Orta və Mərkəzi Asiyaya gedən ən qədim protürkdən təcrid olunub – birbaşa çin protodili olmayıb. İnkişafı başqa itstiqamətdə olub. Azəri dili haqqında Kəsrəvinin və İqrarın fikirləri üzərində dayanırsan. Niyə? Nə bilirsən onlar düz deyir? Kəsrəvi farsların nökəri idi, İqrar da eyni məzhəbli. Sən nə üçün mənə inanmırsan, onlara inanırsan? Kəsrəvi adicə dilin özü ilə onun adını fərqləndirə bilməyib, nə üçün o sənin üçün bu qədər böyük alimdir? Sən köhnə bayatını deyirsən: «Azərbaycan torpaqlarında «azəri» adlı böyük irandilli xalq yaşayıb, X1 əsrdə Səlcuqlar gəlib, onları türkləşdirib». Sən başa düşməlisən ki, daha bu cür uşaq oyunundan qurtardıq. Azərbaycan əzəli və əbədi türk yurdu olub. Ərəblər bizim Azərbaycan türk camaatına «azəri» deyib, indi də deyilir. Qonşular bizi belə adlandırır. «Azəri» fars tayfası olsa idi, qonşular türklərə «azəri» deməzdi. Sənin kimi, İqrar kimi türkə pis münasibət bəsləyənlərin ucbatından 60-cı illərdə kitabların da üzərində işlənən «azəri» sözünü dilimizin adı kimi konstitutsiyaya daxil edə bilmədik, alimləri üz-üzə qoyduq.
Sən heç bir araşdırma aparmadan midiyalıların türklərdən ibarət olduğuna kinayə edirsən? Niyə? Midiya imperiyası ilkin olaraq Azərbaycan ərazisində əmələ gəlib. Farslar indiki İran yaylasına e.ə.VIII əsrdə gəlməyə başlayıblar. Midiya dövləti haqqında Assur mənbələrində e.ə.1X əsrdən məlumat verilir. Bir tayfa bir ərazidə yoxdursa, o, orada necə dövlət yarada bilər? Farslar gəldikdən sonra heç Midiyanın daxilinə girə bilmədilər, ucqarlarda dolandılar. Yalnız VI əsrin ortasında – e.ə.550-ci ildə Kirin alçaqlığı və Qarpağın xəyanəti ilə farslar hakimiyyəti ələ alıblar. Onlar Midiya dövlətini necə yarada bilərdilər?
Mən yeni tədqiqatlara əsasən (və öz araşdırmalarımı, Q.Qeybullayevin araşdırmalarını) nəzərə alaraq deyirəm ki, Midiya imperiyası türk imperiyasıdır, midiyalıların əsas əhalisi türklərdir, Midiya – Turandır, o Turandır ki, İran-Turan müharibələri şəklində tarixdə böyük iz qoyub və bir çox əsərlərdə öz əksini tapıb. Midiya xüsusi adları türk dilləri bazasında izah olunur. M.Kaşğarinin, ağıları ilə birlikdə xatırladığı Alp Ər Tonqa Turan dövlətinin başçısıdır. Kirə qarşı müharibəni o aparıb və axırda həlak olub. Alp Ər Tonqanı farslar «Əfrasiyab» adlandırmışlar. Bizim «vətənsevər» tarixçilər Midiyanı da, Midiya padşahlığını və padşahlarını da, Astiaq əfsanəsini də böyük səxavətlə İrana bağışlamaq istəyirlər. Bunlar hansı millətin övladlarıdır? Sənin başın qarışıb alimlərin çoxdan açıb-tökdükləri Orxon-Yenisey yazılarına. Camaat tarixi tədqiqatla məşğuldur, xalqının tarixini öyrənir. Tarixi tədqiqat əsasında artıq tam şəkildə sübüt olunur ki, Alp Ər Tonqa farsların dediyi Əfrasiyabdır və yenə tam şəkildə sübut olunur ki, Əfrasiyab deyilən adam axırıncı Midiya padşahı Astiaqdır. Buna nə deyirsən? İnkar edə biləcəksənmi? Astiaq da, Əfrasiyab da, Alp Ər Tonqa da Turan hakimidir, eyni adamlardır, farslarla müharibədədir və tarixin ən güclü İran – Turan müharibəsini aparmışlar. Midiyalılar Astiaqa yalvarır ki, padşahlığa farsları yaxın qoymasın, farslar hakimiyyəti ələ alsa, midiyalıları köləyə çevirəcəklər. Sən də yapışmısan ki, midiyalılar irandilli əhali idi. Qaldı, «vahid Midiya dili»ndən söhbət getmir. Dövləti yaradan əsas əhalidən söhbət gedir. Midiya imperiyaya çevrildikdən sonra sərhədləri çox genişlənir və müxtəlif tayfaları birləşdirir.
Mən bunu deyəndə sən deyirsən ki, xeyr, İqrar elə demir, başqa cür deyib..
İqrar elə deyib. O o zaman idi. İndi aşkar olur ki, belədir. Bizim tarixşünaslığımızın tarixi o qədər də uzun deyil axı. Çox şeyi hələ də düz öyrənə bilməmişik.
