1990-cı ilin noyabr ayında təsis etdikləri “Şərur döyüşür” hərbi-cəbhə qəzetinin ilk sayı rayon mətbəəsində professorun Kremlin işğalçı siyasətini ifşa edən “İmperiya qoşunları Naxçıvan sərhədlərində” adlı məqaləsi ilə buraxılmışdı.
1990-cı ilin dekabr ayında Bakı-İrəvan dəmir yolu ilə gələn yük qatarlarının İrəvana tərəf keçməsinin guya “təhlükəsizliyini” təmin etmək, əslində Naxçıvan Vilayətini ermənilərə təhfil vermək üçün Şərur stansiyasını hərbləşdirmək bəhanəsilə faciəli planı həyata keçirməyə çalışan general Surkov Afiyəddin Cəlilova bildirmişdi ki, komandası altında olan qoşunun bir hissəsini Sədərəyin girəcəyində, bir hissəsini Qıvraq kəndində rus polkunun ərazisində, o biri hissəsini Naxçıvanın çıxacağında yerləşdirdikdən sonra yolu Mehri (Ermənistan) stansiyasından bağlamış ermənilərlə danışığa gedəcək. Bir dəstə ziyalını dinləyəndən sonra rus generalının öz dili ilə dedyi planı ifşa edən Əjdər İsmayılovun qəti etirazından nəticəyə gələn Afiyəddin Cəlilov Surkovun ordusunu Vilayətin ərazisindən çıxarmışdı.
1992-ci ilin 21 aprelində Azərbaycan Respublikasına prezident seçkisi qarşısında Şərur əhalisinin toplantısını təşkil etmiş, Heydər Əliyevin prezidentliyə namizədliyini irəli sürdmüşdü. Bu toplantı müdrik siyasət rəhbərinin Azərbaycanı müstəqilliyə aparacaq mübarizə yolunun başlanğıcı idi.
Toplantının çıxardığı qərarı 22 aprel 1992–ci ildə Bakı şəhərində yerləşən döyüşən Naxçıvana hər cür köməklik göstərən “ Əlincə” cəmiyyətinə çatdırmışdı.
Heydər Əliyevin Azərbaycan Respublikasına prezident namizədliyini irəli sürmüş Şərur əhalisinin toplantısında “yaş həddi” ilə əlaqədar çıxarılmış qərarı müdafiə etmək üçün keçmiş Ali Sovetinin binası qarşısında 1992-ci ilin 24 aprelində tarixi mitinq keçrilmişdi. Mitinqin tşkilatçılarından olan Əjdər İsmayılov ilk çıxışında iki məlum qüvvətli qonşu dövlət tərəfindən Azərbaycanı parçalayıb, ermənilərə Kür çayında hüdudlanan, oradan “Port İliç” deyilən ərazidən dənizə çıxan böyük coğrafiyanı, oradan başlayaraq Abşeron yarımadası və ölkəmizin şimal torpaqları onunla həmsərhəd olan qonşu dövlətin, Talış bölgəsi başqa bir qonşu ölkənin ərazisinə daxil edilməsi planlaşdırıldığı bir zamanda Abşeron bağlarında gizlədilən Polyaniçkonun Bakıda “20 yanvar” qırğınını təkrar etməyə hazırlaşan Pirmokov rus kəşfiyyatına başçılıq etdiyini mitinq iştirqkçılarına çatdırmış, xalqı ayıqlığa, qarşıdan gələcək fəlakətlərdən xilas üçün Heydər Əliyevin ətrafında birləşməyə çağırmışdı.
Əjdər İsmayılov mitinqdən sonra Heydər Əliyevin dəvətilə onun qəbulunda olmuş və Bakıda baş verən mürəkkəb və ziddiyyətli siyasi hadisələr barədə xilaskarımıza ətraflı məlumat vermişdi. Sonra baş verən mürəkkəb hadisələrin xaosunda xilas yolunu seçə bilməyən xalqı onun ətrafında birləşdirmək üçün partiya yaratmağın zəruriliyini təklif etmişdi.
1992-ci ilin avqust ayında bu məqsədlə o, Şərur rayonunda ziyalılardan ibarət “Heydər Əliyev tərəfdarları” təşəbbüs qrupunu yaratmış, rayon ərazisini dairələrə ayırmış və bir neçə ayda otuz iki mindən artıq tərəfdarı siyahıya aldırmışdı. Şərurluların bu fəaliyyəti 1992-ci il 21 noyabr tarixində YAP-ın Naxçıvan şəhərində keçirilən təsis konfransının tarixi əsasını qoymuş oldu.
1992-ci ilin 24 oktyabr ayında Naxçıvan şəhərinin, Culfa və Ordubad rayonlarının Xalq Cəbhələrinin fəalları başda olmaqla, onların fikir tərəfdarları Heydər Əliyevi hakimiyyətdən salmaq və onu ələ keçirmək məqsədilə istirahət günündən istifadə edərək gözlənilmədən Naxçıvan Radio və Televiziya Verlişləri Komitəsinin və Naxçıvan Daxili İşlər Nazirliyinin binalarını ələ keçrilsə də, əhalinin köməyi ilə hər iki bina tez bir zamanda təhlükəli hadisə baş vermədən, cəbhəçilərdən təmizlənmişdi.
1992-ci ilin 28 oktyabr tarixində Muxtar Respublika ictimaiyyəti nümayəndələrinin Ali Məclisin binasında keçirilən toplantısında fəlakətlə üz-üzə dayanmış Vətənin xilasına gəlmiş Heydər Əliyevin ətrafında sıx birləşməyə çağıran Əjdər İsmayılov sonda demişdi: ”Moskvada olarkən Heydər Əliyev qəlbinin sağlamlığını xalqına qurban verdi. O, rus qoşunlarını Naxçıvandan hadisəsiz, gül-çiçəklə yola saldı. Mənim qəti tələbim budur ki, Heydər Əliyevə qarşı yönəldilmiş təxribatlara son qoyulsun.”
Heydər Əliyevin göstərişi ilə Əjdər İsmayılov yazdığı bəyanatı toplantı iştirakçılarına özü çatdırmışdı.
1992- ci ilin 9 dekabr tarixində Əjdər İsmayılov “Yeni Azərbaycan Partiyası”nın ümumxalq mahiyyətini aşkarlayan “Səs” qəzetində “Partiyamızın lideri xalqdı” bəyanatı ilə çıxış etmişdi.
1992 – ci ilni 12 dekabr tarixində Əjdər İsmayılov Naxçıvan şəhərində “Heydər Əliyev tərəfdarları” təşəbbüs qrupunu yaratmışdı.
1992-ci ilin dekabr ayınıda Əjdər İsmayılov Heydər Əliyevi fiziki cəhətdən məhv etmək məqsədilə “Xalq Cəbhəsi”nin Naxçıvan şəhər, Ordubad və Culfa rayon şöbələrinin fəallarının dəvəti ilə Türkiyədən gəlmiş üç nəfərin, daha sonra bir nəfərin (Milli Məclisin yaxınlığında Heydər Əliyevi qətlə yetirmək istəyən terroristdən söhbət gedir) törədəcəyi qəddar əməlin əməliyyat yolu ilə qarşısını almışdı.
1992-ci ilin 15 dekabrında mərhum Elçibəyin hakimiyyətini öz çirkin əməlləri ilə fəlakətə sürükləyən onun ətrafında zor sahibi olan qara güruh qüvvələrin göstərişi ilə Naxçıvan Sərhəd Qoşunları gecənin bir vaxtı şəhərə çıxıb, çevriliş etməli, hakimiyyəti “Xalq Cəbhəsi”nin fəalları ələ keçirməli idilər. Heydər Əliyevin göstərişi ilə ordu qərargahına Əjdər İsmayılov gedərək, həmin günün axşamı saat 23-dən dekabrın 16-na keçən gecədə saat 3-dək komandirlərə 1918-1920-ci illərdə ingilislərin köməyilə ermənilərin Naxçıvan əhalisini qətl və qarət edərək Arazın o tayına qovduqlarını onlrın da atalarından və babalarından eşitdikləri faciəli tariximizi faktlarla onlara xatırladaraq demişdir ki, düşmənin planı ilə törətmək istədiyiniz əməl erməni quldqurlarının adıyla ruslar Vilayətimizi “Xocalı”ya çevirəcəklər və tarixi təkrar edəcəklər. Saatlarla çəkən gərgin mübahisə inama çevrildi, Bakıdan gələn şeytan fitvasına komandirlər ayıldı.
Əjdər İsmayılov 1993-cü il 7 fevral tarixində Culfa rayonunun Bənnanyar kəndindən gəlmiş 45 nəfərin xahişini Heydər Əliyevə çatdırdıqdan sonra demişdi ki, məsləhətsə gələn nümayəndələri qəbul etsin və onların iştirakı ilə rayon adından “Heydər Əliyev tərəfdarları” təşəbbüs qurupu yaradılsın. Çünki Culfa “Xalq Cəbhəsi” qəti imkan verməzdi ki, YAP-çılar şəhərə getsinlər və orada təşəbbüs qurupu yaratsınlar.
Heydər Əliyev Ali Məclisin qanı donduran soyuq otaqlarının birində gələn nümayəndələri qəbul etmiş və onları saatlarla bir-bir dinləmişdi. Bundan sonra YAP-ın yaradılacaq Çulfa rayon təşkilatının “Heydər Əliyev tərəfdarları” təşəbbüs qrupu yaradılmışdı.
1994-cü il 4 oktyabr tarixində Bakı şəhərində çevriliş etməyə cəht göstərən məlum qüvvələrin qanlı əməllərininin qarşısını almaq üçün prezident aparatında lazımi tədbirlərə hazırlıq görüldüyü zaman hadisələrin önlənməsində şəxsən Əjdər İsmayılovun telefon xəbərdarlığı ilə şəhər polis qarnizonunu dərhal ayağa qaldıran keçmiş Bakı şəhər Polis İdarəsinin rəisi general Məhərrəm Əliyevin, habelə 24 aprel 1992-ci ildə Ali Sovetin binası qarşısında keçirilən Heydər Əliyevin “yaş senzi” mitinqlərindən başlayaraq, onun ətrafımda kifayət sayda birləşən “Heydərçilər”in müstəsna xidmətləri olmuşdu.
Xalqın Heydər Əliyevə olan sevgisi hakimiyyəti xilas etdi, fəlakət arxada qaldı. Səhəri günü hava işıqlaşanda saat 6-da Heydər Əliyevlə iş otağından çıxan yerdə görüşüb, onu evə yola salan üç nəfər – Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri, Cəlal Əliyev, bir də Əjdər İsmayılov olmuşdu. 1994-cü il 5 oktyabr tarixində Heydər Əliyevin göstərişi ilə Azadlıq meydanında yüz minlərlə əhalinin iştitak etdiyi dövlət çevrilişinə həsr edilmiş mitinqin təşkilatçılarından biri Əjdər İsmayılov olmuşdu.
ƏJDƏR İSMAYILOV
PROFESSOR