Bəs sənin məqsədin nədir? Sən ki bunları başa düşə bilərsən?
Albaniyanın əsas əhalisi türk tayfaları olmuşdur. Hətta mühafizəkar tarixçi kimi tanıdığım Sumbatzadə də «Albaniya ərazisində heç bir farslaşdırmadan söhbət gedə bilməz» deyir. Sənin dediyin İqrarın dediyidir. Bunlar artıq ölür. Xalq öz tarixini yazır. Amma çöldən və içəridən çətinliklərlə üzləşə-üzləşə yazır, vuruşa-vuruşa yazır.
Sən mənə irad tutursan ki, mən «ciddi alimlərə» istinad etməmişəm. Sənin bu «iradını» mən çoxdan eşitmişəm. «Ciddi alim» kimi deyirsən? İqrar Əliyevi deyirsən? İqrar Azərbaycan tarixi əvəzinə İran tarixi yazıb, Azərbaycan dövlətini başqa xalqa bağışlayıb, Azərbaycan türkünün, Azərbaycan türk dilinin tarixinə nifrət edib. Mən iki ay dalbadal bir qəzetdə onun yanlış və zərərli ideyalarını öz sağlığında ifşa etmişəm. İndi o mənim üçün «ciddi alim» olmalıdır? Hansı obyektiv elminə görə? Sənin könlündən keçəni bilirəm. Sən deyirsən ki, niyə mən tarixi faktlar əsasında yeni söz deyirəm? Niyə mən İqrarın dediklərini bir çox başqaları kimi tutu quşu misalında təkrar etmirəm? Xeyr, gecdir. Görürsən ki, gecdir, amma sənin qəlbin onu istəyir. Məqsədin nədir?
Mən o alimi ciddi alim sayıram və saymışam ki, o bu xalqın çörəyini yeyir və bu xalqa xəyanət etmir. Bu xalqın və onun dilinin tədqiqi yolunda bir damla da olsa, iş görüb.
«Ən acınacaqlısı budur ki, Q.Kazımov… ciddi alimlərə yox, bütün yaradıcılıqları boyu elmdən daha çox fantaziya ilə məşğul olan adamların dediklərinə… isnad edir». Düz deyil. Mənim kitabım çıxandan bu bayatını eşidirəm. Mən əsas tezislərimdə alman alimi Q.Vinkler, fransız alimi E.Reklü, rus alimi L.Reder, türk alimi Ahmet Cavad, Azərbaycan alimləri Y.B.Yusifov, T.İ.Hacıyev, Q.A.Qeybullayev kimi alimlərə istinad etmişəm. Bu alimlərin bir tükünü sənin dediyin «ciddi alim»ə dəyişmərəm.
Q.Qeybullayev haqqında sözümü hələ 1997-ci ildə nəşr etdirdiyim «Sənət düşüncələri» kitabımda demişəm: «Q.Qeybullayev «Azərbaycanlıların etnogenezinə dair» (1991) əsərində Şumer dövründən bəri Azərbaycan ərazisində yaşamış tayfaların etnik mənsubiyyətini aydınlaşdırmaq baxımından misilsiz iş görmüşdür. Onun bu sahədəki əməyi dil tarixçilərinin küll halında əməyindən xeyli üstündür».(s.297). Moskvanın ali məktəblər üçün buraxdığı «Qədim dünya tarixi» kitabında qədim Şərqi, Ön Asiyanı öyrənən qüdrətli alimlərin adları arasında sənin dediyin «ciddi alim»in adı yoxdur, orada İ.M.Dyakonov, V.A.Belyavski və Y.B.Yusifovun adları var. (1985, s.105) Yusif Yusifov həqiqi vətən tarixini yazdığı üçün akademik nəşrin (1998) 1-ci cildinin girişi bütün sualtı axınla onun əleyhinədir və bu girişdə ən cəfəng alimlərin adı var, amma Y.Yusifov kimi həqiqi tarixçinin adı yoxdur. T.İ.Hacıyev Azərbaycan dilinin ən qədim dövrünün düzgün tədqiqinə ilkin istiqamət verən və bu sahədə böyük məktəb yaratmış bir alimdir. Onun tədqiqləri hələ 70-80-ci illərdə Azərbaycan dilçilik tədqiqatının ən şöhrətli hissəsini təşkil etmişdir. Habelə sonrakı dövrdə də.
«Acınacaqlısı» o deyil, «acınacaqlısı» budur ki, qəlb bunları götürmür.
İndi bir az da aydın şəkildə gələk «ürək» məsələsinə. Bütün bu həngamələrin səbəbi ürəkdir. Yaman problem atmısan ortalığa. Özün bilmədən hər şeyi açmısan. Elə bilirsən, sən mənim ideyalarımı bəyənməyəndə mən güman edəcəyəm ki, sən bunu elm naminə edirsən? Xeyr! Səni heç elm maraqlandırmır da. Mən 600 səhifəlik kitab yazmışam. Sən iki-üç cümlədə mənim bütün ideyalarımın yanlış və gülməli olduğunu söyləyirsən. Elm sənin yazdığın kimi olmur. Kitabın ideyalarını bir neçə cümlə ilə heç eləmək olmaz. Sən mənim dediklərimi təkzib etmək üçün kitabımdan böyük kitab yazmalısan – həm məni təkzib etməli, həm də düzgün hesab etdiyini göstərməlisən. Bunu sən eləyə bilməzsən. Elm ona deyərlər ki, bir-bir qoyasan ortalığa, deyəsən ki, qağa, bax mən də sənə kömək etmək istəyirəm. Amma bu məsələni belə yox, gəl belə qoyaq – çünki əsli belədir.
Onda olar elm. Amma sən başqa yol tutursan: ermənilərin, rusların, iranşünasların dediklərini deyirsən.
Mən öz xalqımın tarixini yazmaq istəyirəm. Erməni, rus, iranşünas indi mənə o qədər də mane ola bilmir, indi sən yapışmısan yaxamdan. Niyə, məqsədin nəlir? Sən mənə kömək etməlisən, kömək eləmirsən, heç olmasa, mane olma. Yenə deyirəm: sən elm xatirinə danışmırsan, sənin məqsədin ayrıdır.
Axı biz hamımız bu torpağın oğluyuq. Bu torpağın havası, suyu, çörəyi ilə yaşayırıq. Ölkənin əsas əhalisi türklərdir. Türklər bir mağmın xalqdır və heç kəsə heç nə demir. Mən istəyirəm bu xalqın həqiqi tarixini üzə çıxaram. Bəs sən nə istəyirsən? Sən niyə mənim sözümü yox, düşmən sözünü üstün tutursan?
Daha iş ki bura gəlib çatdı, məcburam açıq deməyə. Sən elm xatirinə danışmırsan. Sənin etnik ürəyin mənim dediklərimi götürmür.
Görürsən, baş nə qədər işləsə də, ürək mane olur, qoymur. Sən o problemi düz tutmusan.
Mənim ürəyimin dedikləri lap, lap, uzaq başı, uydurma da olsa (nəizübillah!), vətənin xeyrinədir, sənin ürəyinin dedikləri lap həqiqət də olsa (qətiyyən belə deyil!), əgər bu ölkəni vətən sayırsansa, onun zərərinədir.
Amma mən sənin kimi olmaram. Yəni bu mənada ki, mən öz tariximi yazıram. Sən də öz tarixini yazsan, mən sənə mane olmaram. Sən qədim türklərlə bağlı (mənə dediyin kimi) çox «zəhmət çəkmisən», çoxlu əsər yazmısan. Amma o əsərlərin heç birində türk ürəyi yoxdur. Onlar təzədən yazılmalıdır. Hər bir xalqın tarixini o xalqın öz oğlu yazmalıdır. Bir xalqın tarixinin əleyhdarının onun tarixini yazması düzgün deyil. Çünki həqiqətləri açıb-göstərmək üçün onun ürəyi imkan verməz.
Beləliklə, sən də ürəyin hökmü ilə yazırsan, mən də. Mənimkinin zərəri yoxdur. Mən öz ürəyimin hökmü ilə öz xalqımın tarixini yazıram. Və sənin tarixinin qədimliyini danmıram, bir şey demirəm. Bir qədər əvvəl «Talışo səda» qəzetində belə məqalələriniz var idi: «Azərbaycanın qədim dili. Talış dili». Mən bir şey demədim ki? Yaz, sübut eləyə bilirsən, elə. İqrar Əliyev sənin indi dediyin kimi yazmışdı, söküb-dağıdırlar, akademikin məhsulu heçə çıxır. Çünki əsl zərərli fantaziya o idi. Axı yaxşı olmazmı ki, yazılan düz olsun, qalsın?
Amma sənin ürəyinin dedikləri zərərlidir. Sən kimə xidmət etdiyini gərək əməlli düşünəsən. Sən başqasının işinə qarışırsan, həsəd aparırsan, paxıllıq edirsən, iftira yağdırırsan. O tarixin açılmasına imkan verməmək istəyirsən. Amma gecdir. Ora bir mən yox, çoxları yol tapıb və çox düz yol tapıblar. Öz işinlə məşbul olsan, daha yaxşı olar. Madam, məsələn, tat ola-ola, Azərbaycan dilinin, Azərbaycan xalqının tarixi ilə bağlı bir akademiya qədər iş görmüş Q.Qeybullayev kimi təmiz ürəklə yaza bilmirsən, yazma, başqa bir xalqın tarixi ilə məşğul ol.
Mən sözümü dedim. Amma hələ çox şeyi demədim. Həm də bunu tək sənə yox, eyni tipli hamıya deyirəm.
Qardaş, mənə kömyin lazım deyil, mane olma.
Demirəm ermənilər kimi eləyək, deyirəm onlardan ibrət götürək. Milli tariximiz, milli dilimiz naminə…
Professor Qəzənfər Kazımov
29.06.07
Kredo qəzeti, 07.07.2007, 14.07.2007 və 21.07.2007